30.05.2013

Adamı asalar adamlığından

Ruslan Dost Əli

Adama yuxardan baxdığı günü,
Adamlar yıxıla ‘’Adam Dağından’’.
Adam adamlıqdan çıxdığı günü,
Adamı asalar adamlığından...

İtlər quduzlaşıb, yalquzaqlaşar,
Adam adamlıqdan çıxmaz, ay adam.
Adam adamlardan nə uzaqlaşar,
Nə də yuxarıdan baxmaz, ay adam.

Qurda-quşa yem olmasaq yaxşıdı,
Tanrı bizi çətin qoruyar belə.
Adam da ağac tək çox su içdisə
Kökünə qurd düşər, quruyar belə...


Ay adam,ömründə adam da qalmaz
Adam tək ömrünü sürə bilməsən.
“Adamdı” deməyə dil də gəlmir heç
Adamda adamlıq görə bilməsən.

Gəlin söyüdləşib, barsızlaşmayaq
Zaman izimizi süpürür bizim.
Yağan yağış deyil, arsızlaşmayaq
Allah üzümüzə tüpürür bizim!..

Hər yoldan ötəndən inciyib küsüb,
Adamlıq gözləmə, atam balası.
Yadında saxla ki, olsa olacaq
Adam balasından adam balası...

Adama yuxardan baxdığı günü,
Adamlar yıxıla ‘’Adam Dağından’’.
Adam adamlıqdan çıxdığı günü,
Adamı asalar adamlığından...

Комментариев нет:

Отправить комментарий