25.12.2016

"Astan Şahverdiyevi də, arxasında dayanan adamı da məhv edərəm"

"Astan Şahverdiyev kimi adamlara mandat verəndə nəticəsi belə olmalıdır. Bu adam elementar mədəniyyətə malik deyil. Ondan başqa bir şey də gözləmirəm”.
Bu fikirləri mia.az-a verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Astan Şaherdiyev bu əməlinə görə cavab verməlidir: «Sən kimsən ki, Azərbaycan xalqını təhqir edirsən? İnsanların heysiyyatı ilə bu qədər oynamaq olmaz. Bu adamlar xalqı prezidentin üstünə qaldırmaqdan ötrü min bir oyundan çıxırlar. Cəbrayılda ləyaqətli kişilər var, ziyalılar var. Amma Astan Şahverdiyev onlardan deyil. Onun müsəlman olmasına şübhəm var. Deyir ki, ruski yazıçnıyam. Görünür, ermənilərlə qarışığı olan insanlardandır. Bu cür insanlar Cəbrayılı təmsil edə bilməz. Seçicilər bir araya gəlib onun mandatının əlindən alınması üçün müraciət hazırlamalıdırlar. Bu cür deputatlar Azərbaycan xalqına başqaxıncıdır. İnsanlar işıqsız-qazsız qalıb etiraz edirlər. Onları buna görə həbs etmək olar? Köçkünlər onsuz da hər şeylərini itiriblər. Astan Şahverdiyev kimi səviyyəsiz adamlar gəlib onları təmsil edir».
H.Hacıyev «Qaçqınkom» sədri Əli Həsənovla bağlı da sərt fikirlər səsləndirib: «Astan Şahverdiyev kimilərinə himayədarlıq edən Əli Həsənovun da təqsiri böyükdür. Vaxtilə Hedər Əliyevin ünvanına ən kəskin çıxış edənlərdən biri də Əli Həsənov idi. Qaçqınların pulu hesabına milyonlara sahib olub. Cəbrayıla da belə bir deputat seçdirib ki, öz işini rahat görə bilsin. Kor atn kor nalbəndi də olacaq. Bu cür əldəqayrma deputatlara himayə edənlər də vəzifədən kənarlaşdırılmalıdırlar. Astan Şahverdiyev insanlara «atxod» deyir, amma «atxod» onun özüdür, ətrafıdır. Kişidirsə, gəlib mənim qabağıma çıxsın. Astan Şahverdiyevi də, arxasında dayanan adamı da məhv edərəm. O cür Milli Məclisin bu cür deputatı olmalıdır. Oqtay Əsədov onu çağırıb deməlidir ki, niyə ağzına gələni danışırsan? Bir sözlə, Astan Şahverdiyev deputatlıqdan məhrum edilməlidir», - deyə partiya sədri fikrini tamamlayıb.

Комментариев нет:

Отправить комментарий