Firudin Gilar Bəg
Professional Oxucu Liqası
Bu gün müsəlman dedikdə İslam dininə iman gətirmiş və bu dinin qanunlarına əməl edən möminlər nəzərdə tutulur. Lakin ən qədim mənbələrdə müsəlman, İslam, din rəmzləri bizim bu gün başa düşdüyümüz mənadan daha dərin mənada olmuşdur. Bu rəmzlər insanın bu və o biri dünyadakı gələcək həyatı ilə əlaqədar Allahla bağlanan müqavilə mənasında işlənmişdir.
Dövri mətbuatdakı məqalələrimizdə və “Batini-Quran” kitabında qeyd etmişik ki, bütün qədim yazılar müdriklər tərəfindən rəmzlərlə yazılmışdır və gizli məna daşıyırlar. Bu rəmzlərin açması, insanların, qədim dünyanın bütün sirlərindən agah olmasına səbəb olacaqdır. İslamla bağlı rəmzlərin də bu mənada gizli mənaları var ki, qədimdə onu yalnız sufi müdrikləri və şeyxlər bilmişlər.
«Din» [D-N] rəmzi öz kökünü qədim misir yazılarında Tata-nen (Taten/Dedun/Oten/Odin və s.), yəni Taət-Nun [TT-NN] adlanan rəmzdən götürmüşdür ki, bu rəmz qədim Misirin Ra-Amon Allahının (Ra-Əman/Rəhman) ilkin Nun sularında, yəni göylərdə yaratdığı Taət - Duat aləmi mənasında olmuşdur. Misir mənbələri bildirir ki, “dünya”nın yaradılmasının Geliopol variantına görə, “dünya” - bir-birini əvəzləyən yaranışdan törəmişdir. İlkin Nun sularının ortasında təpəyə - “hər şey” mənasını verən Atum (Adəm) Allahı yüksəlmişdir və öz-özündən Şu və Tefnut cütlüyünü yaratmışdır. Bunlardan isə ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranmışdır. Şu özü qalxaraq hər şeyi Nutun (göy) altına yerləşdirmiş və onu başının üstünə qaldıraraq Qebdən (göydəki torpaqdan) ayırmışdır. Nut və Qeb ilk əvvəl Oziri (Osiris) Allahını, daha sonra isə İsida, Set və Neftidanı yaradır. Buradakı Şu Allahı mənbələrdə Amon Allahının obrazlarından biri olub onun ruhu mənasında ilahi nuru (işıq) və bu ruhun yerləşdiyi ürəyi bildirir. Tefnut (Pta-Nut) rəmzi isə Amon Allahının beynində təsəvvür etdiyi və yaratdığı “dünya” mənasındadır. Burada Nut kimi qeyd olunan rəmz, ilkin Nun suları mənasında, Amon Allahının özünə tabe etdiyi göy dünyasını bildirir. Sadə dildə desək, burada söhbət göyləri təşkil edən ilkin materiyada, insan ruhunun yaşaya bildiyi ruhlar dünyasının yaradılmasından gedir. Deməli, Tövratda Allahın “dünya”ni yeddi günə yaratması hadisəsi, yaşadığımız fiziki dünyaya deyil, məhz Ra-Amon Allahının magik ritualla yeddi “günə” yaratdığı göydəki ruhlar dünyasına aiddir.
Rəvayətə görə, Şu Allahı Nut göyünü qaldırmaq üçün üç pillədən istifadə edir ki, bu pillələr İslamda şəriət, təriqət və həqiqət adlanır. Məhəmməd peyğəmbər hədislərin birində: “Şəriət - mənim sözlərim, təriqət mənim əməlim, həqiqət isə mənim daxili vəziyyətimdir” deyir. Deməli, bu üç pillə - söz, əməl və fikir mənasında magik ritualı bildirir ki, hind fəlsəfəsində bu üç vasitə ilə qurbanların ruhları göydə toplanır.
Qeyd etdiyimiz Qeb [QB] rəmzi sufilikdən bizə Bəqa [BQ] kimi də məlumdur. Sufiliyə görə türk (türük), tərikə silsiləsinin pillələrini qalxdıqca kamilləşir və nəhayət mütləq reallıq olan Həqiqət, yəni “Əsil miskinlik və tam yox olma vadisi” pilləsinə qədəm qoyur. Bu pillə özlüyündə iki fazadan – “fəna” (itirilmə) və “bəqa”, yəni bəglik (əbədi mövcudluq) fazasından ibarətdir. Fəna fazasında türk özü-özünün bu dünyadakı mövcudluğunu hiss edərək Allaha, yəni İlahi mühitə (ilkin materiya) qovuşur. Bəqa (baka) fazasında, yəni bəglik səviyyəsində isə o əbədi Allahda olur. Bu səviyyədə o ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, Amon Allahı sufiliklə - yerdə qurbanlar kəsməklə və müxtəlif magik rituallarla göydə Qeb torpağını, yəni ruhlar aləmini yaratmışdır. Qeb rəmzi Kitabi-Dədə Qorqudda “Qaba aləm” (yəhudi mənbələrində (“Olam Qaba”) kimi qeyd olunur ki, kitaba görə bu aləmi Bayandur xan götürmüşdür. Bayandur [B-NDR] rəmzi qədim Misirin Ba-Neter [B-NTR] rəmzidir ki, Ba Allahı deməkdir və bu rəmz İslamda Vallah (Va-Allahı) kimi qeyd olunur. Buradan isə o nəticə çıxır ki, göydəki Qaba aləmin, yəni ruhlar dünyasının sahibi qədim Misirdə quş kimi təsvir olunan Amon Allahının Ba ruhudur. Qaba aləm İslamda Qiblə, yəni Qaba-El (Qədim Misirdə Qubl) kimi, tarix kitablarında isə Qəbələ kimi yazılmışdır. Mənbələrdə Qəbələ Albaniyanın paytaxtı sayılır ki, buradakı Alban [L-BN] rəmzi Ban-eli [BN-L], yəni Ba ruhlarının yurdu mənasındadır. Ban [BN] rəmzi islamda nəbi [NB], ənbiya kimi qeyd olunur ki, bu da Ban rəmzinin bilavasilə müqəddəs ruhlara aid edilməsi ilə bağlıdır. Ba (Va) ruhunun Ra günəşi ilə birləşməsi isə Rəb (ərəb) və əvrə (ibri) rəmzlərini yaradır ki, bu rəmzlər Allahı, seçilmişləri - yəni əsil yəhudiləri və əsil ərəbləri bildirir.
Lakin Qaba [QB] rəmzi bizə Kəbə [KB] kimi də tanışdır və o İslamda Qiblənin, yəni göydəki Qaba aləmin yerlə birləşdiyi ərazi mənasındadır. Kəbənin digər adının Beytullah olması isə o deməkdir ki, göydəki Allahın evi məhz yerdəki bu daşdan başlanır. Bu daşın altında isə yeraltı ölüm şahlığı olan Sokar (Sokaris) dünyası yerləşir ki, Yunan mifologiyasında bu dünya Qades adlanır. Yazdıqlarımızdan belə çıxır ki, İslamın Din və Kəbə (Qiblə) rəmzləri qədim Misirin Nut və Qeb rəmzidir ki, məhz bunlardan göydəki ruhlar dünyası, yəni cənnət yaranmışdır.
İsmailiyə fəlsəfəsində də göydəki ruhlar dünyası yeraltı ölüm şahlığı ilə əlaqələndirilir və 12 «ada»dan («əl-cəzair») ibarət hesab olunur ki, hərəsinin öz ali xətibi var və onları «Dai Duat əl-cəzirə» adlandırırlar. Duat rəmzi qədim misirlilərin («Amduat kitabı» - «Duatda olanlar») «Ölüm şahlığı» olan Sokarisin gizli mağarası ilə bağlıdır. Quranda Sokaris rəmzi Sok-ar, yəni «cəhənnəm odu» mənasında, tarix kitablarında isə Ar-sak (Arşak) kimi işlədilir və yazılanlara görə ilahi odun saxlandığı Arşak yeri Ərdəbil şəhərindən təxminin 45 km. yol məsafəsindədir. Deməli, ruhlar dünyası mənasında olan Din rəmzi ölüm, ölümdən sonrakı həyatla bağlı rəmzdir və bu rəmz real məkan ilə, yəni bilavasitə Azərbaycanla əlaqəlidir.
Quranda «Din» sözü 100 dəfədən çox çəkilir və bir neçə məna verir: O, məhkəmə, (məhkəmə günü) əvəz kimi, bir insanın inamı kimi, dini cəmiyyətin həyat tərzinin ritual praktika sistemi kimi və s. qeyd olunur. O eyni zamanda sufi qardaşlığı cəmiyyətinin, yəni türüklərin (türk) tərikə yolu mənasında qeyd olunur. Mənbələrdə Din rəmzi daha geniş mənada «mənəviyyat vilayəti» - «əd-dünya», yəni material dünyanın əksi deməkdir. Material dünyanın, yəni mülk aləminin əksi isə Mələküt - ruhlar dünyasıdır. Dilimizdəki “dünya”[DN-Y] rəmzi bu mənada “din” [DN] rəmzinin göydəki ruhlar dünyasına aid olması deməkdir. Buradaki “Y” rəmzi isə sufilikdə bilavasitə müqəddəslərə aid olduğu üçün alqış (Ya) mənasında işlənmişdir. Bu isə o deməkdir ki, Din rəmzi həqiqətən qədim misir yazılarındakı ruhlar dünyası fikrini ifadə edir və bu Dinin qanunlarına riayət edən hər bir kəs bilavasitə oraya, yəni əbədi ölümsüzlük aləminə düşür.
Sufi dahilərindən biri olan İbn Ərəbi yazır: «Böyük Allah demişdir: Bu Dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün Din seçdi: müsəlman olaraq ölün» - yəni Ona tabe olaraq». Burada ölümün xüsusi nəzərə çatdırılması, dinin bilavasitə öləndən sonrakı həyat üçün vacibliyi mənasındadır. Ərəbi xüsusi nəzərə çatdırır ki, burada Din – «əlif» və «lam» səsləri ilə qeyd olunmuşdur ki, bu da - Əl, yəni El – «Göydəki el», «ruhlar dünyası» deməkdir. Böyük Allahın dediyi - «Allahda olan bu Din – İslamdır» (Quran 3:19) ifadəsi isə «Allahda olan bu dünya – issi aləmdir», yəni «Göydəki aləm Amon Allahın ruhundadır» fikrini ifadə edir. Çünki İslam rəmzi – “issi-aləm”, yəni göydəki Qaba aləmin ruhu mənasındadır. Qədim misir yazılarında “Şu” kimi yazılan “issi” rəmzi mənbələ görə Amon Allahının ruhu mənasında ilahi nuru (işıq) və bu ruhun yerləşdiyi ürəyi bildirir. Deməli, Ərəbinin dediyi – «bu Din sənin tabeçiliyindir» ifadəsi – «yalnız Amon Allahının qanunlarına tabe olan bu Dinə aiddir» və «yalnız onlar müsəlman olaraq öləcək və ruhlar dünyasına düşəcəklər» mənasını daşıyır.
İslama qədərki dövrlərdə “issi” rəmzi “əl-Üzzə” kimi qeyd olunur ki, bu rəmz mənbələrdə Manat, əl-Lat rəmzləri kimi Allahın adlarından sayılırdı. Buradaki Manat [MNT] rəmzi, İslamın kökləri və təməli mənasında olan Aməntü [MNT] rəmzi kimi Əman-Ata mənasını verir. Əl-Lat [LT] rəmzi isə göydəki “El-in Atası” [LT] fikrini bildirir. Kitabi-Dədə Qorqudda “issi” rəmzi Dədə Qorquda aid edilir və o “vilayət issi” kimi qeyd olunur ki, bu da Dədə Qorqudun göydəki aləmin ruhu olması deməkdir. Vilayət rəmzi qədim mənbələrdə Vaal/Baaı/Valaat/Vələd və s. kimi yazılır ki, İslamda bu rəmz Vəliullah və s. kimi məlumdur. Dədə Qorqudun vilayət issi olması o deməkdir ki, göydəki aləmin ruhu - Qorqud (Qor-xuda) kimi tanınan qədim Misirin Qor Allahıdır və Dədə rəmzi də Duat (ölüm şahlığı) mənasındadır.
Quran yazır: «İslamı Din kimi qəbul etməyəndən qəbul olunmaz və o son mənzildə ziyanda olanlardan olar… Ey iman gətirənlər! Allahdan lazımi dərəcədə qorxun və yalnız müsəlman olaraq ölün… Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və hadisələri yozmanı (rəmzləri açma) öyrətdin. Göyün və Yerin yaradıcısı. Sən mənim bu dünyada və o dünyadakı havadarımsan. Məni müsəlman olaraq öldür və əməlisalehlərə qat!» (Quran, 3:85,102, 12:101). Burada “İslamı Din kimi qəbul etməyən” deyəndə - Amon Allahın “Şu aləminin Nut göyünü qəbul etməyən” fikri başa düşülməlidir ki, bu da Amon Allahının yaratdıqlarının inkarı deməkdir. Əgər nəzərə alsaq ki “müsəlman” [MS-L-MN] rəmzi də “Amonun [MN] səma [SM] eli [L]” fikrini ifadə edir, razılaşarıq ki, “müsəlman olaraq ölün” ifadəsi – “Amon Allahının səmadakı, yəni göydəki elini qəbul edərək ölün” kimi başa düşülməlidir.
Quranda «əl-İslam» rəmzi məna etibarilə «əl-İman» (əl-Əman) və «əd-Din» rəmzlərinə yaxındır. Müsəlman, müslüm rəmzinin əsləmə – İslamı qəbul etmək və tabe olmaq mənasını nəzərə alsaq, razılaşarıq ki, Ərəbininin yazdığı «müsəlman olaraq ölün» ifadəsi, insanın öləndən sonra ruhunun bilavasitə ruhlar dünyasına düşməsi anlamındadır. Burada «Din» sözünün əhdi-peymanla, yəni Allahla müqavilə ilə qeyd olunması, İbrahim nəslinin Ararat (Moria, yəni marların - midiyalıların) dağında Allahla bağladıqları müqaviləyə işarədir (Tövrat, I kitab. 9:1-17). Deməli, «Din» rəmzi bilavasitə Allaha «itaət»lə, yəni Taət rəmzində olan Duat aləmi ilə bağlıdır və yalnız «itaət» edənlər Taət aləminə - qədim Misirin ölüm şahlığı olan Duata düşəcək və orada ruh kimi əbədi yaşayacaqlar.
Digər tərəfdən, “Din” [DN] rəmzi Ədn [DN] cənnətinin adı ilə eyni formada yazılır ki, bu da “Din”in Göydə yaradılmış el, yəni Ədn (Eden) cənnəti olması deməkdir: «Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…» (Quran, 9:72, 98:8). Belə çıxır ki, müsəlman olaraq ölmək, Allahın yaratdığı Ədn, yəni İslam «Din»ində əbədi həyat qazanmaq mənasındadır. Mənbələrdə Ədn/Din rəmzi Oten/Tina/Udin/Dana və s. formalarda yazılsa da məhz göydə yaradılmış ruhlar dünyasını bildirir.
Quranda İbrahimin «hənif» olduğu qeyd edilir və hənif adı müsəlman mənasında, yəni itaət, müti olan imam mənasında işlənir (Quran, 3:67,95, 16:120,123). İbrahim rəmzinin özünü dərk etmək üçün Hind mənbələrinə müraciət edək. İbrahim (Avraqam) rəmzi [BRHM/VRQM] Hind mənbələrində Braxma [BRXM] kimi qeyd olunur. “Bxaqavad-Gita”da (14/3) Braxma təbiətin bətni mənasında ilkin materiyanı bildirir ki, axirətdə burada yeni ikinci “dünya” yaranmalıdır. Upanişadalarda Braxma rəmzi həm iki dünya ilə (ilk və axirətdə yaranacaq ruhlar dünyası) və həm də Atmanla, yəni Ata-Amonla eyniləşdirilir. Araşdırıcılar Braxmo rəmzinin – cadugərlik, magiya, himn və ümumiyyətlə yaradıcı qüvvə mənasını da qeyd edirlər. Lakin Braxma rəmzi eyni zamanda “braxma-bxakti” pilləsini bildirir ki, bu pillə sufilikdən bizə “bəqa” səviyyəsi kimi tanışdır. Deməli, bxakti rəmzi elə bəqa-kuti rəmzidir ki, bu da bəg-xuda, yəni Allaha çevrilmiş bəg fikrini ifadə edir. “Bxaqavad-Gita”da braxmo-bxuta səviyyəsi “İbrahim məqamı” mənasinda göstərilir ki, məhz bu məqamda İbrahim daşın üstündə Kəbə beytini, yəni göydəki ruhlar dünyasını yaratmışdır. Əgər nəzərə alsaq ki, İbrahim rəmzi sufilikdə Ba-Ra-Qam kimi açıqlanır və “qam-şamanlıqla Ra-günəşi ilə birləşmiş Ba-ruhu” deməkdir, razılaşarıq ki, İbrahim obrazı elə Vallah (Va/Ba Allahı) mənasında Amonun göydəki ruhunu bildirir.
Hənif [HN-F] rəmzi qədim misir yazılarında Auf-anx [F-NX] kimi qeyd olunur ki, bu da sufiliyə və qədim dilçiliyə görə eyni mənalı olub “həyat enerjisi ilə birləşmiş Pta Allahı” deməkdir. Mətnlərdə bu rəmz məhz Oziri/Osiris Allahına şamil edilərək “Beyt” və “Sünik” (Albaniya) rəmzlərinə aid edilir. İlkin materiya ilə əlaqələndirilən bu rəmz mənbədə “İlahi bədənin ilahi ruhu” adlandırılır və axirətdə gələcək Mehdiyə şamil edilir.
Hənif [H-NF] rəmzi sufilikdə eyni zamanda “fəna” (fəna-i-fiş) fazasında Hu - ilkin materiyası ilə birləşməni bildirir. Eyni mənalı Afina rəmzi yunan mifologiyasında Zevs Allahının başından kamil vəziyyətdə çıxmışdır. Bu isə o deməkdir ki, hənif rəmzi həqiqətən də qədim misir yazılarındakı yaradıcı demiurq Pta Allahının, yəni Yafətin (Apet) rəmzidir. “Dünya”nın yaradılmasının Memfis variantına görə yaradıcı Pta Allahı “dünya”nı və Allahları öz ilahı sözünün gücü ilə yaratmışdır. Bu isə o deməkdir ki, Hənif olan İbrahim peyğəmbərin obrazı qədim misirin Pta Allahının obrazıdır ki, burada Amon Allahı öz nitqini və sözünü Pta Allahının nitqi və sözü adlandıraraq göydə ruhlar dünyasını, Atum (Adəm) Allahını və s. yaratmışdır.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, yuxarıda qeyd olunan «İbrahim dininin ardınca getmək» deyəndə - “Vallahın Nut göyündə yaratdığı dünyaya getmək üçün Allahın qoyduğu qanuna tabe olmaq lazımdır” ifadəsi başa düşülməlidir. Əgər nəzərə alsaq ki, «məmləkət əl-İslam» rəmzi - «İslam ölkəsi», «Dar əl-İslam» (Darüssəlam, Deyr əl-İslam, Diyar əl-İslam) isə İslam ərazisi (İslam monastırı, İslam kilsəsi) mənasındadır, razılaşarıq ki, bu «İslam diyarı» Göydə yerləşən ruhlar dünyasıdır.
Sufizmdə İslam rəmzi [SLM] Salam [SLM] rəmzi kimi - «İssi Aləm», yəni «Şu Aləminin ruhu» mənasını verir ki, bu da Ra-Əman (Rəhman) Allahının ruhu deməkdir. Salam/Səlim rəmzi Allahın 99 şərəfli adlarından biri olmaqla bərabər Darussalam kimi də yazılır ki, bu da xoşbəxtlik evi, cənnət mənasındadır. Darussalam rəmzi «Salam dairəsi», «İslam diyarı» mənalarından başqa Adəri-Salim və Ata-Ərsəlim kimi də oxunur ki, bu da Səlim, yəni Yerusəlimin Adərbayqan/Atropatenada - Azərbaycanda yerləşməsi deməkdir. Əgər nəzərə alsaq ki, İsmail rəmzi [S-ML] eyni zamanda “İssi Aləm” [S-LM] mənasını verir, razılaşarıq ki, İslam dünyasının yolu – Azərbaycan ərazisindəki ismaililərin (nizari) Ələmut qalasından başlanır.
Lakin Səlim (İslam) rəmzi eyni zamanda Mədinət əs-Salam kimi də yazılır ki, bu da Səlim rəmzinin məhz Mədinə, yəni qədim Midiya şəhərinə aid olması deməkdir. Belə çıxır ki, mənbələrdə Mədinət əs-Salam deyəndə Azərbaycanın qədim Midiya torpağında yaradılmış Yerusəlim şəhəri başa düşülməlidir. Erməni tarixçisi M. Xorenatsi xüsusi qeyd edir ki, Yerusəlim tikilib qurtardıqdan sonra Gel adlanmağa başladı. Gel rəmzinin erməni mənbələrində Midiyadakı Gelarküni şəhərinə aid edilməsi əsil Yerusəlimin məhz Midiya ərazisində yerləşməsi deməkdir. Yəhudi mənbələrində isə Gel rəmzi Qalaad/Qalata və s. kimi yazılır ki, burada İzrailin Qad, yəni Xuda/Kuti tayfası yaşamışdır.
Qədim mənbələrə görə Gel şəhəri, yəni Geliopol/İliopol Yaqub peyğəmbərin ailəsinə verilmişdir. Tövrata görə İsaq, oğlu Yaquba xeyir-dua verərək Mesapotamiyaya göndərir ki, Lavanın (Alban) qızını alsın və ona “gəzib dolaşdığı yerləri” verir. Yaqub burada başinin altına bir daş qoyub yatır və ilahi yuxu görür. Oyanandan sonra bu yeri “Betel” (əl-Beyt) adlandırır və bildirir ki “bura Allah evindən başqa bir şey deyildir, bura göyün qapılarıdır!”. Xanaan torpağındakı Sixem şəhərinin qarşısında sahə alaraq orada “öz çadırını” quran Yaqub, burada qurbangah düzəldib Allahı çağırır (Tövr. I kitab.28:2-4, 27:17-19, 33:18-20). Digər tərəfdən, Yaqub gecələrin birində sübhə qədər Allahla tutuşur və Allah onu İzrail (Oziri/Azər Eli) adlandırır (orada 32:30). Yaqubun “Betel”də, yuxuda Allah evini və göyün qapılarını görməsi və onun Allahla tutuşması, Yaqubun ekstaz vəziyyətində qurban ruhlarından ruhlar dünyası yaratması və yerə ilkin materiya (Oziri-Azər odu) gətirməsi mənasındadır. Deməli, Yaqub [Y-QB] rəmzi elə Qaba aləmin, yəni qədim Misirin Qeb [QB] torpağının rəmzidir.
Əhdi-Ətiqdə, Valaamın ilahi görmələrində Yaqubun çadırı - İzrail (Oziri/Azər Eli) adlandırılır. Əl-Bakuvi isə bildirir ki, Yaqub Kənaninin uşaqları özləri üçün çadırı əl-Əriş adlanan yerdə qurmuşlar ki, bura Misir şəhəri hesab olunur (Ал-Бакуви, «Сокращение [книги о] «памятниках» и чудеса царя могучего», М., 1971, 25b). Əl-Əriş, yəni Ərşin göy aləmi olmasını və Allahın məhz bu Ərşə yüksəlməsini nəzərə alsaq razılaşarıq ki, çadır dedikdə (Musanın “Vəhy çadırı”) İbrahim peyğəmbərin göydə yaratdığı ruhlar dünyası (beyt) başa düşülməlidir.
Lakin ibn Ərəbiyə görə Allah bu Dini Yaquba da vəsiyyət etmişdir. Bu isə o deməkdir ki, Yaqub ailəsinə verilmiş Gel şəhəri elə Ədn cənnətinin, yəni İslam Dininin (GöyYerusəlimi) yarandığı Kadus (Kuddus/Əqdəs) müqəddəslərinin torpağıdır. Digər tərəfdən Din rəmzi Kartirin (III əsr) yazısında Albaniyaya aid elilərək Aldan (LDN) kimi, yəni “Din-Eli” [DN-L] kimi yazılır ki, bu da Albaniyanın Ədn cənnəti olması deməkdir. Əgər nəzərə alsaq ki, M. Xorenatsiyə görə Alban torpaqları Gel, yəni Gelarkünidə doğulmuş Sisaka (sak, skif rəmzləri) nəslindən olan ərə (axirətdə gələn Mehdiyə) əbədi verilmişdir, razılaşarıq ki, Yaquba vəsiyyət edilmiş Din elə Gelarküni bəglərinə əbədi verilmiş Albaniya torpağıdır.
Tövrata görə, Mesapotamiyaya gələn Yaqub Lavanın qızı Raxili alır ki, burada Lavan [LVN] rəmzi - Alban [LBN], Raxil [R-XL] rəmzi isə Ra-Gel [R-GL] mənasında Gel-ar [GLR] kimi başa düşülməlidir. Yaqub [Y-QB] rəmzi, yəhudilərdə Allah mənasında olan Yahvə (Yaxve) [Y-HV/XV] rəmzi ilə eyni mənalıdır. Yazdığımız kimi, sufilikdə bu rəmz Bəqa [BQ] - Bəg mənasında da yazılır və Allahla vəhdəti bildirir. Bu isə o deməkdir ki, əsl Səlim şəhəri məhz Albaniyanın Gelar/Gilar şəhəridir və Yaqub peyğəmbərin ailəsinə əbədi verilmiş bu ruhlar dünyası sufiliyin Bəqa fazasinda, yəni bəglik məqamında yaradılmışdır. Yaqub nəslinə (Quran, 29:27) peyğəmbərlik və kitab verilməsi isə o deməkdir ki, məhz bu nəsil Məhəmməd peyğəmbərin nəslidir. Belə çıxır ki, Səlim/Salam dedikdə - Məhəmməd peyğəmbərin vərəsəliklə Akilə/Agelə çatmış Gel evi başa düşülməlidir.
Əhdi-Cədidə görə Səlim (İslam) şahı elə dünyanın şahı deməkdir və İsa peyğəmbər əbədi Melxisedek dərəcəli baş kahin (koxen) rütbəsi almış və Səlim şahı olmuşdur. Səlim şahlarının Melxisedek rütbəsində olması o deməkdir ki, bu şahlar – Melxisedek [MLX-SDK], yəni «Mülki-Kadus» [MLK-KDS] - müqəddəslər Mülkünün sahibidirlər. Bu isə ona işarədir ki, Mədinə şəhəri, yəni Mədinət əs-Salam - Səlim adlanan Yerusəlim şəhəridir ki, ona Qüds, yəni Qades/Kadus da deyirlər. Qades rəmzi yunan mifologiyasında “ölüm şahlığı”nı bildirir.
Əhdi-Ətiqdə Allah bildirir ki, Yerusəlim Mənim taxtımın və Mənim ayaqlarımın yeridir və Mən burada İzrail [ZR-L], yəni Azər elinin [ZR-L] oğulları arasında əbədi yaşayacağam. Əhdi-Cədiddə isə Yerusəlim «Yeni Göy», «Göy şahlığı», «müqəddəslərin Göydəki şahlığı» və s. aldandırılır. Ümumiyyətlə, Əhdi-Cədiddə Yerusəlim dünyanın axırı ilə bağlı vəhylərdə mistik yer kimi qeyd olunur ki, orada insanlar bəraət alanlara və cəhənnəmə göndərilənlərə bölünəcəklər. Mənbələrdə Göy Yerusəlimi və ya «Yeni Yerusəlim» - real şəhərin obrazı kimi göstərilir ki, axirətdə bura möcüzəli surətdə yeniləşərək nurlanır və ali keyfiyyətə malik olur. Peyğəmbər Yəhyanın vəhyində bu axirət şəhəri Göydən yerə Allah şəhəri kimi enir. Bu isə o deməkdir ki, axirətdə yaranacaq «Yeni Yerusəlim» - Göydə yaranacaq yeni ruhlar dünyasıdır və bu yeniləşmə Quranda «torpaqların dəyişdirilməsi» adlanır (Quran, 30:11, 30:27, 50:15, 14:19, 14:48, 53:47, 61:8). Məhz bu yaranışı nəzərdə tutan Buxari hədislərinin birində qeyd edir ki, peyğəmbərin söylədiyinə görə, Allah demişdir: «Mən öz möminlərim üçün elə bir şey hazırlamışam ki, göz görməmiş, qulaq eşitməmiş və hətta insan ürəyinə belə gəlməmişdir. Mən hələ onu demirəm ki, kimsə bunu başa düşə bilər».
Mütəxəssislərin fikrincə, Yerusəlim şəhəri Moria dağlarının birində – İbrahim peyğəmbərin, Allahın əmri ilə oğlu İsağı qurban gətirmək istədiyi yerdə yerləşir. Yəhudilərin (türk bəglərinin) Talmud kitabına görə də Süleyman peyğəmbər məhz Moria, yəni marlar – midiyalıların torpağında Allah üçün məbəd tikmişdir və məhz burada İbrahim peyğəmbər İsağın qollarını bağlamış, Nuh gəmidən düşüb qurban kəsmiş və Adəm də bilavasitə burada yaradılmışdır.
Troitsa-Sergeyev Lavr monastırının kitabxanasından tapılan «Afanasi Nikitinin üç dəniz arxasına səyahəti» kitabında müəllif Yerusəlim şəhəri ilə müsəlmanların Məkkə şəhərlərinin eyni olmasını xüsusi qeyd edir (Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001, səh.674). Bu isə o deməkdir ki, qədim mənbələrdə məkkəlilər deyəndə adi insanlar yox, Allahın türk ordusu sayılan maqoqlar (Midiya maqları) nəzərdə tutulmalıdır ki, axirətdə yerdəki məhkəməni məhz Midiyanın, yəni Ələmut qalasının göydəki bu mülhidləri - mələkləri quracaqlar.
Bütün bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış «Batini-Quran» kitabında verilmişdir.

Комментариев нет:
Отправить комментарий