26.11.2010

Amerikansayağı demokratiya

İbrahim Sel  
Professional Oxucu Liqası

  I YAZI: AMERİKADA İNSAN HÜQUQLARI NECƏ QORUNUR?

Amerikalılar qeyri-obyektiv, məhdud və sərt şüura, fayda və mənfəət güdən şüura, sənaye «dizaynı» kimi qənaətlə fəaliyyət göstərən və lakonik olan şüura alışmışlar

 Okeanın o tayında natiqlər ancaq süjetləri dəyişmişlər, onlar əsas hesab etdikləri məsələni- Birləşmiş Ştatların indi də guya nə isə yüksək ideallara xidmət etməsi məsələsini toxunulmaz şəkildə saxlamışlar.
 Vaşinqton indiki mərhələdə «insan hüquqları»nı xüsusi olaraq nəzərə çarpdırmağı öz vəzifəsi hesab edir. «İnsan hüquqları» əslində nə deməkdir?
 Bu barədə İstiqlaliyyət Bəyannaməsinə aid olan Amerika ritorikası yaxşı məlumdur- «bütün insanlar bərabər yaradılmışdır». Bu gurultulu ibarə bir çox illərdir ki, Amerikanın rəsmi şəxsləri və təbliğatçıları tərəfindən təkrar edilir.
 Bu şüar Birləşmiş Ştatların hakim zümrəsini tamamilə təmin edir və eyni zamanda bəsitləşdirilmiş təbliğat variantı halında sadədil adamların qəlbini ələ almaq üçün əlverişlidir. Həmişə belə olmuşdur.
 Görkəmli Amerika professoru C.Qrin göstərirdi ki, «inqilabçı nəsildən ötrü imkanlar bərabərliyi maksimum çox mülkiyyətə yiyələnməkdə, öz qabliyyətlərindən, vasitələrindən və şəratindən asılı olaraq özünə ən yaxşı yaşayış əldə etməkdə fərd üçün bərabər hüququn təmin edilməsi demək idi. HƏR KƏSƏ DAHA ÇOX QEYRİ-BƏRABƏR OLMAQDA BƏRABƏR HÜQUQ VERİLİRDİ». Qrin deyir ki, məhz o vaxtdan bəridir Birləşmiş Ştatlar «Fərd üçün bərabər hüquqlar» doktrinası şüarı altında inkişaf edİr. Göründüyü kimi, Amerika professoru medalın «insan hüquqları» zərb edilmiş arxa tərəfini kifayət qədər dəqiq təsvir etmişdir.
 Amerika ədəbiyyatının klassiki Cek Londonu xatırlayaq. Keçən əsrin əvvəlində o, öz ölkəsinin gələcək inkişaf yolları haqqında gərgin düşünürdü. 1908-cu ildə «İnqilab» məqaləsində o, Amerika hakim sinfinin ideoloji cəbbəxanasını lağa qoymuşdu. C.London yazırdı: «Doğrudur, onun bəzi üzdəniraq ideyaları vardır ki, bunlar ona qədimdə sədaqətlə qulluq etmişdir, lakin bu ideyalar çoxdan tükənmiş və gücünü itirmişdir. İstiqlal Bəyannaməsi və Fransız ensiklopedistləri nümunəsində olan dörd iyul (1776-ci il, ABŞ-ın təsis edildiyi gün- İ.S.) azadlıqları bu gün çətin ki, kimisə qane etsin… təriflənmiş ABŞ konstitusiyası da fəhlənin gözündən çoxdan düşmüşdür… O deyəcək: «Rədd olsun belə konstitusiya».
 C.London israrla deyirdi ki, Amerika burjuaziyasının gücü ideologiyada deyildir. Onun sinfi hökmranlığı zorakılığa əsaslanır və yazıçı xəbərdar edirdi ki, əgər ona ciddi bir şəkildə meydan oxunsa, Mülkiyyətçi buna Dəmir daban yaratmaqla cavab verər. Eyni adlı fantastik romanda C.London dəhşətli bir quruluş göstərmişdir, onun əsası zorakılığın səsidir.
  Dəmir dabanın yaranmasını C. London naturadan təsvir etmişdir- hələ o zaman, XX əsrin birinci onilliyində, Birləşmiş Ştatlarda baş verən proseslər yazıçının yaradıcılıq təxəyyülünü heyrətə gətirmişdi. Güc strukturları təşəkkül tapmamışdı, lakin inkişaf etmiş siyasi xəfiyyə sistemi, cəza orqanlarının geniş yayılmış şəbəkəsi artıq mövcud idi.
 Böyük Oktyabr, C.Londona görə, bütün dünyanı bürüməli olan meylin qarşısını aldı. Sosializm, sipər kimi bəşəriyyəti Dəmir dabandan qorudu. Birləşmiş Ştatların özündə də irticanın imkanlarını məhdudlaşdırdı. Lakin irtica silahı yerə qoymamış, yad fikrə malik olan öz vətəndaşlarına divan tutulması metodlarını illər boyunca təkmilləşdirmişdir.
  ***
 1905-ci ildə Amerika prezidentinin qonağı olan qoca rus əyanı C.Y.Vitte belə bir nəticəyə gəlmişdi ki, gizli polisin funksiyaları burada, Amerikanın böyük demokratlarının «istibdad ölkələri» adlandırdıqları ölkələrdə olduğundan xeyli genişdir. Vitteni təəccübləndirən bu olmuşdu ki, Amerika camaatı «xalis centlmenlərin» (xəfiyyə polisi agentlərinin) səlahiyyətlərinə o qədər vərdiş etmişdir ki, onların tədbirlərini nə isə olmalı bir şey kimi qəbul edir.
 Sovet tədqiqatçısı B.E.Petrovski Amerika torpağında Linc məhkəməsinin genezisi (mənşəyi) ilə məşğul olarkən müəyyən etmişdir ki, bu ölkədə təriflənib göylərə qaldırılmış «demokratiya» məhz siyasi cinayət axtarışı idarəsinə, yad fikirlilərin şiddətli təqib edilməsinə və bu işlə məşğul olan dövlət orqanlarının ilahiləşdirilməsinə pərəstiş yaratmışdır. «Amerikalılar qeyri-obyektiv şüura, lazer şüası kimi məhdud və sərt şüura, ancaq fayda və mənfəət güdən şüura, sənaye «dizaynı» kimi qənaətlə fəaliyyət göstərən və lakonik olan şüura alışmışlar... Humanist şəxsiyyətin psixi halı belədir: «dünyəvi kədər deyilən kədər, bəşəriyyət üçün əzab çəkmək, onun taleyi üzərində məşəqqətlə düşünmək (Qoqen kimi düşünmək: «Hardanıq biz? Kimik biz? Hara gedirik biz?»), mömin qəzəbi, nəcib hiddət, ifşa etmək ehtirası və gələcəkdən ilhamla xəbər vermək- bu cür hallar ənənəvi yankinin əhval-ruhiyyəsinə yabançıdır. O, xalis praqmatik şəxsiyyətdir».
 Görkəmli Amerikan yazıçısı Tomas Vulf isə anasına yazdığı məktubda görün öz vətəni barədə nə deyirdi: «…Bütövlükdə götürdükdə isə, biz- hər tin başı öz məziyyət və böyüklüyündən dəm vuran və puldan başqa heç nə ilə maraqlanmayan hay-küyçü xalqıq, lovğa, qorxaq və yaltaqlardan ibarət bir millətik. Ümidvaram ki, bu sözlərə görə məndən inciməzsən, həm də ki görünür, başqa ölkələrdə də vəziyyət təxminən bizdəki kimidir. Kütlə hər yerdə eynidir- çığırqan, miskin və nadan və hətta əgər əcnəbi ölkələrin baş nazirləri və prezidentləri bizimkilər… qədər sarsaq olmasalar da, siyasətçiləri bizim siyasətçilər qədər dələduzdurlar. Lakin orada bu quldurlardan birtəhər yaxa qurtarmaq, gizlənmək mümkündür, çünki onlar bizimkilər qədər həyasız və qırsaqqız deyillər… Mən Nyu-Yorka, bu vəhşilər və dəlilər yığınına nifrət edirəm».
  ***
 Hələ I Dünya müharibəsi illərində siyasi cinayət axtarışı orqanlarının toplamış olduğu informasiya əsasında 6300 adam həbsə alınmışdı, bunların 2 min nəfəri məhkəmə qərarları olmadan həbsdə saxlanmışdı. 1918-ci ildə xüsusi büro məhkəmədən kənar bir divantutma orqanı kimi çıxış etdi, o, hərbi xidmətdən boyun qaçırmaqda şübhə edilən 50 min adamı order olmadan həbsə aldı. Toplanmış məlumatlar 2 min adamın «qeyri-loyal mülahizələr söylədiklərinə görə» o zaman cəsusluq haqqında konqress tərəfindən qəbul edilmiş qanun üzrə cəzaya məhkum olunmasına səbəb olmuşdu.
 ABŞ-ı bürümüş olan «böyük qırmızı vahimə» vaxtı Huverin rəhbərliyi altında mütərəqqi əqidəli adamların tuthatutu təşkil edildi. 1920-ci ilin yanvarında Kommunist Partiyasının üzvü hesab edilən 10 mindən artıq adam dərhal həbs olundu! Bu qanuna zidd cəza tədbirləri ölkədə böyük hiddətə səbəb olsa da, həmişəki kimi bir müddət sonra sakitlik yarandı, elə bu vaxt ABŞ-da inqilabi yüksəliş azalmağa başladı.
 1940-cı ildə böyük səs-küy qaldırılmadan Smit qanunu, 1941-ci ildə isə yenə də gurultulu şərhlərsiz Vuris qanunu qəbul edildi. Hər iki qanun ABŞ-dakı idarəetmə sisteminin «zor işlətməklə» devrilməsini nəzərdə tutan «pozuculuq fəaliyyətinə» qarşı yönəlmişdi. Görkəmli Amerika hüquqşünası Z.Çafinin qeyd etdiyi kimi, Smit qanunu, «ABŞ-da əmin-amanlıq vaxtı söz azadlığının ən sərt məhdudlaşdırılması deməkdir». Qanunvericilik xalis sinfi məqsədlərlə özbaşınalıq üçün geniş meydan açır, bu özbaşınalığı Amerikada həmişə olduğu kimi, demokratiyanın müdafiə olunması zərurətinə istinad edilməsi ilə pərdələyirdi.
 Ruzveltin ən yaxşı bioqrafiyalarından birinin müəllifi olan professor D.Barns xatırladır: prezident yapon mənşəli bütün amerikalıların- 112 min adamın müharibə müddətində həbs düşərgələrinə salınmasının təşəbbüsçüsü olmuşdur. Qadınlar və uşaqlar da daxil olmaqla onların hamısı insana layiq olmayan şəraitdə saxlanılır, keşikçilər tərəfindən təhqir edilir və alçaldılırdılar. 1945-ci ilin əvvəllərində düşərgələrdən birində saxlanan yapon mənşəli 5766 amerikalı ABŞ vətəndaşlığından açıq-açığına imtina etdi.
 1941-ci il 19 dekabr tarixli sənəddə göstərilirdi: «Yapon mənşəli beş amerikalı Los-Ancelosda artıq özünü öldürmüşdür, çünki onlar loyal olmadıqları barədə şübhələrə tab gətirə bilməmişlər». Xidməti sənədlərdən birində isə deyilirdi: «Biz yaponlarla Hitlerin yəhudilərlə rəftar etdiyi kimi rəftar edirik». Mərhum komandir Riqlin oğlu 1981-ci ildə böyük bir məqalədə bu epizod barədə quru bir şərh vermişdi: «Qanının 1,16 hissəsi yapon qanı olan hər bir şəxs cəmiyyətin düşməni kimi sürgün edilməli idi. Nasist Almaniyasında bu kateqoriyaya düşmək üçün şəxsin qanında iki dəfə bundan çox yəhudi qanı olması lazım idi».
 Ruzvelt alman mənşəli amerikalıları da həbs düşərgələrinə salmaq fikrinə düşmüşdü, lakin onların sayı çox idi- 600 min nəfər. Bu ideyadan əl çəkmək lazım gəldi.
 Müharibədən sonrakı dünyaya gizli polis təpədən dırnağadək silahlanmış halda daxil oldu. Cəbbəxanalarda Huverin meyarlarına görə «təxribatçı» hesab olunan şəxslər və təşkilatlar haqqında ətraflı dosyelər və kartotekalar toplanmaqda idi. Bu «təxribatçılar» arasında birinci yeri 1939-cu ildən aparılan «təhlükəsizlik indeksi»- fövqəladə vəziyyət elan edildikdə həbsə alınmalı olan şəxslərin siyahısı tuturdu. Kommunist hərəkatı ABŞ-ın 1 nömrəli düşməni hesab edirlirdi.
 Trumenin prezidentliyi zamanı 6 milyon 600 min amerikalının loyallığı yoxlanıldı. 1952-ci ilə yaxın isə 490 adam işdən azad edildi. Minlərlə adam alçaldıcı və təhlükəli yoxlamadan keçməmək üçün işi buraxmalı oldu, həmin yoxlama zamanı konstitusiyaya edilən birinci düzəlişə istinad edib adamları birbaşa həbsxanaya salırdılar. 1951-ci ildə ABŞ Kommunist Partiyasının 11 lideri əqidəsinə görə həbs cəzasına məhkum edildi. Amerikanın cəza orqanları boş-boşuna danışmırdılar- 1953-cü ildə ər-arvad Rozenberqlər edam edildilər. Ümumilikdə 1949-1956-cı illərdə 104 kommunist həbsxanaya salındı. Prokurorluq «faktları» xəbərçilikdən gələn məlumatdan götürürdü: bu agentlər çox vaxt məhkəmə proseslərində «şahidlər» kimi də çıxış edirdilər. ABŞ-da təcili olaraq bu işlər üçün altı həbs düşərgəsi yaradıldı.
 1963-1968-ci illərdəki nümayişlər, xüsusən irqi ayrı-seçkiliyə qarşı çıxışlarla əlaqədar olan nümayişlər vaxtı 220 amerikalı öldürülmüş, minlərlə adam yaralanmışdı. «Siyasi terror» partlayışları qeyd olunmuşdur- 1968-ci il yanvarın 1-dən 1970-ci il aprelin 15-dək 4330 bomba partladılmış, baş tutmayan 1475 partlatma cəhdi və 35 129 partlatma hədə-qorxusu olmuşdur. Bütün bunlar ABŞ-dakı siyasi sistemdən kütləvi narazılıqların göstəricisi idi.


  II YAZI: SİZƏ- KENT ƏDALƏTİNİN SON ÜMİDİNƏ…

Nümayiş vaxtı xüsusi hazırlanmış fitnəkarlar şuluqluqlar təşkil edirdilər ki, onların iştirakçıları həbs edilsinlər; agentlər polisin və milli qvardiyanın işə salınması üçün avtomaşınlara od vurur, şüşələri vurub sındırırlar
 
 Amerika mifologiyasında deyilir ki, tüfəngli adam, ABŞ-ın silahlı qüvvələri, sayıq nəzarət altında xidmət edir və yalnız müstəsna hallarda silahı həmvətənlərə qarşı çevirə bilər. Mülki hakimiyyət orqanlarının hərbi orqanlardan üstünlüyü okeanın o tayındakı respublikanın guşə daşıdır və bu cür çox gözəl prinsip münasibətilə kitabxanalar dolu kitablar yazılmışdır. Kimin onları oxumağa nə vaxtı, nə də xüsusi həvəsi yoxdursa (bir tərəfdən, buna ömür kifayət etməz), onda aşağıdakıları oxusun!
 Nyu-Yorkda və Detroytda (sonuncu şəhərdə federal qoşunlardan istifadə edilmişdir) narazılıqların baş alıb getdiyi 1967-ci ildə silahlı qüvvələrin siyasi cinayət axtarışı görünməmiş masştabı ilə dəhşət doğurdu. Detroytda əsgərlər çox yaxşı «işlədilər»: 43 nəfər öldürülən, yüzlərlə yaralanan, 7200 nəfər həbsə alınan oldu.
 1967-ci ilin axırları- 1968-ci ilin əvvəllərində ordu hissələri və birləşmələrinə «şuluqluqlarla» mübarizə aparmağın geniş planı göndərildi, bu planın ardınca «kəşfiyyata dair əlavə» yola salındı. Bu əlavədə «araqarışdıranların» təsnifatı verilirdi, aşağıdakılar «dissidentlər» kimi xüsusi olaraq ayrılıb göstərilirdi:
1. Serjantlara, zabitlərə, əsgərlərə, jurnalistlərə və ya konqresmenlərə məişət şəraitindən, ədalətsiz rəftardan və s. şikayət etmək.
2. Öz bədbəxtlikləri barədə danışmaqdan ötrü öz rəisinin başı üstündən bir kimsəyə müraciət etmək üçün tez-tez cəhdlər göstərmək və s.
 Cəmi bu iki bənd silahlı qüvvələrin kimə qarşı mübarizə apardığı barədə təəssürat yaradır.
 Bu həmin illər idi ki, Vyetnamın cəngəlliklərindən və çəltik tarlalarından üz döndərməyi üstün tutan Amerika silahlı qüvvələri qəzəbli sifətlərini öz həmvətənlərinə qarşı çevirmişdilər: onlar tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdilər. Ehtimal ki, bu prinsip üzrə: vyetnamlıya əlin çatmırsa, daxili düşmənlə, amerikalı ilə kifayətlən.
 İlk əvvəl dövlət 24 şəhərin (məhz hansıların,- dəqiqləşdirmədilər) hərəsində 10 min, paytaxtda isə 30 min əsgər cəmləşdirmək qərarına gəldi! Qərargahdakı planlaşdırıcılar prezidentin vaxtında qəbul etdiyi qərarı yəqin ki, bəyəndilər, prezident təxminən 600 minlik Amerika qoşununu beynəlxalq sülhün ali mənafeyinə uyğun olaraq Vyetnamdan çıxarmağa başladı. İxtisaslı qatillər vətənə qayıdırdılar. 1969-cu ilin iyulunda Pentaqonun yeraltı otaqlarında müdafiə nazirliyi «Mülki şuluqluqlarla mübarizə idarəsi: planlaşdırma və operativ rəhbərlik» adlı idarə təsis etdi. Sonralar adı dəyişdirilib hərbi xidmətlər şöbəsi adlandırılan bu idarə daxili cəbhədə döyüş əməliyyatlarına rəhbərlik üzrə qərargah kimi yaradılmışdı. Zirzəmidə 180 zabit və general əyləşmişdi, onların sərəncamına hərbi idarəetmə texnikasının ən yeni nailiyyətləri- kompüterlər, qapalı rabitənin mürəkkəb sistemləri, xidmət televiziyası verilmişdi. İri miqyaslı xəritələrə Birləşmiş Ştatların əhalisinə qarşı onlarca əməliyyatın kod adları- «Bağın becərilməsi», «Qızıl gül kolu», «Dik təpə», «Sakit şəhər» və i. a. adlı əməliyyatların adları yazılmışdı. Sadə terminlərin arxasında dinc şəhərlər üzərinə hücumun və harada aşkara çıxarılmasından asılı olmayaraq yadfikirlilərə divan tutulmasının diqqətlə işlənib hazırlanmış planları gizlənirdi.
 Hərbçilərə tabe olan daxili cəbhədə onların səyləri ona səbəb oldu ki, dövlət həyatı hərc-mərclik qorxusu altına düşdü. Hərbçilər hansısa əcnəbi bir dövlət tərəfindən təşkil edilmiş «dəhşətli qəsdi» müvəffəqiyyətsizliklə axtarırdılar. Adi bir nəcib işə heç cür inana bilmirdilər- minlərlə adam Vyetnamdakı müharibəyə qarşı çıxış edirdi. «Bağın becərilməsi» kodu altında əməliyyat yetmişinci illərin birinci yarısında keçirilmiş bir seriya hərbi oyunlara- bütün Birləşmiş Ştatlarda «şuluqluqları» yatırmaq oyunların çevrildi. Bu oyunların gedişində uydurulmuş «düşmən» təşkilatlarının adları da gülünc görünür: ziyalıları təmsil edən «Alimlərin demokratik cəmiyyəti», fəhlələri təmsil edən «Dərisi ağ olmayan xalqların tərəqqisinin beynəlxalq qardaşlığı» və s. təşkilatlar.
 1974-cü ildə senator Ervin özündən çıxmışdı: «Biz heç də aydınlaşdıra bilmədik ki, altımışıncı illərin axırlarında mülki şəxslərin arxasınca cəsusluq etməyi orduya kim əmr vermişdir…»
 1975-ci il 8 dekabr tarixli direktivdə deyilir: «Şuluqluqların yatırılmasında mülki hakimiyyət orqanlarına kömək etmək… vəzifəsindən irəli gələn operativ məqsədlər üçün informasiya toplanması zəruridir». Sonralar senatın hüquq məsələri komitəsi bu sənədi belə qiymətləndirdi: «Bu cür dumanlı ifadələr keçmişdə xeyli dərəcədə sui-istifadələrə səbəb olmuşdur».
  ***
 Xüsusi hazırlanmış fitnəkarlar ona görə şuluqluqlar təşkil edirdilər ki, onların iştirakçıları həbs edilsinlər. Agentlər nümayiş vaxtı polisin və milli qvardiyanın işə salınması üçün avtomaşınlara od vurur, şüşələri vurub sındırırdılar və s. İrqi şuluqluqlar vaxtı gettolarda azı 7402 «informasiya toplama postu», başqa sözlə desək, polisin informator və provakator qrupu fəaliyyət göstərirdi. Narazı nümayişçiləri adətən cinayət etməyə və ya qayda-qanunu pozmağa təhrik edirdilər.
 Yadfikirli hər hansı bir az-çox görkəmli şəxs gizli polisin böhtan və təzyiq obyektinə çevrilirdi. Çirkin böhtanın güclü təzyiqi altında ad-san məhv olur və hətta ailələr dağılırdı. Məşhur kino aktrisası Ceyn Fondanın 1970-ci ildə Vyetnamdakı müharibəyə qarşı etirazlarda iştirak etməsi kifayət idi ki, Hollivud qəzetlərinə quraşdırılmış imzasız məktub gəlsin,- guya ki, Fonda «qara panterlərin» yığıncağında xora- guya «Biz Riçard Niksonu və yolumuz üzərində duran hər bir adamı məhv edəcəyik… sonra söyüş gəlir» mahnısı oxumuş xora dirijorluq etmişdir. Aydındır ki, qətiyyən buna bənzər heç nə olmamışdı.
 Şahmat üzrə dünya çempionu Bobbi Fişer antisemit bəyənatlar ilə çıxış edirdi. ABŞ Dövlət Departamenti və vergi idarələri ona Yuqoslaviyaya tətbiq edilən boykotu pozmaq və vergilərdən yayınmaq ittihamı irəli sürdülər. 10 il həbs cəzasına məruz qalacağı gözlənilən şahmatçı ABŞ-ı tərk edərək əvvəlcə Macarıstana, sonra isə Yuqoslaviyaya getdi. 2003-cü ilin dekabrında ABŞ Dövlət Departamenti rəsmi şəkildə Fişeri vətəndaşlıqdan məhrum etdi. Yarım il sonra Yaponiyada həbs olundu. 8 ay həbsxanada yatandan sonra ona vətəndaşlıq verməyə razı olan İslandiyaya deportasiya edildi və ömrünü bu ölkədə başa vurdu.
 Aydın olmuşdur ki, yazıçı Ernest Heminquey ta vəfat etdiyi günə kimi FTB-nin «qalpağı» altında olmuşdur. Yazıçının bioqrafı C. Meyrs yazırdı: «Heminquey FTB-in xoşuna gəlmirdi… Heminquey FTB-nin üzərinə hücum edə biləcək çox görkəmli xadim idi. Buna görə idarə ondan çəkinirdi və xəlvəti hərəkət edirdi». Aydın olmuşdur- 1972-ci ildə estrada müğənnisi Con Lennon (1980-cı ildə öldürülmüşdür) gizli polis fitnələrinin az qala qurbanı olmuşdu. Onun fəaliyyətindən və sülhün xeyrinə mülahizələrindən ehtiyat edərək əməliyyat hazırlayırdılar- müğənnini narkotiklərə aludə olmaqda təqsirləndirib həbsə almaq və ABŞ-dan rüsvaycasına sürgün etmək istəyirdiər. Lakin Lennon provokasiyaya qapılmadı.
 Beləliklə, ABŞ-da ən yüksək vəzifəli şəxslər, ən görkəmli alim və yazıçılar da daxil olmaqla heç kəs siyasi cinayət axtarışı idarəsinin özbaşınalığından mühafizə edilmir.
  ***
 Sent-Luisdə 1970-ci ildə ağ dərili bir qadın ağlarla qaralar arasında ayrı-seçkiliyin ləğv edilməsi uğrunda fəal çıxış edən «Ekşi» qrupunda fəal surətdə işləmişdi. Sekret-servis işçiləri onun ərinə dərhal guya zənci qadınlar tərəfindən yazılmış imzasız məktub göndərdilər: «Əziz (ad buraxılmışdır)! Eşit oğlan, yəqin ki, sənin arvadın evdə az təmin edilir, yoxsa o bizim qara dərili ərlərimizlə oturub-durmazdı, başa düşdün? Sənin arvadın ancaq yorğan-döşəkdə inteqrasiya tərəfdarıdır, biz qara dərili bacılar isə ərlərimizdən artıq qalanla kifayətlənmək istəmirik. Beləliklə, ya onu özünə tabe etdir və kişi ol, ya da (ad buraxılmışdır) cəzasını ver». Bundan sonra boşanma baş verdi.
 «Sizə- Kent ədalətinin son ümidinə». Bu məktubu Kentdə, Oqayo ştatında, universitetin yanıda 1970-ci il mayın 4-də milli qvardiyaçılar tərəfindən öldürülmüş tələbə qız Allison Krauzenin anası 1977-ci ildə yazmışdır. Amerika qoşunlarının Kambocaya soxulması haqqında Niksonun nitqindən sonra universitetin tələbələri protest nümayişi düzəltmişdilər. Hökumət orqanları milli qvardiyanı çağırmışdılar, o da nümayişçilərə atəş açmışdı.
 «1970-ci il mayın 4-də qızım Allisonun və üç nəfər başqa tələbənin Kentdə universitetin yanında tüfəng atəşi ilə öldürüldüyü vaxtdan bəri yeddi uzun və əzablı il keçmişdir. Daha 13 adam yaralanmışdır, onlardan biri bütün ömrü boyu əlil qalmışdır. Bu gün, 1977-ci ildə, öldürülənlərin və yaralananların ailələri hələ də onun uğrunda mübarizə edirlər ki, ədalət zəfər çalsın və «nizamsız atəş» üçün ştatın general-adyutantı, qubernator Rodson və əsgərlərin məsuliyyəti müəyyən edilsin. «Nizamsız atəş» mənim sözlərim deyil, mən daha qüvvətli ifadələr işlədərdim, bunlar general-adyutant Silvestr Korsonun sözləridir, o, böyük jüri qarşısında 16 dəfə təkrar etmişdir ki, əsgərlər camaata əsassız olaraq atəş açmışlar».
 Birləşmiş Ştatlarda həmişəki kimi, bu barədə təhqiqatlar aparıldı. Skrentonun xüsusi komissiyası nümayişçilərin sayının 2 min nəfər olduğunu müəyyənləşdirdi, amma belə hesab etmədi ki, nümayiş xüsusi olaraq təşkil edilmişdir, yaxud əsgərlərə qarşı odlu silah işlədilmişdir. Lakin rəsmi təhqiqatlar sübut etdi ki, nümayişçilər əsgərlərə ağac budaqları, taxta parçaları və daş atmışlar, bunlar hərəsi üç kiloqramadək ağırlığında 340 ədəd olmuşdur. Qatillər şəhadət verdilər ki, onlar guya özlərini müdafiə etmişlər…
 Bu qətliam güclü protest dalğasına səbəb oldu- 400-dən çox tələbə şəhərciyində tətillər keçirildi, tələbələri pərən-pərən salmaq üçün yenidən milli qvardiya çağırıldı, Yel universitetində hətta nizami qoşunlar işə salınmağa hazırlandı. Həmin günlərdə hökumət orqanları zor işlətməklə, başlıcası isə, Kentdəki qətli ədalətlə təhqiq etmək barədə vədlər verə-verə protest dalğasını yatırmağa müvafiq oldular.
 
  III YAZI: BOMBALAR QAYIRMAQLA MƏŞĞUL OLMURSMUNUZSA, BU SİZİNÇÜN TƏHLÜKƏ YARATMAZ.

 Bizim xadimlərimiz ya tabe olmalıdırlar, ya da rədd olmalıdırlar

 1974-cü il 22 dekabr tarixli «Nyu-York tayms» qəzeti Birləşmiş Ştatlarda geniş yayılmış siyasi xəfiyyədən hiddətləndiyini bildirdi. Qəzet yazırdı ki, əllinci illərdə başlayaraq güc təşkilatları çoxlu sayda qanunsuz əməliyyatlar aparmışlar ki, bunlara «mənzillərə soxulmaq, telefon danışıqlarına xəlvəti qulaq asmaq, məktubları açıb oxumaq da daxil idi». Məxfi bölmə Amerikanın 10 min vətəndaşı haqqında dosye (material) tərtib etmişdi, bunları arasında azı bir konqresmen- Vyetnamdakı müharibənin əleyhinə olduğunu bildirən konqresmen var idi.
 Lakin qəzet geniş təpkilərlə üzləşdi. Amerika qəzetləri «dissidentlik» edən «Nyu-york tayms»a qarşı yekdilliklə çıxış etdilər. Onlardan biri- Amerikanın əziz tutyalarının müdafiəsinə fədakarcasına qalxan «Birmingem nyus» qəzeti görün yazır: «Müstəsna hüquqlara bu cür qəsd edilməsi bəzilərinin hesab etdiyi kimi o qədər də dəhşətli deyildir. Bu cür qəsbetmə qanunsuz və təəssüfə layiq bir haldır, lakin bombalar qayırmaqla məşğul olmayan vətəndaş üçün böyük təhlükə yaratmır. Daha bir misal- fərz edək ki, bir şəhərin polisi səhvən başqa bir şəhərin küçələrində keşik çəkməyə başlayır. Təqsiri olmayan üçün bunun nə fərqi vardır?» Qəribə yanaşmadır, deyilmi?
 «Nə olsun ki,- deyə «Arqus-Lider» qəzeti də hiddətlənirdi,- anbarda alt paltarı vardır və onu hamının gözü qabağında yumaq olmaz. Belə hərəkət etmək ABŞ-dakı kəşfiyyat sisteminin səmərəliliyini məhv etmək deməkdir». Qəzet israr edirdi ki, bu məsələnin təhqiq edilməsinin qarşısı alınmalıdır.
 Hələ 1952-ci ildə siyasi idarə Amerika vətəndaşlarının və təşkilatlarının SSRİ və digər sosialist ölkələri ilə bütün yazışmasını nəzarət altına almışdı. Bu əməliyyatdan poçt və ədliyyə nazirliyinin xəbəri yox idi, prezidentlərdən isə ehtimal ki, ancaq L.Conson bu sirdən agah edilmişdi. 1962-ci ilin xidməti sənədində bir məsələ də nəzərdə tutulurdu: bu sirrin açılacağı təqdirdə nə etməli? Sənəddə tövsiyə edilirdi ki, əvvəlcə «məktublara münasibətdə qanunsuz olaraq özbaşınalıq etməkdə təqsirləndirilə biləcək qapazaltı bir adam tapmalı…»
 L.Consonun vaxtında xüsusi şöbələr əmr aldılar ki, əcnəbi dövlətlərin «bizim daxili çətinliklərimizdən» necə «istifadə etdiklərini» aydınlaşdırmaqdan ötrü başlanğıc üçün «radikal tələbələrə və Amerika zəncilərindən olan keçmiş vətənpərvərlərə» göz qoysunlar. İnformasiya mümkün olan bütün yollarla toplanırdı: güdmək, telefon danışıqlarına xəlvəti qulaq asmaq, xüsusi evlərə və «dissidentlərə» aid edilmiş təşkilatların binalarına gizlincə soxulmaq...
 Artıq 1975-ci ildə mahal federal hakimi qərara alır: qoy FTB Sosialist Fəhlə Partiyasının qarşıdakı qurultayından öz informatorlarını götürsün. FTB bu qərardan Ali Məhkəməyə şikayət verdi- əgər qərar yerinə yetirilsə, o zaman partiyanın bir çox rəhbərləri qurultayda olmayacaqlar (!), bu da nəzərə çarpmadan keçib gedə bilməz. (Tanış mənzərədir, deyilmi?)
  ***
 Nyu-York limanının girəcəyində ucaldılmış Azadlıq heykəlinin kürsülüyü üzərində Köhnə Dünyanın alçaldılmış və təhqir edilmiş adamlarını Amerikanın gözlədiyi barədə riqqətli sözlər həkk olunmuşdur. İndi bu vüqarlı heykəlin kürəyi arxasında Dəmir daban özünün qaydaları ilə- daşda və bürüncdə əbədi təcəssüm etdirilmiş ləyaqətli xanıma məlum olmayan qaydaları ilə dayanmışdır.
 Daxili Gəlirlər İdarəsinin (DGİ) kompüterlərində və dosyelərində nəinki gəlirlərin mənbələri, habelə xərclər (siz hansı həkimlərin yanında olmusunuz və deməli, xəstəliyniz nədir, məsələn, siz eynək almısınızmı və neçəyə almısınız, harada və nə vaxt səyahətdə olmusunuz, siyasi məqsədlər üçün pul vermisinizmi və i.a.) haqqında ən müxtəlif informasiya toplanır. Adi huşsuzluq nəticəsində il ərzində nəyisə unutmaq olar,- bu isə, lazım gəlsə, dəftərə yazılacaqdır. Bundan asılı olmayaraq DGİ istəmiş olsa, hər hansı bir vətəndaşın maliyyə vəziyyətini yoxlayar, onun seyfdəki və cibindəki pulu son sentinədək yenidən hesablayar.
 1967-ci ildə Federal məhkəmə göstərirdi: DGİ «qeyri-ortodoksal düşünən mütəfəkkirləri və yaradıcı əmək adamlarını cəmiyyətimizdən qovmaq üçün… səlib yürüşü aparır, onları həbsxanaya salmaq üçün vergi haqqında federal qanunlardan və məhkəmələrdən istifadə edir».
 O dövrün analizi göstərir ki, Amerikada vergilərin ödənilməməsi kütləvi şəkil almışdı. Yüzlərlə səbəb vardı: cəmiyyətə münasibət, qanunların mürəkkəbliyi, ədalətli payı başqalarının verməməsi barəsində fikir, vergi verənlərin pullarının nəyə sərf olunduğuna etiraz… Bəziləri vergi verməkdən boyun qaçırırdılar, çünki onların pullarının bir hissəsi nüvə silahına, müdafiə ehtiyaclarına və s. gedir…
 Altmışıncı illərdə dissidentlərə qarşı hökumətin mübarizəsində DGİ-dən geniş istifadə edilmişdir. DGİ bu mexanizmə qiymətli bir əlavə olmuş, güc strukturlarına informasiya vermişdir ki, bu informasiyadan bir çox hallarda yadfikirlilərin vəziyyətini sarsıtmaq üçün istifadə edilmişdir. DGİ dissidentləri bezdirməkdən ötrü güc strukturları ilə qarşılıqlı fəaliyyət göstərmiş və hökumətin müxtəlif əleyhdarları barəsində prezident tərəfindən tutulan «muzdlu qatil» funksiyalarını yerinə yetirmişdir. Bu idarə heç nədə təqsiri olmayan vergi verənlərin şəxsi həyatını qoruyan qanunları pozaraq, öz məxfi dosyelərinin məzmununu Ağ evə və siyasi cinayət axtarışının müxtəlif orqanlarına açıb göstərirdi.
 Dövlət DGİ qurumunun saxlanması üçün səxavətlə vəsaitlər ayırırdı. Söhbət yadfkirlilər haqqında getdikdə böyük demokratiya xərclərlə hesablaşmır, axı DGİ müfəttişlərinin çox böyük hissəsi məhz bu sahə ilə məşğul olur. Ağ evdə səbirsizliklə onlardan böyük nəticələr gözləyirdilər. Orada ABŞ-dakı siyasi folkloru xatırlayırlar: otuzuncu illərdə bədnam bandit Al Kaponeni nəhayət, qətllər və soyğunlar üstündə deyil, vergilər verməmək üstündə məhkəməyə cəlb edib cəzalandırmaq mümkün oldu! Sadəcə bir fikir məmurların ağlına gəlmirdi- ABŞ-da siyasi qayda-qanunlara qarşı alicənab adamlar çıxış edirlər.
 DGİ-nin yaydığı qaydalardan orta əsrlərin qoxusu gəlir- vaxtilə inkvizisiya çuğulçunu kafirin əmlakının bir hissəsi ilə mükafatlandırırdı. DGİ məcəlləsinin 7623-cü bölməsi kafirin gizlətdiyi vergi məbləğinin 10 faizinin çuğulçuya verilməsinə icazə verir. Çerç komissiyası bununla əlaqədar olaraq belə bir bədbin nəticə çıxarmışdır: «Siyasi əleyhdar, simic qonşu, narazı qulluqçu vergilərin tam verilməməsi barəsində ən alçaq səbəblərə görə çuğulçuluq edib, bunun üçün mükafat ala bilər». Məsələn, 1974-cü ildə 100 mindən artıq amerikalı könüllü surətdə DGİ-yə müvafiq xəbər vermişdir, o isə çuğulçulara 467 952 dollar pul vermişdir (Maraqlıdır ki, mükafatı tələb edənlərin cəmi 13 faizi mükafatlandırılmışdı!). Statistika kədərli düşüncələrə gətirib çıxarır- yalan xəbərlərin sayı bir daha nümayiş etdirir ki, okeanın o tayındakı «demokratiyada» nəyə ictimai nemət kimi pərəstiş edilir.
 R.Nikson hökuməti DGİ-dən öz siyasi əleyhdarlarına, demokrat partiyasının xadimlərinə qarşı da istifadə etmək qərarına gəldi. DGİ demokrat partiyası Milli komitəsinin sədri A. Obrayyenin maliyyə işlərini yoxladı, lakin işlər qaydasında oldu. Bu, təlaş hissi keçirən maliyyə nazirliyində məlum xəcalətə səbəb oldu: DGİ-ni təkcə dissidentlər üzərinə deyil, hörmətli siyasətçilər üzərinə də salışdırmışdılar. Ağ evdə qəzəblənmişdilər! Ağ ev DGİ-yə hökumətin «490 düşməninin» siyahısını göndərdi; bu adamların əksəriyyəti ABŞ-da nəzərə çarpan adamlar idi, o adamlar idi ki, onlarla hesablaşırdılar. Lakin R.Nikson təkid edirdi ki, onların hamısı DGİ tərəfindən diqqətlə yoxlanmalıdır. Maliyyə naziri Şuls bununla razılaşmadıqda ABŞ prezidenti 1972-ci il sentyabrın 15-də öz köməkçisi D.Dinə bildirmişdi: «Heç eşitmək istəmirəm ki, Corc Şuls bu cür məsələ qaldırır, çünki belə olarsa, mən onu qova bilərəm. O, maliyyə nazirliyini gözəl ala gözlərinə görə almamışdır. O əclafa hörmət edib vəzifə vermişlər… Bizə ziyan vurmağa cəhd etmiş adamlar haqqında mənə ən müfəssəl məlumat lazımdır… Onlar özləri məni buna vadar etmişlər və öz paylarını alarlar. Ötən dörd ildə biz öz gücümüzdən istifadə etmədik. Biz ümumiyyətlə, gücə əl atmadıq. Biz nə bürodan, nə də ədliyyə nazirliyindən istifadə etmədik, indi hər şey başqa cür gedəcəkdir. Bizim xadimlərimiz ya tabe olmalıdırlar, ya da rədd olmalıdırlar».
 Prezident Eyzenhaurə 1954-cü ildə təqdim edilmiş tamamilə məxfi məruzədə göstərilirdi: «Əgər ABŞ-ın qisməti sağ-salamat qalmaqdırsa, onda Amerikanın köhnə ədalət konsepsiyalarına yenidən baxılmalıdır. Biz cəsusluq və əks-kəşfiyyat idarələrinin səmərəli xidmətini inkişaf etdirməli, pozuculuq işi aparmalı və düşmənlərimizi bizə qarşı onların istifadə etdiklərindən daha hiyləgər, daha mürəkkəb və daha səmərəli metodlarla məhv etməyi öyrənməliyik. Lazımdır ki, Amerika xalqı başdan-başa iyrənc olan bu fəlsəfə ilə tanış olsun, onu başa düşsün və müdafiə etsin».


  IV YAZI: LOMOKRATİYA İNCƏLİKLƏRİ: AMERİKA XALQI DƏMİR NƏZARƏT ALTINDADIR

Bu ölkədə polislər hətta pullu avtomat telefonların budkalarından danışıqları da izləyib dərhal onları dinləyirlər 

 ABŞ-da hakimiyyət orqanlarının yadfikirlilərə qarşı mübarizəsinin metodları müxtəlif və incədir. Bu metodlar bir çox onilliklər ərzində işlənmiş və təkmilləşmişdir. Amerikanın vicdanlı adamları ABŞ-da üsul-idarənin siyasi əleyhdarları kateqoriyasına düşən adamlara qarşı cəza tədbirlərinin mexanizmini çoxdan aşkara çıxarmış və təsvir etmişlər. Cek Londonun «Dəmir Daban»ına qayıdaq. Yazıçı böyük bədii qüvvə ilə təsvir etmişdir ki, hətta məşhur adam olsa da, razılaşmayanı ABŞ-da tam mənası ilə necə əzib yox edirlər.
 Xatırladaq: adından bu fantastik romanın yazıldığı uydurma qəhrəman qadının atası- Amerika «demokratiyasına» dərindən inanan hörmətli universitet professorudur. Amerika ideologiyası standartlarına sığmayan professorun təqib olunması diqqətlə dərəcələrə bölünmüşdür, təqiblərin eksalasiya nərdivanında ona fasilələr verirdilər ki, ağlını başına yığsın. Başlanğıc üçün ona universitetdə işdən çıxmağı və elmi tədqiqatlar aparmaqdan ötrü maaşı saxlanmaqla ikillik məzuniyyət götürməyi təklif edirlər. «Axı bu ki, rüşvətdir!»- deyə professor qışqırmış və imtina etmişdir.
 Bundan sonra professoru universitetdən çıxartdılar, əlbəttə, kobudluqla yox: nəzakətlə istefa verməyi təklif etdilər. Görkəmli alimin universitetdən getməsinin əsl səbəbləri haqqında susuldu, əksinə, qəzetlər «onun qarşısında yaltaqlanaraq, təbrik etdilər ki, o, ağır mühazirəçilik işindən imtina etməyi və özünü bütünlüklə elmi tədqiqatlara həsr etməyi qərara almışdır». Həqiqət axtaran professor şadyanlıq etdi: qərara gəldi ki, mətbuat sözü ilə ABŞ-da mövcud olan ədalətsiz quruluşu ifşa edərək adamların qəlbini alovlandıracaqdır. Kitab buraxdı, bu, ölkədə nəzərə çarpmamış olmadı. Kapitalist mətbuatında bu kitab nəzakətlə tənqid edildi; tənqidçilər çox mərifətlə kitabı pislədilər ki, belə bir böyuk alim öz işini qurban verməməli və sosiologiyanın cəngəlliklərinə girməməli idi, zira burada o, dərhal azmışdı. Bunun ardınca elə bil ağzından vurdular- kitab haqqında yazmağı ümumiyyətlə dayandırdılar.
 Mətbuat azadlığına inanmış olan professor reportyorları topladı və çəkdiyi əziyyətlər haqqında onlara danışdı. Nəticə: «Bircə qəzet də onun kitabı barədə bir kəlmə də yazmadı; bunun əvəzində onun özü… bir vəhşi kimi təsvir edildi. Onun sözləri insafsızcasına təhrif edilir və ya mətndən əsassız olaraq çıxarılırdı; onun mülayim və təmkinli ifadələri anarxist qışqırıqları kimi təqdim olunurdu… Uzun və kinli qəzet məqalələri atanı anarxizmdə ifşa edirdi, eyni zamanda işarə edirdi ki, o, ağlını itirmişdir».
 İctimai asayişi pozduğuna görə onu bir az sonra həbs etdilər, «qəzetlər isə iddia edirdilər ki, çox qocalmış professor zehni gərginliyə tab gətirə bilməyərək dəli olmuşdur və məqsədə çox uyğundur ki, müvafiq dövlət müəssisəsində onun üçün palata ayrılsın. Bu da boş-boşuna hədə-qorxu deyildi». Yadfikirliləri dəlixanaya çox sadəcə surətdə salırdılar. Tam müflisləşmə baş verdi, əmlak, ev əlindən alındı və s. XX əsrin əvvəllərində yazılmış fantastik romanda ABŞ-da dissidentə divan tutulması bu şəkildə göstərilirdi.
 Yazıçının bədii xülyası müasir Amerika gerçəkliyi yanında solğun görünür. Altmışıncı illərin axırlarında Nyu-Orleanda mahal prokuroru D.Harrison öz qanuni səlahiyyətləri çərçivəsində prezident Kennedinin öldürülməsi təfsilatını təhqiq etməyə başladı. Cek Londonun təsvir etdiyi Dəmir dabanın ABŞ-da hökm sürməyə başlamadığına baxmayaraq, Harrison bir rəsmi prokuror kimi, göstərilən kitabdakı yadfikirli professora nisbətən daha sərt təqiblərin obyekti oldu. O, qəzetlərdə böhtanlara məruz qaldı, mətbuat qəflətən müəyyən etdi ki, prokuror guya «Napoleonluq iddiasında» olan ruhi xəstəlikli adamdır. Harrison dediyindən əl çəkmədiyinə görə, yadfikirlilərin öhdəsindən sakitcəsinə, işgüzarcasına gələn cəza orqanları işə salındı. 1977-ci ilin mayında Harrison yapon jurnalistinə müsahibəsində bunları deyirdi: «MKİ tərəfndən nəzarət edilən ən iri həftəlik qəzetlər oxucuları inandırmağa çalışmışdır ki, mən mafiya ilə əlaqədaram… Məni qorxutmağa cəhd edir və prosesi dayandırmaq üçün dilə tuturdular. Texaslı tanışım olan neft sənayeçisi mənə zəng vurub dedi ki, öz gələcəyin xatirinə təhqiqatı dayandırmaq lazımdır. Sonra özünü «Qərbli sahibkar» adlandıran bir tip mənim yanıma gəldi və soruşdu ki, federal hakim vəzifəsi məni maraqlandırmır ki. Bu, açıq-aşkar sövdələşmə təklifi idi… 1970-ci il seçkilərində mən öz rəqiblərim üzərində aşkar qələbə qazandım, axı bu o vaxt idi ki, Kley Şou üzərində məhkəmə prosesi mənim məğlubiyyətimlə qurtarmışdı. Seçkiqabağı kompaniyanın gedişində mən prezidentin öldürülməsi təfsilatını axıra çatdırmağı vəd etmişdim və seçicilərimin əksəriyyəti mənə səs vermişdi. Lakin 1971-ci ilin iyulunda ədliyyə nazirliyi mənim əleyhimə cinayət işi qaldırdı. Federal təhlükəsizlik xidməti idarəsinin məmurları və FTB agentləri səhər tezdən mənim mənzilimə soxuldular, arvadımın və uşaqlarımın gözü qabağında qollarıma qandal geydirdilər. Bu, dəhşət idi. Mənə tamamilə əsassız olaraq belə bir ittiham verdilər ki, mən qumar avtomatları müəssisələrinin sahiblərindən rüşvət almışam. Mən hər gün məhkəməyə getməyə və özümü müdafiə üçün çıxış etməyə məcbur oldum. Əlbəttə, mən özümün təqsirsizliyimi sübut etdim və məhkəmə mənə bəraət qazandırdı. Lakin o zaman mahal prokuroru vəzifəsini necə lazımdır yerinə yetirməyə vaxtım çatışmırdı. Sonrakı ildə mənim əleyhimə yeni iş qaldırdılar- bu dəfə məni qumar avtomatları müəssisələrinin sahiblərindən alınmış rüşvətləri vergi müfəttişliyindən gizlətməkdə ittiham etdilər. Bu da rüşfətxorluqda ittihamı məhkəmənin mənim üzərimdən götürməsindən sonra! Mənə bu dəfə də bəraət verdilər, lakin mənim nüfuzum xeyli dərəcədə sarsılmışdı. Həm də 1973-cü ildəki növbəti seçkilər zamanı mən maliyyə yardımından məhrum olmuşdum: mənim bir çox tərəfdarlarım hökumətin narazılığını doğurmaqdan qorxaraq mənim seçki fonduma pul keçirməkdən imtina etmişdilər…»
 Harrisonun işində Amerika hökumətinin yaratdığı cəza mexanizimləri haqqında az-çox təsəvvür yaratmağa imkan yaranır. Onlar Harrisonun ailəsini dağıtdılar (arvadı ondan ayrıldı!), onu prokuror vəzifəsindən məhrum etdilər və hüquq kontorunda azmaaşlı vəkil vəzifəsini tutmağa məcbur etdilər. Lakin onun bəxti gətirmişdi- o, sağ qalmışdı.
  ***
 Amerika xalqı dəmir nəzarət altındadır. Bu yöndə araşdırmalar aparan üç amerikalı jurnalist dəhşət içərisinə tullanmış oldu. Onların təsvir etdiyi mənzərə həqiqətən də dəhşətlidir:
 «Birləşmiş Ştatlarda bircə telefona da etibar etmək olmaz. Polislər hətta pullu avtomat telefonların budkalarından danışıqları da izləyib dərhal onları dinləyə bilərlər. Pəncərələrin şüşələrinə yönəldilən lazer şüaları otaqda nə barədə danışıldığına xəlvəti qulaq asmağa imkan verir. Lazımi avadanlığı olan avtomobildən qabaqda gedən avtomobildə aparılan danışığı dinləmək olar. Cəsusların öz ayaqqabılarının dabanlarında mikrofonlar vardır. Telefon stansiyalarının zirzəmilərində yüzlərlə danışığı maqnitofon lentinə yazırlar… Kosmos əsrində bu və ya digər izləmə metodları haqqındakı məlumatlar natamam və şübhəlidir, müəyyən nəticələr çıxarmaq çətindir» (P.Govan, N.Engeson, N.Hentoff, «State Secrets»).
 Cinayətkarlığa qarşı mübarizə pərdəsi arxasında çox qızğın iş gedirdi. Əcnəbilərin «cəsusluğuna» qarşı mübarizə kimi üzürlü bir bəhanə ilə başlıca olaraq siyasi cəhətdən qeyri-stabil adamlar aranırdı. Yaxşı haqq alan Amerika tədqiqatçıları böyuk bir şövqlə ABŞ-ı apostol icması adlandırırdılar. Bu icmada telefon və telefon danışıqlarına qulaq asmaq, demək olar, eyni vaxtda kəşf edilmişdir. Bu, dəfələrlə qalmaqala səbəb olmuşdur, xüsusən danışıqların lent yazıları sübut olaraq ittihamnamə kimi məhkəmələrə təqdim edildiyi vaxt.
 Amerikada vətəndaşlar haqqında məlumatlar toplanılması fasiləsiz olaraq davam edir, həm də bu iş çox vaxt mənasız şəkil alır. Qanuna riayət edən bir ABŞ vətəndaşı yerli qəzetə yazmışdır: «Əvvəllər mən öz ölkəmə heç vaxt siyasi nöqteyi-nəzərdən baxmamışam. Lakin indi mən öz fikrimi dəyişmişəm və heç nə başa düşmürəm… Məsələn, bu yaxında mən dostumla təqribən gecə yarısı küçə ilə gedirdim; biz svetoforun yanında dayandıqda bir şaqqıltı eşitdik. Nömrəsi olmayan polis avtomobilindən bizim şəklimizi çəkirdilər. Mən qanuna inanıram, amma bu nə olan şeydir? Mənə cavab verə bilərlərmi?» Zənn etmək lazımdır ki, insan hüquqlarının inamı qırılmış ifadəçisi olan bu şəxs cavab almamışdır.
  ***
 Yetmişinci illərin ortalarındakı vəziyyətə görə Birləşmiş Ştatlarda müxtəlif siyasi cinayət axtarışı idarələrinin dosyelərində təqribən 50 milyon amerikalı barədə «həbs olunmuşdur» qeydi var idi. Səbəblər boş şeylərdən və ya səhvən saxlanılmaqdan ibarət ola bilər. Lakin bunun nəticəsi çox pis olur- məsələn, Nyu-York ştatında işə götürənlərin 75 faizi keçmişdə bircə dəfə də həbs edilmiş olan adamı işə qəbul etmirlər, ondan asılı olmayaraq ki, o tutalım, bəraət qazanmışdır. Fərqi yoxdur- «araqarışdırandır!» «Həbs olunmaq» faktını gizlətmək heç cür mümkün deyildir, müvafiq məlumatlar mərkəzləşdirilmiş nəhəng kompüterlərə daxil edilmişdi. Fikirləşin: 1971-ci il mayın əvvələrində Cənub-Şərqi Asiyadakı müharibə əleyhinə etiraz nümayişi vaxtı Vaşinqtonda polislər birdəfəyə təqribən 13 min adamı həbs etmişdilər, bunlardan yalnız 128 nəfəri məhkəmə qarşısında dayanmışdı, yerdə qalanların hamısı siyasi cinayət axtarışı idarələrinin qovluqlarında yuxarıda adı çəkilmiş qeydi almışdır!
 Güc strukturlarının aparıcı məmuru E.Miller 1974-cü ildə demişdi: «Biz dayanmamalı və öz müdafiəmiz barədə fikirləşməliyik. Biz sağlam bir ölkədə hansı bir yad fikrə və hansı bir inqilabi nitqlərə dözə bilərik? İnqilab cüzi bir şeydən başlanır… İndinin özündə iqtisadi vəziyyət bərbaddır, hökumətə etimad azalmışdır. Bizim inqilabçılar bunu çox diqqətlə izləyirlər. Buna görə də FTB bütün bunlara diqqət yetirməlidir… Biz dürüst təsəvvür etməliyik ki, inqilabi proses hansı mərhələdədir».

  V YAZI: SENATOR VƏ KONQRESMENLƏRİN ÇOXU YALNIZ SADƏLÖVHLƏR ÜÇÜN SARSILMAZ GÖRÜNƏN AMERİKA QANUNLARININ REZİN KİMİ ELASTİK OLDUĞUNU, BU QANUNLARA MÜXTƏLİF MƏNA VERİLDİYİNİ GÖZƏL BİLİRLƏR

  1. Vergi ödəyənlərin pulları hara gedir?

 Qanuna görə, yığılmış vergilərin bir qəpiyini də seçkili nümayəndələrin razılığı olmadan sərf etməyə heç kəs cürət edə bilməz. Hər halda Birləşmiş Ştatların baniləri belə elan etmişdilər. Konstitusiya müzakirə edilərkən Nyu-York kanslerinin söylədiyi hikmət xrestomatiyaya daxil olmuşdur: «Dünyada baş verən hadisələrin heç biri camaatı onun pulunun xərcləndiyi qədər narahat etmir». Bəyənilib başa düşülən həmin nitqlərdən heç beş il keçməmiş 1793-cü il 9 fevral tarixli qərar qəbul edildi. Həmin vaxtdan etibarən dövlət departamenti «məxfi məqsədlər» üçün xərclər aldı və bunlar üzrə konqress qarşısında hesabat vermədi…
 1975-ci ilin axırlarında zirək konqresmen Koh nümayəndələr palatasının tribunasından çıxış edib şikayətləndi. Bunun da səbəbi vardı. O, böyük respublikada qanunçuluğun taleyindən narahat idi, odur ki MKİ-nin mövqelərini güdən Helmsin pencəyinin yaxasından yapışdı. Konqress komissiyalarının məxfi idarənin yaxasından bərk yapışdığını bildiyi üçün o, Helmsdən MKİ qulluqçularının sayı və büdcəsi haqqında məlumat almaq istədi. Yaxasının buraxılmasına çalışan Helms yavaşca dedi:
-Belə suallara biz cavab vermirik.
-Necə,- deyə Koh özündən çıxdı,- siz deyirsiniz ki, mənim, konqresin deputatının öz səsimi verdiyim büdcəni bilməyə ixtiyarım yoxdur? Deməli, mən səs verərkən nəyə səs verdiyimi bilmirəm?
-Şübhəsiz…,- deyə Helms saymazcasına ağzını büzdü,- bizim xərclər başqa idarələrə ayrılan böyük xərclərə daxil edilmişdir və siz, əlbəttə, bunu bilmirsiniz.
-Belə çıxır ki, bu xərclər sosial təminatın maddələri üzrə keçə bilər.
-Hələlik biz həmin maddələrə müraciət etməmişik, amma siz pis ideya vermədiniz.
 Bunları eşidən konqresmenin dili tutuldu, əzəmətli Helms onun çiynini saymazcasına basdı və qürurla addımlayıb getdi, Koh isə özünə gələn kimi özünü nümayəndələr palatasına saldı və yuxarıdakı mükaliməni burada eynilə söylədi. Lakin qiyamət qopmadı və Kapitoliya təpəsi altında zəlzələdən xəbər verən gurultu eşidilmədi. Ağsaçlı senatorların və çevik konqresmenlərin böyük əksəriyyəti yalnız sadəlövhlər üçün sarsılmaz görünən Amerika qanunlarının rezin kimi elastik olduğunu, bu qanunlara müxtəlif məna verilə bildiyini əla bilirdilər; həmin qanunlar yalnız sadəlövhlər üçün sarsılmaz görünür. Belə sadəlövhlərdən biri də Koh idi!
 Seçicilər qarşısında və xaricdə demokratiya haqqında ucadan naqqallıq etmək bir şeydir, real həyat isə başqa şey…
 «Dell» nəşriyyatı Amerika oxucularına cəmi 1 dollar 25 sentə «Vaşinqtonda əlavə mükafatlar» adlı kitab təqdim etmişdi. Kitabın müəllifi Elizabet Rey uzun illər Kapitolidəki mühasibat idarələrindən birində katibə işləmişdir. Məlum olur ki, bu cazibəli sarışın qız işlədiyi bütün vaxt ərzində yazı makinasına bircə dəfə də olsun toxunmamışdır; onun «təyinatı» başqa iş olmuşdur. Təkcə müqəddiməni oxumaq artıqlaması ilə izah edir ki, konqresin hər şeyi bilmək həvəsinə harada və niyə sərhəd qoyulur.
 Kitabdan sətirlər: «Əgər siz senatorun mühüm siyasi nitq söylədiyi zaman xidmətçinin ona məktub verib salondan çağırdığını müəyyən bir vaxtda görmüşsünüzsə, siz də mənim kimi, şübhəsiz, sadəlövhliyiniz ucbatından güman etmişsiniz ki, nüvə hücumu, yaxud təbii fəlakət istisna olmaqla, heç nə onun çıxışını kəsə bilməzdi. Daha müdrik olmağı tövsiyyə edirəm. On haldan doqquzunda salona xoş sözlərlə baş çəkən yəqin ki, Elizabet idi: «Mən sadəcə olaraq sənin özünü necə hiss etdiyinə nəzər salmaq və səni salamlamaq istəyirdim!» Məgər bunun demokratiya üçün pis olduğunu demək olarmı? Belə hallarda beli bükülmüş qoca senatorlar öz yerlərinə qayıdaraq seçicilərinə xeyirxah hisslər və çoxlu rəhmdil sözlər bəxş edirlər».
 E.Reyin memuarlarının qəhrəmanı onun öz bossu- konqresmen V.Heysdir. Məlum olur ki, büdcədən təyinatı konqresmenləri əyləndirmək olan qızlar üçün ştat ayrılırmış. Elizabetin cənab Heysdən əlavə, hər axşam dörd görüşü və təxirə salınmış daha üç görüşü olurmuş… «Elə fikirləşməyin ki, belə həyat əyləncədir, xeyir, çətindir,- resenzent yazır,- istənilən vaxt onu, həftənin axırını Vaşinqtonda keçirməyə gəlmiş tanış olmayan kişilərə həzz vermək üçün çağıra bilərlər. Nəhayət, boss ondan özünə lütf göstərməyi xahiş edir». Rey belə həyatdan ümidsiz bir halda tövbə etmək üçün keşişin yanına qaçmışdır. Lakin keşiş də onunla əsla prixod qadını kimi rəftar etmişdir”.
 Siyasi xadimlər dövlət və partiya vəsaətini yönəldirlər ki, öz şəhvətlərini ovundursunlar. Heys təvazökar Elizabetə ildə 24 min dollar, bu qadının hesablamasına görə, həftədə bir-iki dəfə onu yanına gəlməsi üçün orta hesabla hər görüşə 200 dollar maaş ayırıbmış. Amma budur, məlum olur ki, adı çəkilməyən bir ştat qubernatoru öz arvadı və məşuqəsi üçün xərcləri tennis məşqçisinin seçki fondundan ödəmişdir. Möhkəm yadda saxlamaq lazımdır: dövlət xadimləri aldıqları qanuni maaşla lazım bildikləri kimi yaşaya bilməzlər, biz onların hələ miyonlarla var-dövlət yığdığını demirik.
 Axırda resenzent yazır: «Siyasi xadimlərin nitqlərinin əksəriyyəti çox pisdir. Bunu mən ona görə xatırladıram ki, seçiciləri tovlayanlardan natiqlik məharətini sekslə müqayisə edildiyini dəfələrlə eşitmişəm- həm camaata, həm də qadınlara qalib gəlirlər, yalnız o fərqlə ki, camaat daha az təhlükələdir və kitablar yazmır».
 
  2. Xalq təcrübə dovşanı kimi

 Qeyd edək ki, insanlar üzərində tibbi eksperimentlər Birləşmiş Ştatlarda adi haldır. Bu ekspermientlərin də müvafiq metodikası çoxdan işlənib hazırlanmışdır.
 1932-ci ildə dövlət (!) səhiyyə xidməti idarəsi Alabama ştatındakı Tuskeqidə eksperimentə başladı. Sifilis xəstəliyi tutmuş 399 adamdan ibarət bir qrup seçilib götürüldü. Onlara heç bir dərman vermirdilər. Eksperimentin ilkin məqsədi ölüm faizini sifilis xəstəliyi olmayan 201 nəfərdən ibarət kontrol qrupu ilə müqayisə etmək idi. Proqramın yerinə yetirilməsi düz 40 il çəkmişdir! Sifilis xəstəliyi olanların hamısı zənci olmuşdur və onların heç birinə 40 il ərzində deməmişdilər ki, o, eksperiment hədəfidir. 1972-ci ildə qalmaqal qopdu, senator A. Ribikov bildirdi ki, bu eksperiment «bürokratik təkəbbürün və rəhmsizliyin əlaməti olan dəhşətli hadisədir».
 Eksperimentin rəhbəri, dövlət (!) qulluğunda olan həkim D.Hellerdən jurnalistlər hər halda soruşdular ki, xəstələrə heç dərman verirdilərmi? Həkim Hellerin həyasız cavabları valehedici şəkildə soyuqqanlı olmuşdu: «Yox. Onlardan dərman içməyi xahiş etmək heç vaxt bizim ağlımıza da gəlmirdi. Çünki bu dərmanlara tələbat böyükdür və bunlara başqaları, məsələn, silahlı qüvvələrdə daha çox möhtacdırlar… Bundan əlavə, biz onlar üçün dərmanlar əldə etməyə borclu deyilik, buna görə də biz bu dərmanları əldə etməyə heç cəhd də göstərməmişik… Bu bizim işimiz deyildir». Bu iş elə beləcə də keçmişdə qaldı. Alabama ştatındakı Monthomeridə məhkəmə məsələni bitirirək belə müəyyən etdi: sağ qalanların- iki qrupdan təqribən 70 nəfər xəstə və sağlamın- hərəsinə 37 500 dollar, yəni hər bir gün üçün 2 dollar 50 sent verilsin. Hesablaşdılar! Qırx il üçün birdən! Budur, görün ABŞ-da insan həyatına bu qədər dürüst sentinədək necə qiymət qoyurlar!
 Eksperimentatorların ən çox sevdikləri yer həbsxanalardır. Amerika Vətəndaş Azadlıqları İttifaqının məlumatlarına görə, təqribən 20 min məhbusdan, həbsxanalarda bütün saxlanılanların çox yüksək faizindən müxtəlif qəbildən olan tibb eksperimentlərində, o cümlədən dərmanların sınaqdan çıxarılmasında istifadə edilir. Amerika tədqiqatçısı xanım D.Mitford qeyd etmişdir ki, həbsxanalar eksperiment aparan həkimləri maqnit kimi özünə cəzb edir, ona görə ki, məhbuslar «şimpanzedən ucuzdurlar»- bir peşəkar təbib məhz belə deməşdir. Başqa bir hal: «Tədqiqatlar həbsxananın qapalı aləmində aparıldığına görə, təcrübə nəticəsində «könüllü» ciddi xəstələnərsə və ya ölərsə, bu çətin ki kiminsə diqqətini cəlb etsin».
 Miçiqan ştatında iki farmakologiya şirkəti öz dərmanlarını Cekson həbsxanasında sınaqdan keçirmək üçün müstəsna ixtiyar almağa nail olmuşdur. Oklahomada farmakologiya şirkətləri məhbuslar üzərində təcrübələr aparan təbiblərə ildə 300 min dollar verirlər.
 MKİ-nin əsas tibbi əməliyyatı- «MK ultra»nın məqsədi isə belə idi: «Davranışa nəzarət üçün gizli istifadəyə yarayan kimyəvi, bioloji və radioloji pereparatların yaradılması». Həkimlər və toksikoloqlar psixiatriya xəstəxanalarında və həbsxanalarda adamlar üzərində geniş təcrübələr aparırdılar. Leksinqton sağlamlaşdırma mərkəzi narkotiklər haqqında qanunları pozduqları üçün cəza çəkən narkomanlar üçün həbsxana idi. Təcrübələrin obyektləri məhbusların sırasından cəlb edilən könüllülər olmuşlar: ötəri tibbi müayinədən və iltizam aldıqdan sonra onların bədəninə qarabasma doğuran pereparatlar yeridilirdi. Əməliyyatda iştirak etməyə görə mükafat olaraq narkomanlara özlərinin istədiyi narkotiklər verilirdi.
 «MK ultra» proqramı üzrə inyeksiya almaqla və ya pereparatları içməklə nə qədər həyatın məhv edildiyini və nə qədər adamın əlil olduğunu heç kim və heç vaxt da bilməyəcəkdir.

  VI YAZI: ONLARIN AYAĞI DƏYƏN HƏR YERDƏ HÜQUQLAR POZULUR, SƏRVƏTLƏR TALANIR, İNSANLAR QƏTLƏ YETİRİLİR, QADINLAR ZORLANIR,MƏSCİD VƏ EVLƏR DAĞIDILIR, MÜQƏDDƏS DƏYƏRLƏR TƏHQİR OLUNUR

  YƏHUDİ İŞĞALI ALTINDA OLAN AMERİKA

 Bu gün bütün dünyaya meydan oxuyan, qanı su yerinə axıdan ABŞ yəhudi işğalı altındadır, İsrailin diqtəsi ilə oturub durur. Amerika, İsrailin apardığı müharibələr buna əyan sübutdur. Karterin prezidentliyi dövründə bütün Amerika belə bir miünaqişəninq şahidi olmuşdur. Amerika dövlət strukturlarında böyük fiqur sayılan Birləşmiş Qərargahlar rəisi general C.Braun tələbələrlə görüş zamanı açıq bildirmişdir: «Sionist mafiyası çox güclüdür. İsraillilər Pentaqona gəlib, ən müasir texnika tələb edirlər. Biz onlara deyirik ki, Konqresin razılığı olmadan biz heç nə edə bilmərik. Onlar bizə cavab verirlər ki, Konqres sizin qayğınız deyil. Konqreslə özümüz bacararıq. Bu adamlar başqa ölkəyə mənsub olduqları halda Amerikada istədiklərini edirlər». C.Braun bu sözləri deyən kimi Amerikanın kütləvi informasiya vasitələri bir ağızdan onu antisemitizmdə günahlandırıb, güclü təzyiqə məruz qoyurlar. Bu hələ harasıdır. Prezident Karter dərhal onu çağırıb, kəskin tənqid etmiş və məcbur etmişdir ki, ictimaiyyət qarşısında onlardan üzr istəsin. Bununla da C.Braunun karyerasına son qoyulur.
 Vaxtilə Fransanın «Mond» qəzeti yazıb: «Amerika prezidenti sionist lobbisi ilə mübarizə aprarsaydı, təhqiraməz məğlubiyyətə məruz qalardı». Bu proqnoz tezliklə özünü dorultdu. ABŞ-ın BMT-dəki nümayəndəsi İsraili işğal etdiyi Ərəb torpaqlarında apardığı siyasətə görə tənqid edən qətnaməyə səs vermişdi. Dərhal Amerika təbliğat maşını işə düşür.
 «Nyu-York Deyli Nyus» qəzetinin yazdığına görə, İsrailin Amerikadakı səfirinin Amerika prezidenti ilçə məxfi görüşü keçirilir və prezident məcbur olur ki, BMT-dəki mövqeyini dəyişsin. Bundan sonra prezident Karter Nyu-Yorkun bələdiyyə işçiləri qarşısında çıxış edərək, BMT-dəki nümayəndəsinin İsrail əleyhinə səs verməsini səhv hesab etmişdir. Məsələ onda idi ki, bir neçə gündən sonra Nyu-Yorkda seçki kampaniyasının müqəddəratı sionist lobbisindən, mason lojalarının fəaliyyətindən asılı olacaqdı. Amerikada yəhudilər əhalinin üç faizini təşkil etdikləri halda, yəhudi kapitalı demokratların seçkiqabağı fondunun 60 faizini, respublikaçıların 40 faizini təşkil edir.
 Daha bir misal. Amerikanın BMT-dəki nümayəndəsi E.Janr Fələstinin BMT-dəki nümayəndəsi ilə görüşmüşdür. Belə qəbahətə görə, E.Janr ilə dərhal xudafizləşdilər və o, vəzifəsini itirdi.
 Başqa bir fakta diqqət yetirmək kifayətdir ki, Amerika kimi qüdrətli bir dövlət başçısının kənar təzyiqə məruz qalmasının şahidi olaq. 1998-ci ildə Amerika prezidenti B.Klinton İsrailə səfər etmiş, yəhudilərin müqəddəs məbədlərini ziyarət etmişdir. B.Klinton Amerikaya qayıdan gecə dərhal İraqı bombalamaq barədə sərəncam vermişdir.

  ABŞ-DA İNSAN HÜQUQLARININ VƏZİYYƏTİ

 Afrika və Latın Amerikası mənşəli ABŞ vətəndaşları Amerika cəmiyyətinin ən aşağı təbəqəsinə çevrilib. ABŞ Siyahıyaalma Bürosunun dərc etdiyi rəsmi statistik məlumatlara görə, ABŞ-da Afrika mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların orta illik gəlirinin 61 faizinə bərabər olub. Latın Amerikası mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların gəlirindən 28 faiz aşağı olub. İrqi ayrı-seçkilik işə qəbul, təhsil almaq və məhkəmə proseslərində özünü daha bariz göstərir. 2007-ci ilin noyabrında ABŞ-da Afrika mənşəli vətəndaşların 8,4 faizi, latınamerikalıların 5,7 faizi, ağ dərili vətəndaşların isə 4,2 faizi işsiz olub. ABŞ məktəblərində isə dərisi rəngli olan şagirdlərə qarşı nizam-intizamı pozduqlarına görə daha ağır cəza tədbirləri tətbiq olunur. Məsələn, Nyu-Cersi ştatında orta məktəblərdən qovulan qaradərili şagirdlərin sayı anoloji cəzaya məruz qalmış ağdərili şagirdlərdən 60 dəfə çox olub.
 ABŞ həbsxanalarında cəza çəkən afroamerkanların sayı ağ dərili məhbusların sayından 7 dəfə çoxdur. 2006-cı ilin statistikasına əsasən, hər 100 min afroamerikanlıdan 815 nəfəri, hər 100 min latınamerikalıdan 283 nəfəri həbsdədir, ağdərili vətəndaşlardan isə hər 100 min nəfərdən yalnız 170 nəfəri azadlıqdan məhrum edilib.
 Rəsmi məlumatlara görə, ABŞ-da yaşı 18-dən yuxarı olan 5,58 milyon qadın yoxsulluq həddində yaşayır. Statistikaya görə, bu ölkədə hər il orta hesabla 1, 400 qadın ailə münaqişəsi zəminində öldürülür, 2-4 milyon qadın isə ailədə döyülür. Bundan başqa qadınlar iş yerlərində və hərbi düşərgələrdə seksual zorakılığa məruz qalırlar. Hər il təqribən 132 min qadın zorakılığa məruz qaldığını etiraf edir, qeyri-rəsmi rəqəmlərə görə isə ABŞ-da ildə seksual zorakılığa məruz qalan qadınların sayı bundan 2-6 dəfə çoxdur. 2006-cı ildə azadlıqdan məhrum edilən qadınların sayı bir il əvvələ nisbətən 4,5 dəfə artıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə təqribən 100 mindən 3 milyona qədər yaşı 18-ə çatmamış uşaq fahişəliyə cəlb olunub. 2005-ci ildə ölüm hökmünə məhkum edilən 9400 yeniyetmədən yalnız 2225 nəfərinin cəzası ömürlük həbslə əvəzlənib.
 ABŞ digər ölkələrdə də insan haqlarını pozur. ABŞ İraqda 2003-cü ildən bəri apardığı hərbi əməliyyatlar nəticəsində 600 mindən artıq mülki şəxsi qətlə yetirib. İraqda hər gün orta hesabla 450 nəfər amerikalı hərbçilər tərəfindən öldürülür. ABŞ-ın məxfi həbxanalarında isə 700 Əfqanıstan və 180 İraq vətəndaşı məhkəmə hökmü olmadan azadlıqdan məhrum edlib.

  ABŞ-IN DÜNYA XALQLARINA QARŞI GENOSİDİ

 İndi isə bilməyənlərə ABŞ-nin digər ölkələrə müdaxilələri haqqında cədvəli təqdim edirik, tanış olanlara isə bir daha xatırlatmaq istəyirik:
1948-1953-cü illər Filippində hərbi əməliyyatlar. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər 1 milyon ABŞ əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlərlə koreyalıların həlak olması.
1964-1973-cü illər– Vyetnama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi.
1964-cü il Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər- 50 min ABŞ əsgərinin Laos respublikasına qarşı döyüşlər. Yenə minlərlə qurban.
1982-1983-cü illər- 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il Liviyaya soxularaq Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il Panamaya silahlı basqın. Minlərlə panamalının qətlə yetirilməsi.
1991-ci il İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450 min hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə edilməsi. 150 minədək dinc sakinin öldürülməsi. Qorxu yaratmaq üçün dinc obyektlərin bombardman edilməsi.
1992-1993-cü illər Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.
 Bu son illərdə isə Əfqanıstanda və İraqda törədilən vəhşiliklər də onların cinayətlərinin üstünə gəlir.
 Bəli, bu gün yəhudi gözü olan, ABŞ ayağı dəyən hər yerdə insanlar qətlə yetirilir, qadınları zorlanır, məscid və evlər dağıdılır, müqəddəs dəyərləri təhqir olunur.
 Onların gizli fəaliyyətlərinin doğurduğu bəlalar və fəsadlar əksər dünya ölkələrində olduğu kimi, bizim başıbəlalı coğrafiyamızda da həm özümüzü, həm də milli-mənəvi və dövləti keyfiyyətlərimizi təhdid etməkdədir. Biz vətənimizi bu təhlükədən qorumalıyıq.

Комментариев нет:

Отправить комментарий