İslami İrs Tədqiqatları Fondu məlumat vermişdir ki, Səudiyyə vahhabiləri Məkkə və Mədinədə 400-500 tarixi abidəni yer üzündən siliblər. Fond bildirir ki, Beytül-Mövlud kimi tanınan yer əvvəlcə mal-qara bazarına çevrilib, məkkəlilərin etirazlarından sonra isə orada kitabxana qurulub. Belə bir narahatlıq var ki, Böyük Məsçidin genişləndirilməsi əsnasında bu abidə tamamilə dağıdıla bilər. Tanınmış vahhabilərdən İbn Jabhan deyirmiş: “Peyğəmbərin qəbri üzərindəki o məqbərə bizim prinsiplərimizə ziddir və dağıdılmalıdır”. Rəsmi hakimiyyət nümayəndələrinin də bəzi bəyanatları bu kimi ritorika ilə səsləşir. 2007-ci ildə Səudiyyənin İslam İşləri Nazirliyinin Mədinədə Peyğəmbərin, Əbu Bəkr və Ömərin məzarları üzərində ucalan və 15-ci əsrə aid yaşıl gümbəz barədə yaydığı və Səudiyyənin böyük müftisi Əbdül Əziz əl-Şeyx tərəfindən xeyir-dualanmış bəyanatında bildirib ki, gümbəz dağıdılacaq və Peyğəmbərin məsçidindəki üç məzar yerlə yeksan ediləcək. Al-İslam saytı dağıntıya məruz qalmış bir sıra abidələrin siyahısını verir. Bunların arasında Ciddədə Həvvanın məzarı, Mədinədə Peyğəmbərin atasının məzarı, Səyyidə Fatimənin, Mədinədə Beytül-Əhzan - “qüssələr evi” kimi tanınan məqbərəsi, Mədinədə Peyğəmbərin hicrətdə yaşadığı ev və başqa abidələr var. Vahhabilər məşhur Zəm-zəm bulağının üstündəki gümbəzi də dağıtmışlar. Həmin yerdə 5 ulduzlu otellər tikiləcək. Bir məkkəli qəzet müxbirinə belə deyib: “Əgər hər hansı şahzadə və ya kral ailəsinin üzvü öz malikanəsini böyütmək istəyirsə, o bunu edir və heç kəs də qorxusundan cınqırını çıxarmır”.
Комментариев нет:
Отправить комментарий