26.01.2013

MƏZAR DAŞLARININ SOYUQLUĞU CANINA HOPMUŞ... AYRILIQ.....

Xuraman Nuru

....Ayrılıq haqqında yazacağam bu dəfə, elə bir ayriliqdan ki, onun acısını yaşayanlar bilər.. Bu ayrılığa düçar olanların vüsalı isə o biri, əbədi, ruhlar dünyasında yaşanır. Bu ayrılıq fani dünyamızın bəlkə də sınağıdır. Mən bu gün əsl sevgilərini yaşayan və ....səbəbi yalnızca ölüm olan SOYUQ MƏZAR DAŞLARININ... AYRILIĞINDAN yazmaq istəyirəm.
....Bəlkə sevgidən başlayım əvvəlcə?, Çünkü bu ayrılıq acısı o zaman yaşanır ki, sevgi hədsiz güclü olur, onsuz yaşamaq dözülməz sınağa çevrilir... Sevgi nədir?! O.... yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz, duyulmayacaq qədər duyğusal bir hissiyyat cövhəridir...
Sevgi.....; Çiçəkkimilər fəsiləsindən bir bitkidir. Onu gözəlləşdirən isə sadəcə vurğunluq deyil. Sevgi sevilməkdir, sevməkdir.
Sevmək isə inanmaqdır. Sevmək yaşamaqdır. Sevdiyini özü kimi, özündən də çox sevməkdir. Sevmək sevgili olmaq, sevilən olmaqdır…Tək bir qəlb, tək bir ürək olmaq…. Sevmək bölüşməkdir. Sevməkdə istəmək yoxdur, arzulamaq var. Sevginin, sevgilinin olduğu yerdə bitər bütün istəklər. Hər bir istəyin tək sənin üçün deyil, sevgilin üçün də istədiyindir. Ondan onun adına istəyərsən. Onu sonsuzadək sevə bilmək üçün istəyərsən. Sevmə azadlığını istəyərsən və bunu qəbul etməyini istəyərsən. İstəyərsən… amma bir gün gələr bu istəklər də sona çatar. Özün özündən istəyərsən artıq. Sevdiyini özündən daha çox sevmək istəyərsən… Əbədi yaşatmaq istəyərsən bu sevgini…. Bax elə bu zaman cücərər AYRILIQ toxumları...
Bəs ayrılıq nədir?! Ayrılıq qanadı qırıq bir quşdur. Ayrılıq qovuşmayan, bitmək bilməyən yollardır. Ayrılıq hüzndür, təklikdir. Ayrılıq açılmayacaq səhərin gecəsidir. Ayrılıq eşitməyən qulağın duyduğu səs, görməyən gözün səksəkəsi, qorxusudur. Ayrılıq, uzaqlardan gələn və yolunu heş zaman gözləmədiyimiz yolçu. Ayrılıq getdikcə böyüyən bir uçqundur. Ən acı ayrılıqlardan biri də sevgilinin səni hər görüşdüyündə soyuq məzarı ilə qarşılamasıdır. Mən bu gün o soyuq məzar qarşısında danışan sevənin sözlərinə xitabən yazıram bunları..
-- “Dinlə məni… ey məni bu fani dünyada yarımçıq, çarəsiz buraxıb gedən sevgilim!. Sənin görəsən bu dünyada olanlardan, bitənlərdən xəbərin varmı?! Mənim sənsiz nələr yaşadığımdan heçmi xəbərin yoxdur?! Əzizim, sən yoxsan artıq.. hər şey o qədər adı, mənasız, anlamsız gəlir ki, mənə. Biləsən ki, dayanmaq necə çətindir sənsizliyinə. Sənsiz nəfəs almaq nə qədər ağırıdır. Gəl desəm gələ bilməzsən…, bilirəm bunu!!! Amma yenə də bütün bunları bilə-bilə deyirəm: Gəl… nolar qurbanın olum!!!! Gəl ki, qurtarsın bu əzab! Nolar gəl, gəl ki, sönsün içimdəki bu alov. Daha gücüm qalmayıb tükənmişəm sənsizlikdən. Hərdən düşünürəm ki, bu dünyada bəlkə də mənə yer qalmayıb sənsiz. Sənsiz hər şeyi sanki alıblar əlimdən. Hər şey bom-boz görünür gözlərimə. İnsanların, dostların qohumların sənin yadigarlarının belə hər sözü mənə toxunur. Hər şeydən küsən, inciyən olmuşam. Göz yaşlarım da məni ələ verir daha. Əvvələr gizli axardı gözlərimdən.. eləcə səsiz səmirsiz süzülərdi yanaqlarımdan, indi onlar da belə hönkürtüylə axırlar. Onlar da daha sənsizliyə dözmürlər. Həmişəki kimi bu gün yenədə sənə gəldim. Danışdım, söylədim dərdlərimi.. sənsiz keçən bu həftəmi də anlatdım. Sən isə yenə susudun.. həmişəki kimi. Mən bu dəfə hirsləndim, yumuruqladım məzarını... cavab gözlədim!!!!!!!!! Səs-səmir gəlmədi. Sonra sanki ayıldım, utandım özümdən, səni incitdiyimdən, sığalladım soyuq daşları. Tamam unutmuşdum ki, məzar daşlarının danışmadığını. Bilə-bilə etdiyim hərəkətə görə çox utandım. Hərdən mənə elə gəlir ki, sən o daşların altında həbsdə yatırsan. Əllərimlə oyub səni o məhbusluqdan qurtarmaq istəyirəm.!!!!!!! Əzizim! Sən gedəndən əllərimdəki yaraları bir görəsən kaş ki, inan görsən dəhşətə gələrsən.. O yaralar hər həftə təzəcə bağlanmış qaysaqlarını burada qopradır. Necə ki, ürəyimin içində qanayan yaralar kimi. O yaralarım yalnızca sənin yanına gələndə sağalacaq, bilirəm bunu. Bir tək ümüdüm o günədir. İnan o günü səbirsizliklə gözləyirəm. İnanıram ki, çox tez zamanda bu gerçəkləşəcək. Bax sən haqq dünyasındasan, sənin səsin daha yaxındı Tanrıya, məndən də yaxın. Nolar, dua elə mənə ki, tez gəlim yanina. Mənim xahişimi et Tanrımızdan. Daha gücüm tükənir....Bax əzizim, indi gedirəm yenə görüş günümüzdə gələcəm yanına. Yenə sənin ən çox sevdiyin çiçəklərdən alıb gətirəcəm sənə. Canım mənim, sənsiz başlayan daha yeni bir həftəmə gedirəm. Gəl bu gecə yuxuma nolar....Gəl..Sənsiz olan halımı gör, heç olmasa yuxuda sil göz yaşlarımı.

Комментариев нет:

Отправить комментарий