20.11.2010

Azərbaycanlı model Türkiyədə seriala çəkiləcək

                                  
 Türkiyədə model və teleaparıcı kimi çalışan azərbaycanlı model Günay Musayeva maraqlı təklif alıb.
 “Min bir gecə”, “Aliyə”, “Zərda” kimi populyar serialların rejissoru olan Kudret Sabancıdan serialda rol almaq üçün təklif alıb. Bu barədə eksklüziv məlumatı model özü verib: “Avqust ayında çəkilişləri reallaşacaq seriala dəvət almışam. Serialın adını hələlik deyə bilməyəcəm, çünki buna ixtiyarım yoxdur. Yaxşı qonorar alacam”.
 Model hazırda aktyor dərsləri alır: “Kudret bəy mənə dedi ki, səni o rolda görürəm, lakin aktyor təcrübən yoxdur, odur ki, seriala hazırlamalıyıq. Buna görə də Türkiyənin məşhur aktrisalarından olan Ayla Alqandan dərs alıram. O xanımın özünün teatrı var, Bərgüzar Korelə və digər məşhur aktrisalara dərs verib. Hazırda həftinin 4 günü dərslərə gedirəm”.

                                                                                             "Yeni xəbər" qəzeti 

Комментариев нет:

Отправить комментарий