Bu yaxınlarda redaksiyaya maraqlı bir şikayətçi gəlmişdi. Hişkədərə kənd sakini, ali təhsilli, Əliyev Bəhruz Bəxtiyar oğlu. Neft və qaz Akademiyasını bitirəndən sonra onu Masallı Qaz İstismarı İdarəsinə fəhlə kimi, amma “dədə-baba” qaydası ilə işə qəbul edirlər. Özünün dediyinə görə ali təhsilli bu gənc fəhləliyə qəbul üçün 300 manat “tərləməli” olub. Bir qədər sonra ona bildirirlər ki, YAP-ın üzvü olmasan, burada sənin üçün problemlər yaranar. 10 manat şirinlik alıb, onu iqtidar partiyasına qəbul edirlər. Hələ ondan bir ay üçün üzvlük haqqı da alıblar. Cəmi 3 aydan sonra isə onu ixtisara salıblar. İndi rayonda bu sahə ilə bağlı 4-5 ali təhsilli mütəxəssisdən biri olan gənc işsizdir. O bilmir ki, işsizliyin fikrini çəksin, ya fəhləliyə qəbul uçun verdiyi, lakin bəhrəsini görmədiyi 300 manat şirinliyin. Hazırda isə 10 manata aldığı YAP vəsiqəsinə qəmli-qəmli baxmaqdan özgə təsəllisi yoxdur.
"Cənub xəbərləri"
"Cənub xəbərləri"
Комментариев нет:
Отправить комментарий