10.05.2013

Vəfa Qafarova - Mən sənə isinə bilmədim

 Bir təhər isindim evə eşiyə,
 Küçəyə, döngəyə, yola, köşəyə,
 İsindim həyətdə tənha pişiyə,
 Mən sənə isinə bilmədim axı.

 Yandırdı, qovurdu söz ürəyimi,
 Yalana öyrətdim düz ürəyimi,
 Elədim bir parça köz ürəyimi,
 Mən sənə isinə bilmədim axı.

 Sən tanıyan deyil məndəki dərdim,
 Sevə bilmək üçün ömür verərdim,
 Soyuq ürəyini günəşə sərdim,
 Mən sənə isinə bilmədim axı.


 Aça bilmədiyim sirr tapılmadı,
 Çarəsiz bir dərdi sər tapılmadı,
 Başıma çiynində yer tapılmadı,
 Mən sənə isinə bilmədim axı.

 Ümidsiz gümansız gecələr yarı,
 Əritdim ahmla dağlarda qarı,
 Nəfəsim isitdi buz otaqları,
 Mən sənə isinə bilmədim axı.

 Səndə qaladığım oda isindim,
 Verdim illərimi bada isinidim,
 Qohuma isindim, yada isindim,
 Mən sənə isinə bilmədim axı.

 Hərarət axtardım soyuq gözündə,
 Məhəbbət axtardım donuq üzündə,
 Mən səni istdim çölün düzündə
 Mən sənə isinə bilmədim axı.

Комментариев нет:

Отправить комментарий