Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib
Mayın 4-də Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlıya hökm oxunub. Hakim İlqar Məmmədov Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 5-dən həbsdə olan Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib. “Media forum”a məlumat verən vəkil Anar Qasımov qeyd edib ki, məhkəmə iclasında insident yaşanıb. İclasda olan fəallar hakimin qərarına etiraz edərək “Azadlıq” şüarları səsləndiriblər: “Polis etiraz edənlərin bir neçəsini saxladı. Hətta çəkiliş aparan “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadovanın kamerası əlindən alındı. Bütün bunlar diplomatik korpusun nümayəndələri və hüquq müdafiəçilərinin gözləri qarşısında baş verdi”. |
Комментариев нет:
Отправить комментарий