01.05.2017

Sbiqnev Reliqa

Şəkildəki cərrah, Sbiqnev Reliqa (16.12.1938 — 8.03.2009) — Polşa ürək cərrahı və siyasətçisidir (2005-ci ildən 2007-ci ilə qədər — Polşanın səhiyyə naziri).
Bu şəkil 1987-ci ildə növbəti əməliyyatdan sonra çəkilmişdi. 23 saat davam edən və müvəffəqiyyətlə bitən ürək transplantasiyası əməliyyatından sonra assistenti o qədər yorulmuşdu ki, əməliyyat otağının bir küncündə uzanıb yatmışdı. Sbiqnev isə xəstənin yeni ürəyinin işinin göstəricilərini müşahidə edirdi. Elə həmin il bu şəkil National Geographic jurnalında dərc edilmiş və jurnalın 100 ən yaxşı şəkili siyahısına düşmüşdü. 
Pasiyent sağdır (2013), Sbiqnev Reliqa isə 8 mart 2009-cu ildə uzun müddət müalicə aldığı ağ ciyər xərçəngindən vəfat edib.

Hikmət Babayev

Комментариев нет:

Отправить комментарий