01.05.2017

Lerikdə daş kitabələr aşkarlandı

Lerik rayonunun yüksək dağlıq ərazisində yerləşən Orand massivində (Kifsə deyilən ərazidə) qədim daş kitabələr aşkarlanıb.
Ümumilikdə, bir neçə qaya səthi olmaqla, aşkarlanmış yazılar təxminən 80-100 metrlik məsafəyə qədər uzanır.
Yaşadığı ərazinin tarixini və mədəni irsini tədqiq edən Lerik şəhər 3 nömrəli orta məktəbin tarix müəllimi Araz Qurbanovun sözlərinə görə, aparılan elmi-arxeoloji tədqiqatlar bir daha sübuta yetirir ki, alt paleolit, orta paleolit, mezolit dövründən bu günə qədər Lerikdə həyat davam edib. Daş kitabələr isə bu ərazidə daimi yaşayış məskənin mövcudluğundan, buranın həmin dövrdə qədim dövlətlərdən, yaxud da birlik və tayfalardan hansınınsa birinin siyasi mərkəzlərindən olmasından xəbər verir.

"Orand kendi" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий