31.12.2016

Müstəqillik və azadlığımızdan qazancımız bu olmalıydımı?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -58

Həmid Herisçi: Bir İran solçusu kimi son 40 ilin təcrübəsi yaddaşıma yaxşı hopub. Biz solçuların Axilles dabanı din məsələsi oldu. Marksizmin, leninizmin məhz ateizm doqması İranda özünü doğrultmadı. Bu, məhz İran inqilabı zamanı özünü sübut etdi. Bu səbəbdən biz- indiki İran solçuları, solaxayları artıq ateizmdən canımızı qurtarmalıyıq. İslamın sosial dəyərləri bu gün bizə daha yaxındır, nəinki demokratların ateizmi.
Dadaş Vəliyev: Krımın ilhaqı deyilən şey baş verəndə, günorta xəbərlərində ATV xəbər verdi ki, Rusiya Krımı işğal etmək üçün Ukraynaya qoşun yeridib. Çoxlu da adam öldürüb. Hamı Rusiyanı söydü, mən isə dedim, ola bilməz, yox əgər edibsə zor eliyib. Rusiya heç kimə zülm eləməz. Bu işi görübsə, onda düz eliyib sadəcə olaraq biz bilmirik. Hələ də bu işin hikmətini anlamamışam. Sonradan bildim ki, bizim media Rusiya haqqında ancaq yalan və şər yayır.
Vüqar İbayev: Bu ölkədə sığortalanmışların da bunların sığortasından sığortası yoxdu.
Afiq Əliyev: Azərbaycana dörd qonşu dövlət var, onun biri düşməndir. İndi ikisini də birdən özünüzə düşmən edib, bütün işıq, hava gələn deşiklərə papağınızı soxun ki, zadıxatsa olaq.
Ədalət Abdinov: Bakının Əhmədli yaşayış massivində İ.Stalinin portretini bağrına basan iş tapa bilməyən yoxsul vətəndaş beləcə də dedi: “Əsl rəhbər olan Stalin kasıbların xilaskarı, harınların qənimi idi”.
İlham Əlisoy: Əlinizi qoyun vicdanınızın üstünə və cavab verin: Ruslar bizimlə belə rəftar edərdi? Uzağa getməyin, bizdən fərqli olaraq elə qeyri-müstəqil olan Dağıstan camaatından soruşun, görün orada sosial vəziyyət necədir? Ərzağın və kommunal xidmətlərin qiymətlərindən tutmuş normal pul qazanmaq imkanlarına qədər maraqlanın. Sonra dönün öz xarabamıza baxın.
Samir Rimas: Sovet- Əfqan münaqişəsini oxuyuram. Əfqanların nə qədər bədbəxt olduğunu görməmək mümkün deyil. Ruslara qarşı çıxmasaydılar, indi normal mədəni ölkə idi. Taliban analarını ağlatdı əfqanların.
Xatun Əliyeva: Söhbət şərəfsiz sionist İsrail və Amerikanın birgə bəslədiyi İŞİD-ən gedir. Hə, bunu da unutmayın: bugün zülm görənlərin yanında fars dediyin Hizbullah dayanıb...
Tərana Əliyeva: Hamıya aydındır ki, nurçusu da, vahhabisi də böyük məbləğdə pul sayəsində dövlətin sərhədlərindən içəri daxil olur. Bu pullar yüksək vəzifəli məmurlara verilir. Və sektaların güclü təbliğat maşını işə düşür. Belə hallarla mübarizə etməli idarələr isə sadəcə göz yumur. Zaqatalada məscid prokuratura ilə üzbəüzdür, yəni elə pəncərədən nəzarət olsa idi, bu gün vahhablar yağışdan sonra bitən göbələklər kimi çoxalmazdı. Allah bu yaramazlığı rayona gətirən türk köpəklərin bəlasini versin. Onları hifz edənlərin də evdəki dölləri Suriya çöllərində Rusun VKS bombasından gəbərsin.
İntiqam Hacıyev: Biz rus dövründə azad idik. Üstəlik qudurmuş məmurlara xox da gəlirdin ki, yazaram Moskvaya. Moskva məni mudafiə edirdi, maaşımı alıb gedirdim bütün Rusiyanı gəzirdim, kefimi də edirdim, evə pay-puş da alırdım. Gözün üstə qaşın var deyən də yox idi. Məgər bu azadlıq deyildimi?
Qızılbaşlar Fədai: Azadlıq Radiosu Amerikaya və sionistlərə xidmət edir. Baş redaktor da Mirzə Xəzərdir. Yəhudidir. Təbliğatı ancaq Azərbaycanı qarışdırmaqdır.
Ramin Qardaşxanov: Qəlbində İmam Hüseyn (ə) sevgisi olan hər kəs İranla fəxr eləməlidir. Kim özünə şiə deyirsə, İrana dəstək olmalıdır.Tək-tənha durub Amerika itlərinin qarşısında.
Fərid Cəfərov: Qarabağ qaytarılsa ora biz sadə vətəndaşlar qaytarılacağıq, çünki qaçqın dediyimiz həzəratlardan çox biz qaçqın vəziyyətində yaşayırıq. İnanmırsiz? Tanıdığım nə qədər qaçqın var ki Bakıda 2-3 evi var, birində özü qalır, qalanını da kirayə verib. Bəs biz qaçqınlarin neçə evi var?
İlqar Həsənzadə: Nurçular vəhabilərdən daha böyük təhlükədir.
Azər Qədirov: Əziz dostlar, bir müəllimin mənə yazdığı ürək ağrıdıcı mesajını sizə olduğu kimi təqdim edirəm. Bilin ölkədə olan ağır vəziyyəti! “Mən balaca 20 manatlıq telefonla yazıram bunları, mənim nə kompüterim, nə də bahalı telefonum var. Bu sözləri sizə həqiqətən çətin durumuma görə hirsimdən yazıram. Çünki mən artlq 213 manat məvaciblə ailəmi dolandıra bilmirəm. Ona-buna deyirəm ki, bəlkə bir iş tapam işləyəm, müəllimlik artıq məni üzür. Özümü öldürmək istəyirəm. Bezmişəm həyatımdan. Nə qədər adam ailəsinin yanında utanar?  Müəlliməm, amma evə ət ala bilmirəm. Mən atayam, amma ailəmi dolandıra bilmədiyim üçün çox utanıram. Nifrət edirəm həyatıma da, müəllimlik sənətinə də”.
Həmid Türki: Farsın yaxşısını görmədim yazan birinə. Farsın yaxşısını mən göstərim. 23 il ərzində sənin soydaşlarını acından ölməkdən xilas edən İranın yardım fondu- İmdad Komitəsi fars İmam Xomeyninin adını daşıyır. Fars İran vətəndaşları fars İmam Xomeyniyə olan məhəbbətləri üzündən sədəqələrini o komitəyə verir və bu fars komitəsi Azərbaycana olan məhəbbəti üzündən sizin vətəndaşlara yardım edirdi.
Nəvai Mətin: Kaş bu qurultaylar yenə olaydı. Yenə aldadaydılar bizi. Yalandan hər ay maaş verəydilər, yalandan istirahətə göndərəydilər, yalandan pulsuz ev verəydilər, yalandan 13-cü maaş verəydilər, yalandan pulsuz təhsil verəydilər... Daha nələr nələr... Hamısı yalanıymış! Yalançının lap...
Rəhim Həsənli: Bəşəriyyətin düşüncə tarixində bir sıra xalqlar müxtəlif kəşflərə imza atmışlar. Kəşf- təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanunauyğunluqların, xüsusiyyət və amillərin müəyyən edilməsidir. Kəşf- təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətlərə deyilir. Bəşəriyyətin düşüncə tarixində monqol-tatarların və yaxud da müasir, romantik anlayışla türklərin etdiyi tək kəşf AYRANdır. Bunu da qatıqdan təsadüfən kəşf ediblər. Ona görə də biri nə isə qeyri-adi bir şey danışanda ona “qatıqlama” deyirlər.
Oktay Quliyev: Türkiyədə keçən il qadın öz ərini bıçaqla vurmuşdu. Ər sağaldı. Qadın 6-7 ay həbsdə yatdı çıxdı. Sonra yenə birləşdilər barışdılar. Dünən isə yenə qırğın davaları düşüb, bu səfər ər arvadı tüfənglə vurub öldürüb).
Semit Naccer: Artıq ruslar ayılıb! Yəhudiləri qovurlar! Öz yurdlarına özləri sahib durmaq istəyirlər! Bəs siz öz torpaqlarınıza, neftinizə nə vaxt sahib durmaq istəyirsiniz!? Rusiyanı yəhudilər, Azərbaycanı yadellilər talayıb! Sözərdı: Ordubadlı heç vaxt deməz naxçıvanlıyam!
Reza Zamani: Niyə Türkiyə mediasında Bəni Səudun Yəmənin bombalaması nəticəsində 700 nəfərdən çox sivilin qətliamı haqda bircə dənə də olsa söz açılmadı?!
Muslim Abdullah: Yəhudi mallarındansa Rus malları yaxşıdır. Amma təəssüf ki bura az gətirirlər, gömrükdə yəhudi, türk və Ukrayna mallarına yaşıl işıqdır.
Qoşqar Əhmədov: Nə turan?) Qazax özünü qırğızdan, uyğurdan, özbəkdən üstün sayır. Tatar, başqırdlar isə Orta Asiyalı özbəyə, qırğıza çumo deyir. İki bədbəxt millət- qırğızlarla özbəklər bir-birinə nifrət edir... Siz də nəyi qoyub nədən danışırsız?
Sahib Mingəçevir: Sovetə qarşı çıxanlar Sovetin vaxtında təhsil alanlardı, müftə.
Rauf Qubadov: Bir İran azərbaycanlısı ilə görüşdüm. Deyirəm sizi də fars rejimi incidir. Neçə təşkilat yaranıb Azərbaycanda sizin müdafiənizə. Deyir bizi müdafiə etmək lazım deyil. O təşkilatlar belə adam müdafiə edəndisə, elə Azərbaycandakı azərbaycanlıları yeraz-kürd rejimindən müdafiə etsin. Həqiqətən də azərbaycanlıların hüquqları Azərbaycandan çox heç yerdə pozulmur...
Nicat Aslanov: AXCP həmin partiyadır ki, vaxtı ilə ölkənin aparıcı zavodlarını iflis vəziyətə saldı, Qarabağ bizimdir deyib Bakıda gizləndi. O həmin partiyadır ki vaxtı ilə ayrı-ayrı siyasi ambisiyası olan üzvlərinin istədiyini edirdi. İndi isə yenidən hakimiyyətə gəlmək xəyalına düşüb.
Qəhrəman Yəhyayev: Neynirəm o azadlığı ki, o mustəqilliyi ki, xalqımın xanımları və bəylərinin fikir çəkməkdən erkən yaşlarından saçları ağarsın, hər gün sabahının necə olacağını stress, həyəcan keçirə-keçirə fikirləşsin, sonunda da rak xəstəliyinə tutularaq həyatları puç olsun. Sizcə 5, yaxud 10 ailənin zənginliyi ümumi xalqın rifahımı? Müstəqillik və azadlığımızdan qazancımız bu olmalıydımı?
Elxan Xəlilov: Deyirlər Sovet zalim idi. Xalqlar istismar olunurdu, insan hüquqlari pozulurdu... Mənim atam Sovet vaxtı 2 ev almışdı. Bağımız var idi, maşınımız (VAZ-03) var idi. Nə vaxt istəsək Moskvaya, Pyatiqorskiyə, Leninqrada gedə bilirdik. Evimiz də ən son təmir... Sadə, ortastatistik sovet ailəsi idik... Kənddə arvad 10 uşaq doğurdu, hökumət Jiquli verirdi. İndi bir uşağa süd pulu vermir. Niyə söyürsüz bu dövləti? Xalqları istismar edirdi? Xalqları elə Sovet dövləti adam etməyib? Zorla pulsuz təhsil, pulsuz səhiyyə verirdi- bu idi istismar? Kim deyir Sovet dövrü quru maaş idi? SSRİ yeganə dövlət idi ki, süpürgəçiden tutmuş 1-ci katibə qədər hamı dartırdı evə... Hamı dolanırdı. Atam Pyatiqorsk, Yesentuki, Soçi, Yaltanın pulsuz sanatoriyalarına gedirdi. Guya dövlət orqanları bilmirdi ki camaat necə dolanır? Sadəcə quduranların başını üzürdü...
Elxan Zaman: Gülənə və gülənçilərə bir zərrə də acımıram, çünki onlar burda Socar kimi şirkətdə, təhsil nazirliyi, prezident aparatı və parlament kimi yerlərdə özlərinə yuva salmışlar. Bu gün xalqın belə vəziyyətə salınmasında da birbaşa və dolayısı ilə iştirak ediblər. Ona görə də acımaq yoxdur!
Fərhad Həsənzadə: Vaxt var idi Lənkəran küçələrində ağ balığı gəzdirib 50 qəpiyə satırdılar. Hər cürə olub. Əti neyləyirdin ki, bir cüt çöl ördəyi ucuz idi ətdən.
Rusiya Dağılacaq: Siz hələ də başa düşmək istəmirsiniz ki, 89-93-də erməniləri qovmayıblar, rusları, yəhudiləri, rusdilli azəriləri qaçırtmayıblar, AZƏRBAYCANı didərgin salıblar.
Rüstəm Hüseynov: SSRİ-də iş yerləri açmaqla məşqul olmurdular. SSRİ-də sadəcə işlə məşğul olurdular.
Ceyhun Salahov: Bir adam durub desə ki Hindistanı sevir, bu normaldı və yaxud Türkiyəyə, israilə, Avropaya qarşı böyük məhəbbəti var, bunu da normal qarşılayacaqlar. Amma həddin nədir ki, durub İranı tərifləyəsən- həmin dəqiqədən sən vətən xaini, geridə qalmış, agent sayılırsan. Xüsusi plan vasitəsilə hazırlanmış bu anti təbliğatın nəticəsində bizim müsəlmanlar da özlərini İranla bağlı hər bir şeydən uzaq tutmağa çalışırlar.
Əkrəm Məlikov: Sovet donəmini elə qarayaxmalarla təsvir edirlər ki, o quruluşu görməyənlər bəlkə də onu faşist Almaniyasından, İSİD-dən də qəddar və dəhşətli bir ölkə və ya qurum kimi anlayır. Böhtanlı danışmayın. Sovetin təkcə İsmayıllıya verdiyi iş yerlərini saymaqla bitən deyildi. Hanı kələğayı fabriki, şirə zavodu, məişət evi, meşə təsərrüfatı kombinatı, emal zavodu, meyvə tədarük kontoru, limonad sexləri və s. və i. Uşaq bağçalarını, üzüm bağlarını, tütün sahələrini, maldarlıq fermalarını demirəm. Müstəqillik olan kimi hamısını məhv etdilər.

Комментариев нет:

Отправить комментарий