12.12.2016

Şikayət olunan da yeraz, şikayətə baxan da yeraz!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -50

Tərana Əliyeva: Nədən Rusiyanın pulu ilə evlər tikən, toylar edən maşınlar alan bir məmləkətin insanları nankordurlar, xəbislikdən yaxşını da görmək istəmirlər?.. Rusiya və İran olmasa, bizi burda o eybəcərlər nə günə qoyarlar! Sadəcə bəxtimiz gətirib ki sərhədlərimiz güclü və terrora qarşı olan dövlətlərlədir.
İlyas Qiyas oğlu: Naxçıvanlılar birbaşa məsuliyyət daşıyırlar bu 26 illik Azərbaycanın bu günə qalmasına.
Zamiq Hüseyn: Elçibəyin yersiz düşüncəsi milləti gözdən saldı. Necə yəni bizə nə olursa olsun, Türkiyəyə heç nə olmasın? Türkiyədə yaşayanlar bəyəm antikvardı, biz kələm kötüyüyük? Ömrü boyu belələri rəhbərlik etdiyi üçün pis günə qaldıq.
Heydərov Maxsun: Azərbaycanın ağ günə çıxması ancaq Türkiyənin dağılmasından sonra mumkündür. Türkiyə dağılmasa, Azərbaycana dinclik yoxdur.
Rəsul Rəsulov: Guya SSRİ-dən ayrılıb nə etdik ki? Adı var müstəqilik. O vaxtlar rus yeyirdi, bizi də yedizdirirdi. İndi bilmirik kim yeyir. Biz də acıq, ac! Atam şofer idi. Əla da yaşayırdıq. Moskva, Gürcüstan gəzdirirdi bizi. Men müəllim işlədim 13 il. Heç Qəbələyə də apara bilmədim ailəmi. Qara ikra yedizdirirdi bizə atam sürücü ola-ola. Mən guya oxudum oldum ali təhsilli. Badımcan kursundan başqa şey tapmadım. Bəli, gözəl vaxtıdı. Hər şey var, amma kimlərəsə. Bizə yox. Mənim də qohumum daydaylıq olsa idi, mənə də bu dövr ləzət edərdi. Ən azından rus dövründə qarın dərdi çəkmirdik. İndi bankların əlində qalmışıq. Həkimə də İrana gedirik. O bəyənmədiyimiz, geridə qalmış İrana. Ən azından ciplə üstümüzə çıxmırlar yollarda. Kimə şikayət edəsən? Əvvəl Moskvaya yazırdın, gəlib dəvələrin dağıdırdılar. Müharibə veteranı cəmiyyətdə ən hörmətli adam idi. Nə deyirdi hamı çəkinirdi. İndi gündə bir veteran özünü yandırır. Maşını da onlara tanışlıqla, hörmətlə verirlər.
Əkrəm Məlikov: Rusiya Yer kürəsində insanlığın qarantıdır.
Soverşenno Sekretno: İran bizim televiziyaya fahişəliyi gətirdi, türklər isə abır-həyanı- bu absurddu. Bəyəm millətin qeyrətini əldən verdiyimiz zaman elə bu Elçibəy hakimiyyətdə deyildi? Ən şərəfsizi lüt soyunub filmlərində küçə söyüşü söyən bu türklər deyildi ki? Bizə Muxtarnaməni, Hz.Yusifin kinosunu verən İrandır, millət. Şabanı, o çatmaqaş xiyarı, o çaqqalar vadisini və nələri nələri verən Türkiyədi. Ayılın, bəsdir.
Elmir Səfəvi: Türkiyə dedikdə Azərbaycan torpaqlarını ən birinci işğal edən qardaşımız yada duşur. Qars, İqdır, Ərzurum, Ərzincan, Anadolu torpaqları. Görəsən bu oqraş qardaş nə vaxt bizim halalca torpaqlarımızı özümüzə qaytarar?
AnarXist Anar-Xist: Elmira Qafarovanın qızı yoxsul həyat yaşayır, Brejnevin nəvə-nəticəsi küçələrdə yaşayır, amma vaxtı ilə filan qalxozun ambardarı işləmiş oğru Mədət Jeep bağışlayır katibəsinə... Elmira Qafarova kimilər vaxtı ilə Novxanıda 20-30 sot torpaq menimsəsəydilər indi belə olmazdılar.
Rauf Qubadov: Elçibəyin axı heç təfəkkürü də olmayıb. Qondarma təfəkkürlər isə çox yaşamır. Elə o hərəkatı götürsək, Elçibəydən min dəfə yüksək təfəkkürlülər var idi. Amma bu hardansa olduğuna görə bunu atmışdılar ortalığa.
Ağa Mustafazadə: Bizim stabillik qarantımız Rusiyadır.
Ədalət Abdinov: Lənətlənmiş kapitalizmdə güzəranın, dolanacagın, yaşayışın ağırlığı, işsizlik, pulsuzluq, bahaçılıq, ağa-nökər münasibətləri və sabaha ümidsizlik cəmiyyətdə şizofreniklərin, psixopatların, nevrotiklərin, bir sözlə psixi xəstələrin kütləviliyinə zəmin yaradır.
Mir Cəlal Seyidzadə: Görəsən niyə “insanlar” İŞİD-in Suriyada, İraqda kəsdiyi başları, diri-diri yandırdığı insanları, edam etdikləri əsgərləri,adları Zeynəb, Əli və Hüseyn olduğu üçün öldürülən körpələri görmür, amma İŞİD və Hələbdəki terrorçular bombardman olunduqda ölənləri həmin an görürlər?! Niyə demirlər ki İŞİD İraqda Polis Akademiyasinda təhsil alan 1700 tələbəni öldürdü, niyə demirlər ki İŞİD İraqa girən vaxt 2500 İraq əsgərini bombaların yanına atıb partladaraq öldürdü, niyə demirlər ki İŞİD şiələri və sünniləri İraqın Süleymaniyyə şəhərində kütləvi şəkildə öldürdü, niyə demirlər ki Amerika Enbar şəhərində mülkiləri vurub öldürdü, niyə demirlər ki Amerika 2 dəfə guya yanlışlıqla 300-ə yaxın İraq əsgərini vurdu, niyə demirlər ki İŞİD Fəllucəde 450 əsgəri diri-diri basdırdı, niyə demirlər ki İŞİD Fəllucədən çıxanda 4 aylıq körpənin bədəninə bomba bağlayıb yerə basdırdı, niyə demirlər ki İŞİD şəhəri tərk edən insanlarin arasında bomba partlatdı, niyə demirlər ki İŞİD Bagdadda 250 şiəni bomba partladıb qətlə yetirdi. Niyə demirlər?
Zahid Mikayılov: Rusiyaya qarşı mübarizə aparanlar Qərb ölkələrinin agentləridir.
Zaur Məmmədov: Dini və milli dəyərləri istismar etməklə “müxalifətçilik” oyunu oynamağa çalışanlara yalnız bir sözüm var: Gedin qırağda oynayın! Amerika və bəzi imperialist güclərin qonorarları ilə ayaqda durmağa çalışan və həmçinin “müxalifət” adı ilə xalqın, xüsusilə dindar kəsimin müqəddəs duyğularından sui-istifadə etməyə çalışanlar əslində arzu etdikləri mövqeləri dindarları manipulyasiya etməklə qazanmağı düşünürlər. Ümid edirəm ki, möminlər bu kimi mövzulara həssas yanaşaraq atdıqları addımlara diqqət edəcəklər.
Bəhruz Toliş: Rusun kolxozçusu yerazın professorundan savadlıdır, çünki öz ağlı ilə hərəkət edir, yerazın professoru isə sadəcə sahibinin buyurduğunu təkrarlayır. Türkiyədən isə ümumiyyətlə söhbət gedə bilməz, bu ölkənin hələ də əksəriyyəti yazı-pozu nədir, bilmir.
Səttar Məmmədov: Moskva ilə Məkkə eyni meridiandadır. Qızıl meydan ilə Məscidul-hərəm də eyni əraziyə malikdir- 23000 ha... Rus müqəddəs olduğu kimi Moskva da müqəddəs şəhərdir. Məsələn, Arxanqelsk, Piter, Murmansk, Tver, Voloqda, eləcə də Moskvadan şimalda olan bütün şəhərlərdə namaz qılarkən üzünü Moskva istiqamətində tutsan, kifayət edər. Çünki o istiqamət Məkkə şəhərinə kimi eynidir.
Fariz Babayev: Əgər Moskva başınızın üstündə olsaydı, icazə verərdimi inşaat normalarına cavab verməyən eybəcərlikləri Bakıda yaratsınlar? Heç vaxt!
Yardımlı və Yardımlısevərlər: Ayaz Mütəllibovu elə milli mənafeləri qoruduğuna gorə Qərb və digər dövlətlər Azərbaycandakı agentlərinin köməyilə devirdilər. Bəs görəsən 23 ildi satılan neftin pulları hanı?
İbrahim İmanlı: Ruslar bəyəm qoyun, avam, bacarıqsız millətdi ki o boyda Rusiyada ancaq yəhudilər varlı oldu? Hətta Azərbaycandan olanlar da yəhudilərdir. Sirr budur ki xaricdəki yəhudilər Sovet dağılan kimi ordakı bir az ağlı başında olan yəhudiləri tapdılar, kömək elədilər (Sovetin bütün varını-yoxunu su qiymətinə daşıdılar Qərbə). Eləcə də yəhudi fövqəlağlı barədə mifi də gücləndirdilər. Özünə inamla uzaqbaşı market açarsan, ya da tolkuçkada polka. Sonra inkişaf edə bilməzsən əgər svoy olmasan. Səni əzərlər, yox edərlər.
Elxan Zaman: Sizi, əllərində yaylıq, mendil, limon, müxtəlif xırdavat tutub bu cür ağır istidə küçələri və ofisləri dolaşan, yoldan keçənləri onlardan bir şeylər almağa yalvaran yaşlı qadınların ahı tutacaq, şərəfsizlər! Tfu sizin murdar cəmdəyinizə, hələ bir utanmaz-utanmaz inkişafdan da danşırlar, utanmaz alçaqlar!
Rauf Qubadov: Avrasiya Birliyinin əsas məqsədi xalqlar dostluğudu.
Elşad Talışlı: Düşünürəm bunların hamısı planlı şəkildə baş verən hadisədir. Baxın, qaçqınların uşaqları hərbi xidmətə müharibə bölgəsinə yox, sakitlik olan bölgələrə xidmətə göndərilir...
Ayan Camalova: Sosialist Respublika hakimiyyəti zamanı Azərbaycanın müəssələrində hər il 35 milyon ədədə qədər elektrik lampası istehsal olunurdusa, bu gün iri müəssələrin hammısı xarabalığa çevrilib. Sovet hakimiyyəti zamanı hər il 100 min ədəd dərinlik nasosu istehsal olunan bir ölkədə bu gün 20 dəfə az- cəmi 5 min ədəd dərinlik nasosu istehsal edilir.
Vasif Zeynallı: SSRİ Azərbaycanın qurtuluşu oldu.
Elşad Heybətov: Azərbaycan əhalisinin 30 faizi Rusiyadan dolanır. İsiq gələn yeri bağlamaq olmaz, bu nankorluq olar.
Əli Əliyev: O şey ki vaxtilə qəbahət sayılırdi, bu gün adi bir şeydir.
Ağalar Qut: Osmani sultanlarının və saray əyanlarının mələz (“devşirme”, düdəmə) olduqları heç kimə sirr deyildir. Çaldıranda böyük bir oğuz dövlətinə qalib gələnlər avropalıların top-tüfənglə silahlandırdıqları mələzlər idi…
Faiq Mirzəyev: Türkiyə bütün cır-cındırını bizə satır, bizdən istifadə edib pullar qazanır. Bəs biz nə qazanmışıq Türkiyədən son 20 ildə? Türk malları Avropada satılmır, qadağandı, avropalılar o cür zir-zibilləri yemirlər! Mən 15 ildi Almaniyada yaşayan biri kimi canlı şahidəm ki, türkləri Almaniyada saxtakar millət kimi tanıyırlar. Almaniyanın hər yerində qara işlərlə məşğuldurlar, atıb-aldatmaqla gün keçirirlər. Amma bizdə onları kahraman kimi tanıyırlar. Oyan, millət, oyan!
Adil Hüseynoğlu: Nurçuluq -  qalstuklu vahhabilikdi.
Musarza Kadusi Mirzəyev: Türkiyə, Səudiyyə Ərəbistanı və digər islam ölkələri Amerikaya xidmət edir.
Sabir Şindani: BP 50 milyon dollar rüşvət verib ki, neftimizi talasın. Əlbəttə ki Azərbaycanı ona satıblar, heç mübahisə etməyə də dəyməz.
Qəhrəman Yəhyayev: Bir şeyi unutmayın ki, müstəqillik sadəcə ortaya atıldı ki Sovet imperiyası çöksün. Xalq bu müstəqillik eşqinə uyudu. 20 il keçdi, indi anlayırlar ki xülyada imişlər. İmperiyada köləlik yox idi. Əslində sadə xalq müstəqillik dönəmində yaşadığı və çəkdiklərini Sovet dönəmində heç zaman çəkməmişdır. O vaxt ən ucqar kəndçi balası rahat oxuyub dünyanın istədiyi yerində öz karyerasını qura bilirdi.
Azər Abdulov: Şikayət olunan yeraz, şikayətə baxan da yeraz, şikayətçi isə azərbayçanlı! O şikayətə baxarlar? Butun yerlərdə belədi.
Rusiya Dağılacaq: Elçibəyçilik üçün Qarabağ məqsəd deyil- vasitədir. Əsl məqsəd üçün vasitə. Əsl məqsəd isə Azərbaycanın hesabına, hətta nəticədə Azərbaycan məhv olsa da, regionda İran və Rusiyaya ağır zərbə endirməkdir. Azərbaycan burda “peşkadır”. Buna görə Qarabağ məsələsini ən əvvəldən elə cür şəkilləndirmək, konstruksiya etmək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsi asanlıqla Azərbaycan-Rusiya, Azərbaycan-İran qarşıdurmasına keçsin. Bu heç Türkiyənin də səviyyəsi deyil, hərçənd arxa cəbhə missiyasını məhz Türkiyə icra edir. Bu məqsəd naminə yüzlərlə, minlərlə məlum və ağlagəlməz kanallardan təhsil sisteminə, yerli jurnalistikaya, aylıq icarəsi Amsterdam fahişəsinin bir gecəlik məvacibinə bərabər olan siyasətçilərə illər ərzində milyardlarla “səhm” yatırılır. Ki qoyun kütlə “rus, fars, erməni - bunlar türkün düşməni” qışqırmaqla, qoyun siyasətçi Qarabağın azad olunmağı üçün Rusiyanın dağılmağını arzuladığını (guya ABŞ, Fransa ermənipərəst deyil!) bəyan etməklə bir gecənin içində bütün səhmləri artıqlaması ilə doğrultsun.

Комментариев нет:

Отправить комментарий