Hələ Çar dövründən Rusiyanın xarici ticarətinin yarıdan çoxu Qara dəniz yolu vasitəsilə aparılırdı. 1878-ci ildə Rusiya hökuməti beynəlxalq arenada təklif etdi ki, Bosfor və Dardanel onun nəzarəti altına keçsin və bu boğazların sahili boyu rus hərbi bazaları yerləşdirilsin. Lakin bu təklif İngiltərə, Fransa, Avstriya-Macarıstan və Almaniya tərəfindən etirazla qarşılandı. Bundan sonra Rusiya hökuməti Hind okeanı basseyninə çıxmaq üçün qısa yollar aramağa başladı. Rus mühəndisləri tərəfindən Xəzər dənizini Hind okeanı ilə birləşdirəcək kanal çəkmək təklifi irəli sürüldü. 1889-1892-ci illərdə İranın içindən keçən kanalın qazılması layihəsi hazırlandı. Hətta kanalın qazılması üçün Rusiya-İran müştərək komissiyası da yaradıldı və 1904-cü ilə fəaliyyətə start verildi. Lakin London və İstambulun İrana get-gedə artan təzyiqləri fəaliyyətə son qoydu. Qərb və onun regiondakı sadiq muzduru Türkiyə bu layihəyə mane olmaq üçün dəridən-qabıqdan çıxdılar. Təsadüfi deyil ki, 1997-ci ildə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Xəzər-Fars körfəzi kanalı layihəsini də əhatə etdi. Layihənin realizasiyasına qatılan ölkələr və şirkətlərə maliyyə və digər iqtisadi cəzalandırılmalar tətbiq olunacağı bildirildi.
1919-1923-cü ildə Sovet hökuməti Türkiyəni məhv olmaqdan qurtardı, ona Antanta və Yunanıstana qarşı müharizədə yardım etdi. Əvəzində Ankara 1924-cü ildə söz verdi və yazılı şəkildə təsdiq etdi ki, bir də heç vaxt nəinki SSRİ-nin Bosfor və Dardanel boğazlarından istifadəsinə maneçilik törətməyəcək, hətta bu boğazlardan SSRİ-nin ziyanına istifadə olunmasına imkan verməycək. Amma Türkiyə həmişə olduğu kimi sözünün üstündə durmadı. Cəmi 14 il sonra- 1938-ci ildə özünə gələn Türkiyə beynəlxalq güclərin SSRİ-yə qarşı hazırlanmış “Yanacaq” planına qatıldı, ingilis və fransız hərbi gəmilərini Qara dənizə buraxdı, SSRİ-yə qarşı gözlənilən müharibə fəaliyyətinə dəstək verdi. 1941-ci ildə Türkiyə müxtəlif bəhanələrlə SSRİ-nin faşist aqressiyasından əziyyət çəkən Yuqoslaviyaya göndərdiyi silah və ərzaqla dolu gəmilərinə əngəllər törətdi. Türkiyə faşist Almaniyası ilə birgə Sovet xalqlarına qarşı aqressiyaya qoşuldu, hətta SSRİ-yə hücum etməyə hazırlaşdı.
Türkiyənin belə xameleon mövqeyini görən Sovet hökuməti yenidən Xəzər-Fars körfəsi kanalı ideyasını gündəmə gətirdi. 30 noyabr 1943-cü ildə Tehranda İosif Stalin və Məhəmməd Rza Pəhləvinin danışıqları zamanı kanal məsələsi də müzakirə olundu. Həm İran, həm də Sovet tərəfi bu layihəni əlverişli və perspektivli hesab etsələr də, İkinci Dünya Müharibəsi ilə əlaqədar regionda yaranmış qarışıqlıqlar layihənin həyata keçirilməsinə imkan vermədi. 1956-cı ildə Şahənşah başda olmaqla İran hökuməti SSRİ-yə rəsmi səfər etdi. Bir sıra iqtisadi müqavilələr bağlandı. Sovet tərəfi kanal məsələsini qaldırsa da, o vaxt ABŞ təsiri altında olan İran rəhbərliyi müsbət reaksiya verməyə cəsarət etmədi. Amma 1962-ci ildə kanalın çəkilməsi ilə məşğul olacaq Sovet-İran komissiyası yaradıldı. 1963-cü ilin noyabrında Brejnevin İrana səfəri zamanı o həmin komissiyanın işi ilə yaxından maraqlandı, ölkələr arasında “Sərhəd çaylarının su resurslarından birgə istifadə” və “İran mallarının SSRİ, Sovet mallarının isə İran ərazisindən tranziti” müqavilələri bağlandı. 1965-ci və 1972-ci illərdə İran Şahənşahının Moskvaya, eləcə də 1968-ci və 1973-cü illərdə SSRİ baş naziri Kosıqinin Tehrana səfəri zamanı da kanalın perspektivləri müzakirə olundu və texniki parametrlər dəqiqləşdirildi. Həmin səfərlər zamanı gələcək layihənin hüquqi və texnoloji bazası genişləndirildi: “İqtisadi və elmi-texniki əməkdaşlıq proqramı” və “Qarşılıqlı kapital qoyuluşlarının təşviqi barədə” memorandum imzalandı. 1960-1970-ci illərdə Sovet hökumətinin köməyilə İranda 60-dan çox sənaye, energetik və transport obyekti tikildi. İsfahanda Metallurgiya Kombinatı və Azərbaycan SSR-yə uzanan 500 kilometrlik Transİran qaz kəməri ərsəyə gəldi. Lakin İran üzərində hegemonluq edən ABŞ Xəzər-Fars körfəzi kanalın çəkilməsinə mane oldu. Həmin dövrdə İran neftinin 70 faizi ABŞ-a daşınırdı. ABŞ İrandan Avropaya çəkilən bütün kəmərlərin Türkiyədən keçməsini israr edirdi.
Suriya hadisələri zamanı Qərbin regiondakı əlaltısı Türkiyə dəfələrlə Bosfor və Dardanel boğazlarını bağlayacayını, Rusiya gəmilərinin burdan keçməsinə, Suriya və İraq istiqamətinə getməsinə imkan verməyəcəyini bildirdi. Rusiyaya qarşı belə bəyanatlar əlbəttə ki dünya ictimaiyyətində gülüş doğurmaya bilməzdi. Anlayışı olanlar bilir ki, Qara dəniz boğazlarının Rusiya üçün bağlamaq Ankaranın iqtidarında deyil. Amerikaya xoş görünmək istəyən Türkiyənin boğaz bağlamaq hədəsinə ruslar Qromıkonun köhnə sözləri ilə cavab verdilər. Bosfor boğazını rus gəmilərinin üzünə tam qapayacağını ABŞ-ın sevimli satelliti hələ 1970-ci illərdə bildirmişdi. Bu kanalın Sovet dövləti üçün böyük strateji əhəmiyyəti var idi. SSRİ-nin eksport etdiyi neftin 50 faizi Qara dəniz vasitəsilə daşınırdı. Şərqdəki sosialist ölkələrinə də SSRİ bu yol vasitəsilə dəstək verirdi. O vaxt Ağ Evə səfər edən SSRİ rəhbəri Qromıko Türkiyənin boğaz bağlaması barədə sual verən amerikan jurnalistlərinə belə demişdi: “Aralıq dənizinə keçmək üçün SSRİ-nin Qara dəniz flotunun cəmi 2 raket atəşi kifayətdir; nəticədə Bosfordan başqa Aralıq dənizinə daha iki keçid açılacaq, amma təəssüf ki daha İstanbul olmayacaq”. Bu sözlər türkləri eyforiyadan ayıltdı və o vaxtdan bu məsələ bağlı qaldı. Hadisələrin gedişatı göstərdi ki, Türkiyə Qara dəniz boğazlarını İsrailin regionu şiə zolağından təmizləmək planını rahat həyata keçirə bilməsi üçün bağlamaq istəyirmiş. Suriya xalqına hərbi dəstək verən və humanitar yardım aparan rus gəmiləri ora məhz Qara dənizdən keçməklə gedib çıxa bilirlər. Rusiya hərbi gəmiləri Suriya sahillərində lövbər salaraq ölkənin hava sərhədlərini ABŞ, İsrail və Türkiyə təyyarələrindən qoruyurlar və dəfələrlə bu ölkələrə mənfur planlarını həyata keçirməkdə mane olublar. Qardaş Yəmən xalqına dəstək kompaniyasını da Rusiya Krımdakı bazadan çıxan gəmilərlə həyata keçirir. Qara dəniz boğazlarını bağlamaq Türkiyəyə ona görə lazım idi ki, Rusiya Suriya müharibəsinə müdaxilə edə bilməsin, NATO-nun müsəlman ordusu olan İŞİD isə Şərqdə şiə qətliamını rahat həyata keçirsin.
Bugünkü geopolitoloji reallıqlar Rusiya üçün Hind okeanına giriş açan kanalının vacibliyini yenidən gündəmə gətirmişdir. Ən azı ona görə ki həmin yol Türkiyənin yanından ötən yoldan iki dəfə qısadır. Kanalın köməyilə Rusiya, İran, Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələr neft və qazlarını açıq dəniz vasitəsilə Şərq ölkələrinə eksport edə biləcəklər. Bu, Xəzəryanı və Qafqaz ölkələrinin iqtisadiyyatını gücləndirəcək. Bu yol təkcə Rusiyanı yox, Avropa ölkələrini də Hind okeanına çıxaracaq. Odur ki, bir çox ölkələr həmin kanalın çəkilməsində maraqlıdırlar və bu işə sərmayə qoymağa hazırdırlar. Kanal tikiləndən sonra Türkiyənin tez-tez problemlər yaratdığı Bosfor və Dardanel boğazları öz strateji əhəmiyyətini itirəcək. Və ən əsası: Şiə dünyası üçün etibarlı təhlükəsizlik çətiri yaranacaq.
Avrasiya analitik qrupu

Комментариев нет:
Отправить комментарий