02.05.2017

Bilge Tonyukuka yazdıqlarım

Hikmət Babayev

Bir az savadı və həqiqəti deyəcək qədər ləyaqəti olan hər kəs deyər ki, Azərbaycan mətbuatı nə səviyyədədir. Rusu söymək az qala bu ölkədə vətəndaşlıq borcuna çevrilib. Nə zibil olur, onda ya rusu günahkar çıxardırlar, ya da farsı! Dəqiq məlum olsa belə bu oyunda başqa ölkələrin əli var, yenə də deyirlər... Bizim kanallara, xüsusən siyasi söhbətlərə 10 dəqiqədən artıq baxa bilmirəm, əsəbiləşirəm. Nə qədər yaltaqlıq, ikiüzlülük, özünü təmizliyə çıxartma var! Dünən İTV-də verilişə 3 dəqiqə baxdım... az qala AKP-nin vəkili rolunu aparırdılar, guya az qala bütün dünya AKP-yə qarşı birləşibmiş! Baxırsan, ruslar bizi 20-ci il işğal etməsəydi belə olardı, elə olardı... Bircə o qalır desinlər ki, rus olmasaydı indi Yupiterə uçardıq!..
***
Düz 97 il əvvəl bolşevik ruslar bizi işğal edib.. Əgərçi bolşeviklər bizi işğal etməsəydilər, indi biz Marsda koloniya salardıq, mərkəzi yollarımız da 5 sm qızıl olardı. Ara yollar da gümüş... Elçibəyin ruhu haqqı belədi...

Təssəvür edin, bir vaxtlar vaxtlar Lider tv-də Qotur şou verilişi aparan adam indi ATV-də politologiya verilişi aparır... Əcəb günlərə qalmışıq.
***
Bilge Tonyukuk, tarixçilərimiz, propoqandaçılarımız deyir, ruslar olmasaydı indi regionun superdövləti olacaqdıq! Ələ salınmalı haldadı bu gopologiya!
***
Bilge Tonyukuk, müstəqillik nədir səncə və müstəqilliyin sərhəddləri hansı həddən başlayır və qurtarır?.. Çoxları artıq o məsələləri yaxşı bilir, nə danışım, kor-kor gör-gördür də... Sadəcə müstəqilliyin nə olduğunu və müstəqillik deyiləndə nəyin nəzərdə tutulduğunu, insanlara müstəqillik, xalqlara müstəqillik, siyasi elitalara, iri kapitəlistlərə verilən müstəqilliklər və onlar arasında hansı fərqlərin olduğunu azacıq da olsa anlamaq gərəkdir.
***
Bilge Tonyukuk, yəqin hələ siyasətdəki oyunlardan, Elçibəyin həm kürd, həm türkçü, həm ərəb, həm KQB-şnik, həm Əliyevçi olmasından yəqin xəbərin yoxdur. Çoxları hələ cavandı, uşaqdı beyinləri o eyforiyalı pafoslarla doludur. Yaşlandıqca insanlarımız anlayarlar bu hoqqaları. Bax onda seçimlərini tam edirlər: Ya həqiqəti demək, ya da bizim fırıldaqçı-əclaf-şarlatanlardan olmaq...
***
Bilge Tonyukuk, nə ADR olub, nə də AXC. Olub AC, yəni Azərbaycan Cumhuriyyəti olub o dövlətin adı... Xalq sözünü 90-cı illərdə dürdüştürüblər A ilə C-nın arasına, guya xalq qurub bu dövləti... Amma bu dövləti mülkədarlar qurmuşdu... AC olub, sadəcə 19-cu ilin xəritələrinə baxmaq kifayətdi. Fransız və ərəb qrafikası ilə yazılan xəritələrdə görmüşdüm neçə illər əvvəl... Sonralar bəzi məlumatları eşələdim, anladım ki, həmişəki ampulada bizə gopologiya soxuşdururlar..
***
Bilge Tonyukuk, elə profil şəkilivə qoyduğun Atatürkün özü Müsavatı ingilis agentləri elan etmişdi. Onda niyə o şəkli profilə profilə AC-yə hörmətsizlik edirsən? Hə?! Bəlkə deyəcəksən Atatürk Rəsulzadəni Türkiyədən qovmayıb, qazetini qadağan etməyib? Belə faktlar çıxardılıb arxivdən...
***
Şollar suyunu Bakıya Zeynalabdin çəkdirməyib. Şollar suyu Bakı Şəhər Dumasının planı ilə çəkilib... Və bu kəmərin çəkilişi üçün dövlətin ayırdığı vəsaitdən başqa varlı şəhər sakinlərinin topladığı ianələr də yığılmışdı... Zeynalabdin də bu kəmər üçün pul qoyanlardan biri idi.
Məhz ələ saldığınız Şura hökuməti milyonçunun osetin arvadı üçün tikdirdiyi sarayı dövlətin sərəncamına keçirtdi... O hökumət olmasaydı, bu binalar onların varislərinə çatacaqdı, xalqa yox... Bakı milyonçularının çoxu, xalqa 1 il ərzində verdikləri ianə qədər pulu hansısa qumarxanada 1-2 saata xərcləyirdilər...
Zeynalabdin lap 10 məktəb tikdirsin, sonra?! Bakı əhalisi üçün elə bəlkə onun 10 qatı qədər məktəblər lazım idi, hələ bütün ölkəni demirəm. Bəs onları kim tikəcəkdi?
Zeynalabidin milyonu öz hesabına qazanmayıb, ölkənin neftini qara fəhlələrə çıxartdırıb satmaqla qazanıb... Mən heç kimin varına tamah salmıram... Amma elə sən dediyin kimi, iri kapitalist öz milyardının sahibidir, istəyər xalqa 100 manat verər, istəyər xalqa dirsəyini göstərər. Bunu sən özün ki təsqiq etdin ki, varlı istəsə verər, istəməsə verməz... Deməli millətin-xalqın gələcəyi üçün hansısa milyonçulara güvənmək absurddur.
Mən Şura hökumətinin vəkili deyiləm... Amma düzünü demək lazımdır. Bizim milyonçular o pulları halalca alın tərləri ilə yox, qara fəhlələrin istismarı ilə qazanırdılar... Buruqda neftıi-mazutlu halda eşşək kimi işləyən fəhlələr balaca kazarmalarda yaşayırdılar, milyonçular isə iri saraylarda.. Budur müstəqillik dövrünün dövrün halal yaşayışı!
***
Bilge Tonyukuk, get tarixi yaxşı oxu.

Комментариев нет:

Отправить комментарий