17.05.2011

Əhmədinejad ixtilaf yaranması barədə xəbər yayanları “riyakar və hiyləgər” adlandırdı

“Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var ki, bunu öz ürəyimdə saxlayacam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır”

Son vaxtlar İranın dini rəhbəri ilə prezidenti arasında ixtilafın yarandığı barədə tez-tez xəbərlər yayılır. Bu xəbərlər ETTELAAT rəhbərinin istefası və dərhal postuna qaytarılması hadisəsindən sonra intensivləşib. Aprelin 17-də ETTELAAT rəhbəri Heydər Moslehi istefa versə də, dini rəhbərin göstərişi ilə dərhal öz postuna qaytarılıb. Bundan sonra məsələyə aydınlıq gətirən bir sıra saytlar Heydər Moslehinin onunla ixtilafı olan prezidentin təzyiqi ilə istefaya məcbur edildiyini yazıb. Aprelin 19-da dini lider ayətullah Əli Xamneyi Heydər Moslehiyə məktub yazaraq ona açıq dəstək verib. Bundan sonra prezident Mahmud Əhmədinejad 10 gün işə çıxmayıb. Aprelin 30-u o, 10 günlük fasilədən sonra hökumətin iclasında iştirak edib. ETTELAAT rəhbəri Heydər Moslehi iclasa qatılmayıb. İclasda Əhmədinejad onunla Xamneyi arasında ixtilaf yaranması barədə xəbər yayanları “riyakar və hiyləgər” adlandırıb və deyib: “Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var ki, bunu öz ürəyimdə saxlayacam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır”. 

QAZETA ANALİTİK İNFORMASİYA MƏRKƏZİ 

Комментариев нет:

Отправить комментарий