01.05.2017

Sovet quruluşu Azərbaycan xalqına nə verdi?

Şamil Rəhman:
-Sovet quruluşu Azərbaycan xalqına nə verdi? Bu sualın özü bəsitdir. Yəni ağıllı (gözü ideoloji ehkamlarla örtülməyən, dəyərləri, maraqları və elmi həqiqət sferalarını ayırd etməyi bacaran) və vicdanlı insan bu quruluşun xalqımız üçün yol açdığı misilsiz tərəqqi, sosial yüksəliş imkanlarını inkar edə bilməz. XX əsr Sovet Moderni dönəmi - Avrasiya məkanında yaşayan çoxsaylı xalqların yüksək inkişaf standartlarına cəlb olunduğu epoxal önəmli bir çağdır. Özü də belə bir məqam nəzərdən qaçırılmamalıdır ki, Sovet Moderninin dünyagörüşü paradiqmasında inkişaf bir ovuc seçilmişlərin deyil, ümumi xalqın nəsibi kimi çıxış edirdi. Məhz Sovet Moderni on minlərlə Azərbaycan gəncinə ənənəvi yaşam çərçivəsini adlamağa, tərəqqi epopeyasına qoşulmağa imkan verdi. Məhz Sovet Moderni çağdaşlıq qavramına malik, eyni zamanda yüksək mənəvi sifətlərini qorumuş, ülvi amallara xidmət edən yeni azərbaycanlı tipini doğurdu. Sovet dövrünün ədəbiyyatını xatırlayın. Uşaq və gənclər hansı ülvi qayə və amallar zəminində yetişdirilir və tərbiyə alırdı. Və indiki periferik kapitalist ölkəsinə çevrilən Azərbaycanla müqayisə edin. Bizim millətçilərin koqnitiv nadanlığı və korafəhmliyi onlara sosial bərabərlik ideyasından sadəcə rus qoxusunu almalarına səbəb olursa, bu onların artıq intellektual və siyasi baxımdan rəsmən tükəndiklərindən xəbər verir.

Комментариев нет:

Отправить комментарий