14.12.2016

Geyləşdirmə siyasətinin tərəfdarları Rusiyanı sevməzlər

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -53

Nizami Məmmədov: İosif Vissarionoviç Sralin elə bir böyük potensial qoyub getmişdi ki, onun bəhrələrindən hələ də istifadə edilməkdədir.
Səxavət Əliyev: Mən SSRİ-də cəmi 9 il yaşadım. Sovet dağılana qədər atam hər il bizi ailəvi sanatoriyalara aparırdı. Müstəqil olandan sonra atamın üzünü ildə bir, ya iki dəfə görürdük. Yazıq kişi ailəsini dolandırmaq üçün düşdü çöllərə...
Kərbəlayi Tofik Səfərzadə: Şəxsən mənim üçün şərabxor əyyaş daha çox ləyaqətlidir, vahhabilərlə müqayisədə. Səbəb: güman var ki əyyaş nə vaxtsa tövbə edib Allahın haqq yoluna dönsün, amma vahhabilərin Allahın haqq yoluna dönməsi qeyri-mümkündü. Uzunqulaqdan nə vaxt adam olarsa, vahhabidən də o zaman adam olar.
Səttar Məmmədov: Moskva ilə Məkkə eyni meridiandadır, Qızıl meydan ilə Məscidul-hərəm də eyni əraziyə malikdir- 23000 ha... Rus müqəddəs olduğu kimi Moskva da müqəddəs şəhərdir.
Abdull Abdulla: Əslində savadsız olan, hətta əlifbanı bilmyən Səid Nursi bu qədər kitabı necə yazırdı? Eyni sualı onun davamçılarından olan Adnan Oktar haqqında da vermək olar. Bir adam bu qədər kitabı necə yaza bilər? Bəlli fikir mərkəzinin hazırladığı kitabların üstünə sadəcə bu adamların adı müəllif kimi yazılır. Məgər yəhudi mənşəli Adnan Oktarın başına yığdığı botokslu-slikonlu kediciklərindən zamanımı qalır kitab yazmağa?
Kamal Yaşar: Valideyn uşağına hicab bağlaya bilməz, bu, uşağa qarşı zorakılıqdır. Amma uşağı it abrına salıb Halloween partiyə apara bilər, bu, müasirlikdir.
Elxan Xəlilov: Çox insan düzgün və ədalətli üsul-idarə olan Sovet dövlət quruluşunun yaxşı tərəflərini görməyi özlərinə ar bilirlər. Guya bunlar vətənpərvərdir. Mən də millətçi olmuşam, vətənpərvər olmuşam, musavatçi olmuşam, müstəqilliyin qatı tərəfdarı olmuşam, indikilərin çoxundan qorxmaz olmuşam… Amma indi bilirəm ki dünyada Sovet kimi ədalətli, öz vətəndaşına sahib, kəndli, fəhlə, xalq dovləti kimi ikinci bir dövlət olmayıb. SSRİ-ni heç bir dövlət və ya super güc yıxa bilməzdi. Dünyada 2-ci bir dövlət tanıyırsız ki hər şey pulsuz olsun? SSRİ-də məhz belə idi. Təhsili də, səhiyyəsi də, mənzili də, maşını da, kommunal xərcləri də! Onda bundan daha çox müstəqil idik. Xalq daha əmin-amanlıq içində, daha inamlı idi. Daha xoşbəxt və sevincli idi. Bayrağı dəyişməklə nə eldə etdik?
Fərhad Həsənzadə: Vahhabi də nurçu kimi, nurçu da vahhabi kimi eyni zibildir.
Molla Nəsrəddin: Ali təhsil sahəsi faktiki olaraq dövlət dəstəyindən məhrum olub və tamamilə əhali tərəfindən maliyyələşir. Misal üçün, 2013-cü ilin nəticələrinə görə, hökumət 57 milyon xərcləyib, əhali isə 194 milyon manat.
Dje Ok: Geyləşdirmə siyasətinin tərəfdarları Rusiyanı sevməzlər.
Nadir Qocabəyli: Qardaş, kasıb adam kasıbın mövqeyində olmalı, istismarçı kapitalın nəzarətində olan sağ, liberal ideyaları və qrupları yox, onun mənafeyini müdafiə edən solçu siyasi qüvvəni, partiyanı dəstəkləməlidir. Amma bizdə heç bir mülkiyyəti olmayan xüsusi mülkiyyətdən, bazarda satmağa heç nəyi, bazara getməyə pulu olmayan adamlar bazar iqtisadiyyatından danışır. Absurddu, vallah!
Azər Əliyev: 1918-ci il sentyabr ayında Azərbaycanda real hakimiyyət Osmanlı işğal qüvvələrinin zabitlərinə məxsus idi. Nuru paşa Bakı şəhərində yeganə söz sahibi idi. Edamlar, güllələmələr, zopayla şallaqlamalar hamısı Osmanlı zabitlərinin rəhbərlik etdiyi səhra məhkəmələrinin səlahiyyətindəydi. Kimi asacaqlar, niyə asacaqlar, buna qərarı Osmanlı paşaları verirdilər. Qırğınlara paralel surətdə onlar şəhərin qarət olunmasına da başladılar. Təkcə Nobel şirkətinin 60 min manat vəsaitini, Şəhərlər İttifaqının Yerli Şöbəsindən 23 milyon manatlıq əmlakını, “Elektriçeskaya sila” səhmdar cəmiyyətinin 155 milyon manatlıq varidatını, Qafqaz Pambıq Səhmdar cəmiyyətinin və başqa şirkətlərin yüz milyonlarla dəyərində pulunu və əmlakını qarət edib apardılar. Təkcə şirkətlərimi qarət edirdilər? Əsla yox! Yoxsul əhalinin sonuncu tikəsini də müsadirə edib aparırdılar. Arxiv sənədlərinin birində bu barədə yazılır: “Türk zabitləri Ağdamdan taxıl, paltar və başqa ehtiyatları cəkib aparırlar… Nuxa qəzasının əhalisi şikayətlənir ki, türklər bütün ərzağımızı talan edib aparır, belə getsə aclıq olacaq” (ARXİV fond, 277. S, 1. Iş, 1. Vərəq 1). Osmanlı-Alman işğal qüvvələrinin talanı təkcə bununla yekunlaşmırdı. Onlar işğal qüvvələrinin saxlanma xərcini də yerli əhalinin boynuna yükləmişdirlər. Belə ki bütün ərzağın onda biri “zəkat” adı altında əhalidən zorla müsadirə edilirdi, evində bir günlük azuqədən artıq ərzaq saxlayanlar qulaqlarından divara mismarlanırdılar! İndi həmin bu Nuru paşanı azərbaycanlılar öz xilaskarları sayırlar. Əcəb xilaskardı.
Ağalar Məmədov: Azərbaycanlılar türkiyəcə durum-murum, önəm-mönəm deməklə, 300 milyonluq türk dili ailəsinə, türk dilinin keçmişinə qovuşmaq nədir, tam əksinə, bu ailədən də, tarixi köklərdən də uzaq düşmüş olurlar.
Müşfiq Heybətov: Azərbaycanda olan TV kanallar gün olmasın ki, İran barədə yalan-palan məlumat yaymasınlar. Heç nə tapmayanda da yazırlar ki, İranda dabağ xəstəliyi tapılıb)))
Ataxan Əbilov: İsmayılı rayonunda 12 yaşlı məktəbli İsmət yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Ailəni tanıyan şəxsin verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.
Orxan Həbibov: Hələ bəzi bəluclar da İrandan ayrılmaq istəyirlər, deyən lazımdı ay axmaq sənin harana yaraşır müstəqil olmaq? Farsın şotuna adam olanlar indi onları bəyənmir və İrandan ayrılmaq istəyirlər. Mədəniyyəti farsdan öyrənənlər bu gün farsa lağ edir, dağıl ey dünya dağıl...
Zeynəb Cəfərli: Maraqlısı budur ki, şeirin, sözün nə olduğunu bilməyənlər, bir sözü belə düz yaza bilməyənlər, burda düşük-düşük, vəznsiz, qafiyəsiz, məzmunsuz şeirlərə bir tərif vururlar ki, elə bil akademikdilər... Bunları oxuyanda sinirim təpəmdə oynamasın, neynəsin!?
Cavidan: Bir dəfə uşaqlarım məndən soruşdular ki, sən başqa ölkədə olmusanmı? Dedim, hə, on altı il SSRİ-də yaşamışam.
Faiq Mirzəyev: Müasir dövrdə Rusiya dünyanın ən güclü ölkəsidir- Rusiya ilə bir olaq! Mən xalqımı Avrasiya Birliyinə qatılmağa səsləyirəm! Xilasımız Rusiya ilədir!
Elmir Səfəvi: Rusiyanı söyən şərəfli oğlanlar, belə yaxşı oğlansız 25 ildir Rusiyada qazanan və Azərbaycandakı yetim-yesiri də dolandıran 3 milyondan çox Azərbaycanlını gətirin, onlara çörək verin də! Siz ki bilirsiz Ruslar pis millətdir, bəs niyə həmvətənlərimizi o pislərin içində saxlayırsız? Eh, yetimdən soruşurlar sənin düşmənin kimdir, deyir ki çörək verənim.
Rəşad Ərkivani: Kənd müəllimi Krımda otdıxın nə olduğunu rusun vaxtında bildi. Göstərin mənə bir kənd müəllimini gedib heç olmasa ildə bir dəfə Mərdəkanın sanatoriyasında istirahət eləsin. Rusun vaxtında hamı gedirdi.
Solmaz Vəliyeva: Amerika dünyaya demokratiyadan danışır, öz doğma torpaqlarında yaşayan hinduları qırıb qurtardılar, qaradərili camaatı indi də qul qəbul edirlər.
Rusiya Dağılacaq: Millətçilər əslində MHP-nin filialıdır, liberallar- kemalist türk faşistləri.
Ceyhun Salahov: Müxalifət və iqtidar hər ikisi zəhərli ilandır. Biri ağ, biri qara. Onların cərgələrindən bizə xeyir gəlməz. Özünüzü və övladlarınızı onların zəhərindən qoruyun.
Bərməki Müttəqi: Millətçilik toxumlarını Azərbaycanda Elçibəy və onun tərəfdarları səpdi, barını da YAP yığır.
İbrahim Quliyev: Nə vaxtandır müşahidə edirəm, bizim türkiyəli arkadaşlarımız əksər halda ancaq qadın müəlliflərin statuslarını layk edir və ya onların şəkillərinin altında bir güzel yazırlar.
Əkrəm Məlikov: Sosialist inqilabından sonra möhtəşəm dövlətimiz SSRİ tez bir zamanda Azərbaycan klassiklərini, yazıçılarını, şairlərini dünyaya tanıtdı. SSRİ dağıdılandan sonra bizə sırıdıqlari 25 illik “müstəqillikdə” bu hökumət nə şair, nə yazar, nə də mütəxəssis yetişdirib üzə çıxarda bilmədi. Əksinə üzə çıxanı da batırmağa cəhd göstərdi...
Rüstəm Hüseynov: Gülüstan Sülh Müqaviləsinin son məhsulu müasir Azərbaycan Respublikası oldu, amma ultramillətçilər və psevdovətənpərvərlər tərəfindən xalqa bölünmə kimi sırınır. Məhz bu müqavilə ilə Şimali Azərbaycan əhalisi tədricən də olsa “əlif zəbər ə, bey zəbər bə, tey zəbər tə” səviyyəsindən Kərim Kərimov səviyyəsinə qədər yüksəldi.
Ekososialist: Kimin harada, hansı ölkədə yaşamasından asılı olmayaraq amalı ədalətli cəmiyyət qurmaq olmalıdır. Uyğur Çində bədbəxt oldu, 10-14 saat köləlik edib təqaüdsüz qaldı, yoxsa NATO bazalı “müstəqil” Uyğurustanda- zəhmətkeş, fəhlə uyğura nə fərqi var? Müsəlman uyğurları yönləndirən milliyətçi qüvvələrin sosializm qurmaq kimi məqsədi yoxdur. Məqsəd- Çinin qulağının dibində yeni amerikançı kapitalist dövlət qurmaqdır. Müsəlman uyğurların çin mədəniyyətindən və dünyəvi qanunlarından uzaq düşəndən sonra şəriətə keçməyəcəklərinə, yənı 7-ci əsrə qayıtmayacaqlarına kim zəmanət verir? Qayıdacaqlar, özü də ABŞ-ın dəstəyi və müdaxiləsi ilə. Əhməd Şah Məsudun sözlərni unutmayın: “Vaxt var idi, islam dünyası Sovet İttifaqına parlaq ulduz kimi baxırdı, çünki Sovet İttifaqı müsəlmanlarının dünyanın başqa heç bir müsəlman xalqının olmadığı şeyləri vardı...”
Elxan Zaman: Farsın şovinisti ilə türkün şovinisti, farsın ateisti ilə türkün ateisti, farsın zındıqı ilə türkün zındıqı, farsın kommunisti ilə türkün kommunisti, farsın demokratı ilə türkün demokratı, farsın sünnisi ilə türkün sünnisi, farsın vahhabisi ilə türkün vahhabisi, farsın əyyaşı ilə türkün əyyaşı, farsın narkomanı ilə türkün narkomanı, farsın fahişəsi ilə türkün fahişəsi eyni ağıla, eyni təbiətə, eyni nəfsə, eyni ambisiya və emosiyaya sahib ola bilərlər, farsın şiəsi ilə türkün şiəsi yooox?! Niyə hesab edirsiz ki, farsın şiəsi türkün şiəsindən fərqlənir və öz əqidəsində riyakardır? Heç bir farsı sünnilikdə, yaxud vahhabilikdə və ya demokratiklikdə riyakar olmaqda ittiham etmirsiz, ancaq nədənsə fars və türk şiələri arasına nifaq salıb onları milli ayrıseçkiliyə sövq edirsiniz...
Kəramət Böyükçöl: Rəşad Məcid həmişə yağ içində böyrək kimi yaşayıb, amma mən kirayə evlərdə böyümüşəm, atam kirayə pulunu verə bilməyəndə yanımda utanıb. Amma Rəşad Məcid heç vaxt utanmayıb, hətta evə görə Vüqar Səfərli onun üstünə qışqıranda da utanmadı. Rəşad Məcid məni Yazıçılar Birliyinin üzvlüyündən çıxarmaqla hədələyir. Bacarırsa, eləsin! Onsuz da o həmişə istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyindən uzaq salıb. Həm beləsinə, həm eləsinə.
Sabir Şindani: Rusiyanın Qərbə qarşı tank ordusu var, o ordu bütün dünyanın tank ordularından bir yerdə olmaqla 4 dəfə çoxdur.
Rasim Hüseynov: NTV səhifəsində bir rus balasının avtobus şoferi tərəfindən soyuqda bayıra atılması barədə bir yazı oxudum indi. Artıq sürücüyə cinayət işi acılır. Aləm dəyib bir-birinə. Prezidentə kimi bu işə qarışıb. Bu kəpənək bığ Rövnəq 7 milyon xalqı soyuqda qoyub, bir kişi yoxdur buna bir söz desin. Söyün Rusiyanı. Ağ günä çıxardacaq sizi bülent ersoyun hökuməti...

Комментариев нет:

Отправить комментарий