09.12.2017

Haqqı O bərpa edəcək

Tahir Fikri

Hələ millət görəsən çoxmu əziyyət çəkəcək,
Xalqımın sərvtini vəhşi köpəklər yeyəcək.

Məzlumun haqqına girməklə qurub səltənətin,
Guya bu batil olan sorğuda bir söz deyəcək.

Talayıb sərvəti nankor ötürür düşmənimə,
Sorğularda görəsən nabud olan neyləyəcək?

Kürsüdən haqdan, ədalətdən edir "moizəni",
Bu riyakar düşünürmü görəsən inləyəcək?

Binamaz əhli namazə eləyir tən hətta,
Halal etmiş haramı, qəbrdə fəryad çəkəcək.

Yoxdur insafu mürüvvət ki çaşıb yardım edə,
Gec ya tez bunca günah yüklü belin tam əyəcək.

Fikriyəm, haqq yazıram, yoxdu çəkinməklə aram,
Ümidim Höccətədi, haqqı O bərpa edəcək.

Комментариев нет:

Отправить комментарий