09.12.2017

Bürhan Heşməti: Azərbaycanla sionist rejimin rabitələrində son illər sıçrayışlı inkişaf olub. Belə ki, sionist rejimin baş naziri Benyamin Netanyahu ötən il 13 dekabrda rəsmi şəkildə siyasi və təbliğatçı manevrlərlə Azərbaycan paytaxtına səfər etmək qərarına gəlib. Bu səfər 1997-ci ildə, təqribən 20 il öncə gecə, məhrəmanə və qısa səfərdən sonra baş tutub. Bu səfərdə Bakı və Tel-Əviv arasında müştərək komissiya yaradılması barədə razılaşma imzalanıb. Belə razılaşma diplomatik baxımdan iki ölkə arasında həmkarlıqların maksimum genişləndiyini göstərir. Bunun ardınca müşahidə etdik ki, sionist rejimin baş naziri bu səfərdə Bakıdakı yəhudi məktəbində oldu, Azərbaycanla təhsil, elm və araşdırma sahələrində həmkarlıqların genişləndirilməsi zərurətini vurğuladı. İlham Əliyev Netanyahunun bu sözü ardınca Azərbaycan Respublikasının təhsil nazirini Azərbaycan-İsrail müştərək komissiyasına rəis təyin etdi. Bu addımı ilə nümayiş etdirdi ki, Netanyahunun təhsil sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi istəyini dəstəkləyir. Hazırda bu müştərək komissiyanın ilk iclasının təşkili gözlənilir. Sadəcə müəyyənləşməlidir ki, komissiyanın ilk iclası Bakıda ya Tel-Əvivdə keçirilsin. Tədricən Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılması gündəmə gəlir. Artıq bu mövzuda müəyyən mülahizələr eşidilir. Əslində bu səfirlik olmadan da Azərbaycan Respublikası ilə sionist rejim arasında rabitələr çox genişdir. İki ölkə arasında illik ticarət mübadiləsi minimum 4 milyard dollardır. Azərbaycan Respublikasının sionist rejimdən aldığı silah-sursat 5 milyard dollardan yuxarı dəyərləndirilir. Sionist rejimin Azərbaycan Respublikasının təhlükəsizlik sistemini nəzarətə götürməsi göz qabağındadır.

Комментариев нет:

Отправить комментарий