Həmişə bu fikirdə olmuşam və yenə də deyirəm, kütlə-xalqın gözü tərəzi deyil və ola da bilməz. Kütlə hər şeyi ona sərf edənlər və ona sərf etməyənlərə bölür. Yəni fərdlərdə riyakarcasına yanaşma xüsusiyyəti olduğu kimi, kütlələrdə də bu cür xüsusiyyət olur. Bu bizim millətə də aiddir. Bizim millətin bir çox üzvlərinin canına artıq riyakarlıq, ikiüzlülük, hər şeyə alverçi gözü ilə baxmaq xüsusiyyəti hopub. Yəni bizdə də bir millət kimi demək olar ki hər şeyə alverçi gözü ilə baxılır- mənə sərf edər, ya yox prinsipi ilə.
Bir neçə gün bundan əvvəl Meydan TV səhifəsində talış dilində təhsil barədə bir paylaşım verildi. Düzü mən Meydan TV kimi səhifələrin səmimiyyətinə inanmıram, onlar yalnız özlərinə sərf edəni yazırlar həmişə. Amma məsələ budur ki, bu vaxta qədər Rusiyada, Gürcüstanda, İranda, İrakda, hətta Suriyada, Moldaviyada, uzaq Çində etnik türklərin dil azadlığını həmişə qabardan, həmin ölkələrin hökumətləri ilə az qala dil davası edən millətin üzvləri qəflətən bu fikirə düşməncəsinə yanaşdılar, özü də çoxları çox kobud şəkildə buna narazılıqlarını bildirdilər. Beləliklə əslində riyakarlığlarını göstərdilər.. Özü də bu cür düşünən az saylı insan toplusu deyil. Bu ölkədə çoxsaylı insan toplusu cəmiyyətdəki mövqeyindən və siyasi baxışından asılı olmayaraq belə riyakarlıqlar nümayiş etdirir həmişə belə məsələlərdə...
Nəyə görə?! Nəyə görə oradakı etnik türklərin istək və tələbləri təbii, qanuni sayılmalıdır, amma Azərbaycandakı etnik xalqların tələbləri isə xainlik və separatçılıq sayılır?!
Deməli Gürcüstana, İrana, İraka, Rusiyaya qarşı belə hərəkətlərin əslində riyakar siyasi gediş olduğunu anlayır və bunun Azərbaycanda analoji oxşarını görmək istəmir bizimkilər.
Комментариев нет:
Отправить комментарий