Ədəbiyyatımızın və sənətimizin böyük bir qolunu təşkil edən Bakıdan, yəni mərkəzdən uzaqlarda yaşayan yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ YARADICILAR adı verilmiş. Təbii ki, mərkəzdən uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin indiki məqamında böyük bir qüvvədilər və buna görə də bu Birliyin filialları deyə bir termin də var və onlar bu filiallarda birləşirlər. İndiki kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini itirmiş kimidir və internet dünyası o filialların yaradıcılarını və günlük qəzet yazarlarını daha yaxına çəkib gətirmişdir. İnternet-sorğu deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox yaxınlaşdırıb. Həmin sıradan bu günkü qonağımız yazar Böyükxan Bağırlıdır. Bəyəfəndiylə söhbətimiz Özü və Ədəbiyyat haqqındadır.
“İNTELLEKTUALLIQ YAZARA HARACAN LAZIMDI”
sualınıza gəldikdə isə, onu deyə bilərəm ki, bu barədə xalqın gözəl bir ifadəsi var: buynuz qoça ağırlıq eləməz. Nə olar, qoy yazıçının intellektual səviyyəsi şkalanı vurub keçsin. Lakin Puşkinin, Qoqolun, Tolstoyun, Çexovun, Folknerin, Hemenqueyin, Mirzə Cəlilin, Sabirin, İlyas Əfəndiyevin, Anarın, Elçinin, Əkrəm Əylislinin, Yusif Səmədoğlunun ədəbi irsinə nəzər yetirərkən, şəxsən bir oxucu kimi mən özlüyümdə bu qənaətə gəlirəm ki, yazıçılıq üçün əsas şərt Allah vergisi və istedaddır. Əgər belə olmasaydı, onda ədəbiyyat nəzəriyyəsini, ədəbi qayda-qanunların həçə-püçəsini hamıdan yaxşı bildiklərinə görə ədəbiyyat üzrə professorlar, akademiklər bu əziyyətli və şöhrətli peşədən ikiəlli yapışardılar. Yaxud yüksək intellektə malik olan M.Şahtaxtinski kimi alimnüma bir naşir “Şərqi-rus” qəzetində kömbəni Mirzə Cəlilin deyil, elə öz qabağına çəkərdi. Neyniyəsən ki, Allahtala istedadı hər adama vermir. İntellekt gücünə yazılan bədii əsərlərə gəldikdə isə, onlar istiliyi, hərarəti olmayan ay işığına bənzəyirlər. Məncə intellektuallıq yazıçının içindən gəlməlidir. İntellektuallıq naminə intellektuallığı, vallah, şeytana papış tikən qazdan ayıq müasir oxucu həzm eləmir, intellekt ilə yüklənmiş soyuq, bumbuz, qəliz mətnləri bir tərəfə atıb: “Pah atonnan... yox əşşi...” deyir. Bu gün də aktuallığını itirməyən, sevilə- sevilə oxunan Mirzə Cəlil nəsrinin həmişəyaşarlılığının , müasirliyinin sirri onun bədii məziyyətləriylə yanaşı sadəliyində, dilinin şirinliyində, aydınlığındadır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq sahəsində də sadəliyi, elmi rəvanlığı, təhkiyə duruluğunu ədabaz akademizm əvəzləyəndə, “Mən Tarixi-Nadiri yarıya qədər oxumuşam...” deyən Məşədi İbadın məşhur qınağı yada düşür. Məsələn, mən bir oxucu kimi xalq yazıçısı Elçinin sadə dildə yazdığı nəsr əsərləri ilə bərabər,onun ədəbi-tənqidi məqalələrini, elmi araşdırmalarını da həvəslə oxuyuram və bundan böyük zövq alıram. –Yeri gəlmişkən, altmışıncı illərdən bizim ortaq tanışımız, dostumuz bir yazar vardı sizin tərəflərdən QASİD NAĞI OĞLU.İndi nə ilə məşğuldur.Şair Abasağanı xatırlayırmı sizin o gözəl məmləkətdə, yəni heç olmasa yaş mərasimlərində o yada düşürmü? –“...bir yazar vardı...”dediyiniz istedadlı jurnalist Qasid Nağıoğlu mənim yaxın dostum idi. Təsəvvür edin ki,mən sizin suallara cavab verdiyim zaman ( yəni mart ayında) o sağ və salamat idi. İndi isə yoxdu.Onun qəfil itkisi bütün qələm dostlarını şoka saldı. Vaxtı ilə “Qobustan” toplusuyla əməkdaşlıq etdiyi, sizinlə ünsiyyətdə olduğu illəri dərin ehtiramla xatırlayırdı. Şair Abbasağaya gəldikdə isə, onun əziz xatirəsi həmişə məclislərimizdə böyük ehtiramla yad edilir. Unudulmaz şairimizin doğulub boya-başa çatdığı küçə indi Cəlilabad şəhərində onun adını daşıyır. –Sizi tərəflərdən baxanda Azərbaycan nəsri necə görünür və Siz dünya ədəbiyyatı ilə ayaqlaşa bilirsinizmi, öyrənmək baxımından. –Zəmanədən gələn müəyyən çətinliklərə, qadağalara, ideoloji basqılara baxmayaraq Azərbaycan nəsri son yüz əlli ildə böyük inkişaf yolu keçib və bu barədə çox yazılıb, çox deyilib. Çağdaş nəsrimizin üfüqləri getdikcə genişlənir və bu bir oxucu kimi məni sevindirir. Anarın “Ağ qoç, qara qoç”, “Otel otağı”, Əkrəm Əylislinin “Ətirşahmasan”, Elçinin “Ölüm hökümü”, Sabir Rüstəmxanlının “Ölüm zirvəsi”, Elçin Hüseyinbəylinin “Balıq adam”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, İlqar Fəhminin “ Aktrisa”, Nəriman Əbdülrəhmanlının “Yalqız”, Seyran Səxavətin “Yahudi əlifbası” romanları, məncə, çağdaş nəsrimizin uğurlarındandır. Ürəkaçan cəhəd odur ki, son illər nəsrimizə Pərviz, Nərmin Kamal, Aslan Quluyev, Aqşin Yenisey kimi istedadlı nasirlər gəlmişlər. Onların simasında nəsrimizin irəli gedəcəyinə ümidim çoxdur. O ki, qaldı dünya ədəbiyyatı ilə ayaqlaşmağa, bu çətin məsələdi. Avropa dillərindən müəyyən qədər İngilis dilinə bələdçiliyim var, gec də olsa bu dili həvəslə öyrənirəm. Nə yaxşı ki, bu sahədə Azərbaycan Tərcümə Mərkəzi və onun “XƏZƏR” dünya ədəbiyyatı jurnalı dadımıza çatır. Bu jurnal-xəzinə əlimizdən tutub bizi dünyanın nəhəng söz ustaları və onların ədəbi inciləri ilə tanış edir. Son illər bu jurnalda Afaq Məsud,Tehran Vəliyev, , Saday Budaqlı,Rövşən Ramizoğlu, İlqar Əlifoğlu, Nəriman Əbdülrəhmanlı, Natiq Səfərov, Cavanşir Yusifli,Orxan Budaqlı kimi istedadlı tərcüməçilərin çevirmələrində Folknerin, Borxesin, Jorj Amadunun, V.Nabokovun, Kenzi Maruyamanın, Otar Çıladzinin, Tomas Vulfun, Moris Meterlinkin və dünya şöhrətli digər yazıçıların şedevrlərindən seçmələrlə tanış olmuşam. Lap elə bu günlərdə 2009-cu ilin Nobel mükafatı laureatı, alman yazıçısı Herta Müllerin “Nəfəs yelləncəyi”romanını oxudum (Zaur Səttarlı və Qurban Dağlının çevirməsində) oxudum, yetərincə zövq aldım, təsirləndim. Günlərin bir günündə “XƏZƏR” jurnalını səhifələyərkən gözüm bir sərlövhəni tutdu: F.M.Dostayevski. “Karamazov qardaşları” (romandan parça). Görkəmli yazıçımız Afaq Məsudun çevirməsində bu parçanı oxumadım, su kimi içdim, yenə doymadım. Bir də içdim və Azərbaycan dilinin zənginliyinə, var-dövlətinə, öz qapısını dahi rus yazıçısının üzünə necə səxavətlə açıb, qonaqpərvərcəsinə zər-zibasını göstərməsinə heyran oldum... –Bir tərəfdən baxanda vallah,səni xoşbəxt yazar və insan kimi görürəm.Elinə,obana yaxın və bağlı bir ziyalı kimi yaşamağa davam edirsən.Darıxmırsan oralarda.Axı Cənubun qürub çağı çox ağır olur.Bəlkə mən yanlış düşünürəm.Necə olmasa da mənim də oralarla bir bağlılığım var.Ata dədəm çox-çox illər öncə Ərdəbildən sizin tərəflərə gəlib, sonra köçərilik başlayıb.Dərbədərlik başlayıb. –Böyük mütəfəkkir, unudulmaz həmyerlimiz Əlibəy Hüseynzadənin dediyi kimi bizim Muğan torpağında güclü enerji var. Adam ayağını yerə qoyanda sanki qoluna yeni bir qüvvət gəlir. Odur ki, öz el-obamın içində özümü rahat hiss edirəm. Vaqif Səmədoğlu demişkən, “mühit içində təpədən dırnağa ümid içindəyəm”. Bu yerlərə bələd olan bir yazar kimi özün yaxşı bilirsən ki, bizim Cənub bölgəsi qoynunda xəzinələr saxlayan sirli-soraqlı bir aləmdi. Özünəməxsus bağlı boxçadı. Düz deyirsən, bu yerlərdə qürub çağı çox ağır olur. Biz tərəflərdə günəşin tülusu bir tamaşadırsa, qürubu isə, sizin sözün qüvvəti, son dərəcə kədərli, qəm-qüssəli vidalaşma anlarıdır... Muğanda günəş qürub edərkən nə uca dağların, nə də qalın meşələrin arxasına çəkilir, o, uzaq ənginliklərdə, haradasa yerlə göyün qovuşduğu qanqırmızı bir məkanda anbaan əriyir, sanki can verir, son nəfəsində enib gəldiyi, dövran sürdüyü səltənətə acı-acı nəzər yetirib əbədiyyata qovuşur... Yetərincə kədərli, təsirli, ibrət götürüləsi bir səhnə. Ona görə də qocalar deyirlər ki, batan çağı günə çox baxmayın, canbəsər olar. Adama, ev-eşiyə sədəməsi dəyər. Özünnən yeyilər dar niyaz vaxtı, yəni axşam qürubunda qapınıza pis niyyətlə gələrlər. Bu xalq inancı bu gün də bizim Cənub bölgəsində gəzib-dolaşmaqdadır.Bizim Cənub bölgəsində, Muğan düzlərinin dəriniklərində yaz ağzı heç yerdə tayı, bərabəri olmayan, ətriylə insanı məst eləyən çiçəklər açır. Amma nə yazıqlar ki, gözdən-könüldən iraq olan, öpülüb göz üstünə qoyulmayan, pərqu ləçəklərinə nəvazişkar bir əl toxunmayan bu dərdli-kədərli çöl gözəlləri boyunlarını buraraq qarıyıb qalır, xəzələ dönüb torpağa gömülürlər. Halbuki, bu bəxtsiz çöl çiçəklərinin də göz önündəki dibçək gülləri kimi sevilmək, nəvaziş görmək ixtiyarı vardır...Tofiq, nədənsə o gənclik illərində Bakı-Astara qatarıyla sizin Qırmızıkəndin yanından keçəndə mən həmişə duyğulanar, gözdən-könüldən iraq yerlərdə bitən və insan üçün darıxan o, çöl çiçəklərinin acı taleyi barədə düşünərdim. Və bu məqamlarda hardasa yadıma Vaqif Nəsibin “Durna gülü” şeri və bu şeirlə bağlı xalq şairi Rəsul Rzanın “Mənim fikrimcə” kitabında dərc olunmuş qeydləri düşərdi. Özlüyümdə deyərdim ki, nə olaydı, gecələrin birində Qırmızıkəndi bizim Cənub qatarına qoşaydılar, üstünə də yazaydılar: növcavan vaxtı Tofiq Məhərrəmoğlunu bax bu elləri gəzib, dolaşan kənddə İlham pərisi oxlayıb....Tələbəlik illərindən fərqli olaraq, indi daha mənim və eləcə də, bir çoxlarının yolu Qırmızıkənd stansiyasından keçmir. İndi Bakıya yüngül, sürətli və sərfəli maşınlarla gedib-gəlirik. Ancaq o, çöl çiçəkləri ilə və onların oxşarı hesab etdiyim Qırmızıkəndlə bağlı nisgilli duyğular hələ də içimdədi və yəqin ki, onlar məni heç vaxt tərk etməyəcək. Bizim Cənub qatarımız Qırmızıkənd stansiyasından adətən sübhün alatoranında, təbiətin yuxulu çağında keçirdi və bu dəmlər vaqonların pəncərələrindən maraqla ətrafa boylansaq da, təəssüf ki, sis-dumana bürünən kəndin boy-buxununu, qədd-qamətini, Muğanın bu tərəfinin özünəməxsus təbii gözəlliyini görə bilmirdik və həmişə buna çox heyifslənirdim. Bu yaxınlarda xalq yazıçısı Anarın “525-ci qəzet”də, vaxtilə sizin kənddəki evinizdə qonaq olarkən ailə üzvlərinizlə birlikdə çəkdirdiyi şəkli görəndə, qəlbimdə həmin o çöl çiçəkləri ilə bağlı xoş bir duyğu baş qaldırdı. Düşündüm ki, vaxtilə ömrünün gur, axar-baxarlı, saçının qara çağında bizim Cənub bölgəsinə gələrkən, ayaq saxlayıb, Muğan mənzərələrini seyr edən yazıçımızın Qırmızıkəndə səfəri, əgər yaz fəslinə təsadüf edibsə, demək o Muğanın dərinliklərindəki bənzərsiz çöl çiçəklərini, səmada oynaşan ağ buludları, üfüqdən göy qübbəsinəcən uzanan Fatma nənənin hanasını, çiçəkdən-çiçəyə qonan bal arılarını, bu yerlərin özünəməxsus boyalarını...görüb. Bəlkə də, heç belə deyil. Amma hər-halda nikbin olmağa əsas var. İndi Cənub bölgəsinə gediş-gəliş azaddır. Daha Qırmızıkənd stansiyasına çataçatda qatarda sərhədçi “sarıqulaqlar” tərəfindən keçirilən, pasport yoxlanışı deyilən əcaib tamaşadan əsər-əlamət yoxdur və ola da bilməz. Artıq Qırmızıkənd stansiyasına çatanda, yuxunun şirin yerində əli avtomatlı sərhədçi sarıqulaqların “Qalxın, pasportlarınızı göstərin” deyə bağıraraq vaqonlardakı soydaşlarımızın əsəb sarsıntılarına, nevrozuna rəvac verdiyi əcaib anlar tarixin zibilliyinə gömülüb.
Tofiq ABDİN, atofig@hotmail.com tofigabdin.com

Комментариев нет:
Отправить комментарий