26.12.2016

Yeddi yaşlı qızını kamikadze kimi ölümə göndərən terrorçu məhv edildi

Bir müddət öncə "Nusra cəbhəsi" terror qruplaşmasının üzvlərindən birinin 7 yaşlı qızına bomba bağlayaraq terror aktında istifadə etməsini əks etdirən video yayılmışdı. İslamazeri.az xəbər verirki, bu şəxslə bağlı təfərrüatlar məlum olub. Bir həftə öncə Şamın Midan məhəlləsində polis idarəsində qızının üzərindəki partlayıcı işə salmaqla 3 nəfərin yaralanmasına səbəb olan şəxs Əbu Nimr ləqəbli Əbdürrəhman Şəddaddır. O Şamın Ruknəddin məhəlləsində dünyaya gəlib və vəhhabiliyi qəbul edib. Sednaya həbsxanasında vəhhabi "Cunduş Şam" qruplaşmasına üzv olma ittihamı ilə bir neçə il həbsdə olub. Həbsdən çıxan Əbdürrəhman islah olmaq əvəzinə terror qruplaşmaları ilə sıx əlaqəyə keçir.  Bundan sonra o "Əl Qaidə"yə bağlı qruplaşmalarda  terror aktları və terror əməliyyatlarında iştirak edir. Terror aktlarından birini öz məhəlləsi Ruknəddində həyata keçirir. O siyasi təhlükəsizlik binasında həyata keçirilən terror aktında əli olduğuna görə axtarışa verildiyinə görə  Şamın Bərzə bölgəsinə qaçır. Qara işlər görən bu qaniçən cani dünən öz dostları tərəfindən məhv edilib.
"Nusra cəbhəsi"nin üzvləri sosial şəbəkələr vasitəsilə bildiriblər ki, bu şəxs dünən Şamın Teşrin bölgəsində "Nusra cəbhəsi"nin digər terrorçuları tərəfindən öldürülüb.

Комментариев нет:

Отправить комментарий