15.11.2010

EY XAİNLƏR, DÖNÜN GERİYƏ BAXIN!

İslamın iki müqəddəs diyarı Məkkə və Mədinəni işğal altında saxlayan Səud Xanədanı tarixi bir xəyanətə daha imza ataraq, İslam Ümmətinin şərəf və şərəfini xaçlı və imperialist əfəndilərinə alçaqca peşkəş etdi.

"Hərəmeyn-i Şerifeynin xidmətçisi" olaraq xarakterizə edilən Səud Kralı Abdullah, Vaşinqtonda "Dinlər Arası Dialoq" adı altında təşkil edilən zillət və xəyanət yığıncağında, İslamınmı, Ümmətinmi, yoxsa Amerika və İsrailinmi xidmətində olduğunu açıqca ortaya qoydu.

Amerikan və İsrail şeflərinin alqışları və təqdirləri arasında BMT kürsüsündə etdiyi çıxışda, İslam diyarlarını işğal edərək milyonlarla günahsız və savunmasız müsəlmanı, gənc yaşlı, qadın kişi günahsız insanı qətl edən, yaralayan, ismət və namuslarını tapdalayan, evlərini, yurdlarını viranəyə çevirən qan içici müstəkbir və sionistlərin zülm və qırğınlarına qarşılıq bir tək söz belə etiraz etməyərkən, işğal altındakı vətənlərini, müqəddəsat və qürurlarını canları hesabına müdafiə edən igid Müsəlmanların cihad və müqavimətlərini "terrorizm" adı altında təyin edərək İslam Ümmətinin qəhrəman övladlarının azadlıq və qurtuluş mübarizələrinə qarşı "terrorizmə qarşı ortaq əməkdaşlıq" təklifini gündəmə gətirən Kral Abdullah atalarının dəyişməyən ənənəsinə bir daha sadiq qaldı.

Bu necə bir "dinlər arası dialoq" idi ki, sionist rejimin əli qanlı şefi terrorist Şimon Peres, Səud Kralı Abdullahın etdiyi çıxışdan böyük bir xoşbəxtlik duyduğunu və özünə böyük bir ümid verdiyini söyləyə bilib. Sionist rejimin Qəzzaya tətbiq etdiyi insanlıq xarici embarqonun getdikcə şiddətləndirilərək günahsız Fələstinlilərin aclıq və ölüm qışqırıqları artdığı, Məscid-i Əqsanın yıxılması üçün sui-qəsdlərin və Qüdsün Yəhudiləşdirilməsi proyektinin addım-addım tətbiq olunduğu bir zamanda sionist rejim şefinin Kral Abdullaha əl çalması, İslam diyarlarını qan gölünə çevirən Buş ilə qədəh toqquşdurması, bu haramzade kralın tarixi xəyanətinin bir göstəricisi deyil idimi?

Livan və Fələstin İslami müqaviməti qarşısında aldığı məğlubiyyət və rüsvayçılıqdan sonra bir "özündən getmə" sindromuna düşən sionist rejimin ayaqda qala bilməsi üçün S. O. S siqnalları verdiyi bir sırada, Səud Kralı Abdullahın Şimon Pereslərə atdığı can simitlərindən neçə dənəsi, sionist canılərın qırğın və hücumları altında ölüm qalım mübarizəsi edən Fələstinlilərə atıldı? İçinə düşdüyü bataqlıqdan çıxması üçün əlini Sionist rejimə uzadan Kral Abdullah, "Ya Rəbbi! Qatından bizə bir köməkçi, qatından bir dost göndər" deyə fəryad edən Fələstinlilərə neçə dəfə uzatdı?

İrəli sürdüyü "Ərəb barış planı" ilə 1967 sərhədlərinə çəkilməsi vəziyyətində bir çox Ərəb dövləti ilə birlikdə İsraili rəsmi olaraq tanıyacağını bildirən Səud rejiminin Sionistlərə "həyat öpücüyü" təqdim etməsinin ardında yatan səbəb nədir görəsən?

Misir, İordaniya və Misir kimi rejimlər çox yaxşı bilirlər ki, sionist rejimin varlığı öz səltənət və diktatorluqları üçün bir tampondur: Sionist rejimin aldığı hər bir yara, uğradığı hər bir məğlubiyyət bu xəyanət rejimlərinin də təməllərini sarsıtmaqda, buna görə də İslam Ümmətinin içindəki bu xainlər ən az Peres, Olmert, Livni, Barak, Netanyahu qədər qorxu və çaxnaşma girdabına girməkdədirlər.

Sionist rejimin müdafiə naziri Ehud Barakın daha əvvəl Səudiyyə ərəbistanı, Misir və İordaniya rejimlərini nəzərdə tutaraq "İran, Həmas və Hizbullah mövzusunda ilimli Ərəblərlə ortaq mövqedəyik" deməsi boşuna deyildi. Səud Kralı Abdullah da Vaşinqtonda Amerika və İsrailə eyni mesajı verdi: "Biz sizinlə eyni düşərgədəyik."

Bizlər Hicaz işğalçısı Səud xanədanının Haremeyn-i Şərifeynə kimlər tərəfindən necə yerləşdirildiyini iki yüz il əvvəlindən çox yaxşı bilirik: bu xainləri, İngilislərlə girdiyi çirkli əlaqələrdən, reallaşdırdıqları alçaq xəyanətlərdən çox yaxşı tanıyırıq. Onlar tarixi rollarını bir dəfə daha icra edirlər; hər vaxt olduğu kimi İslam Ümmətinə yenə xəyanət edir, ümmətimizi, Fələstinimizi, Qüdsümüzü kürəyindən yenə xəncərliyirlər..!

Bizlər bu xəyanət çöhrələrini yalnız 200 il əvvəlindən deyil, əsrlər əvvəlindən tanıyırıq: "Məhəmmədi İslam"ı yerinə "Əməvi İslam"ını qoyduqları zamanlardan, İslami xilafəti yıxıb yerinə kral səltənət rejimin qurduqları zamanlardan, Peyğəmbərin mehrabını Məhəmmədi İslama qarşı döyüş kürsüsünə çevirib Allahın saleh qullarını qılınclarla doğradıqları zamanlardan tanıyırıq...

Bizlər dünənin İbn-i Ziyadlarının nifaq çöhrəsini, bu günün Kral Abdullahlarının Hüsnü Mübarəklərinin, sultanların, kralların, məliklərin quru üzlərində bir dəfə daha müşahidə edirik: bizlər dünənin "Yaşıl Saray"larını bu gün Riyadda, Qahirədə Ammanda yenə görürük: Bizlər dünənki sarayların süfrələrinə oturmaq, kisələrinə qızıl doldurmaq üçün sultanların spikerliyini edən qapı nökəri-saray mollalarını bu gün Hərəmeyn işğalçılarının ətrafında pərvanə olmuş bir şəkildə fətva yağdırmaqda görürük..!

Əsrlər əvvəlində Əməvi saraylarının dəzgahlarında ismarlama toxunmuş bir dinin indiki vaxtda "Amerikançı İslam" şəklində qarşımıza necə çıxdığını, "Böyük Orta şərq Layihəsi" paketi içində "light islam", "ilimli İslam" kimi təyin etmələrlə necə təlqin edilməyə çalışıldığını görürük. Bunların istələri budur ki, saxta bir din anlayışı ilə bizlərə zalımların əllərini öpdürsünlər: və ya əfəndilərinin eşiyində bizi diz çöktürsünlər; və ya özlərinin geydiyi zillət paltarını bizə də geydirsinlər. Və ya səltənətlərin mikroblarını damarlarımıza iynə kimi vursunlar! Və i özlərinin üzdükləri nifaq, riya və dünyapərəstlik bataqlığında bizləri də palçığa bulasınlar..!

Ey Abdullah İbn-i Ubeyin və Səlulların uşaqları! Dönün baxın bir geriyə; bizi Həmzələrin, Süməyyələrin, Musabların yanında görəcəksiniz! Ey İbn-i Ziyad və Şimrin uşaqları! Dönün baxın geriyə; bizi Hüseynlərin, Zəynəblərin, Abbasların yanında görəcəksiniz. Ey Karterlərin, Reyganların, Buşların uşaqları! Dönün baxın geriyə, bizi Behişt-i Zəhralarda, Bint Cubeyllərdə, Cebaliyə və Beyt Xanunda görəcəksiniz..!

Dönün baxın bir daha; bizi cihad, müqavimət və şəhadət meydanlarında və sizin qarşınızda görəcəksiniz..!

Unutmayın ki, sizin varlığınız suyun üzərindəki köpükdən başqa bir şey deyil və İslam ümmətinin pak vicdanları sizi əsla bağışlamayacaq! Qüdsümüz Sionistlərin işğalından xilas olacağı kimi, Hərəmeyn-i Şərifeyn də bu xəbis varlıqların təsallüt və işğalından xilas olacaq, İslam coğrafiyasının təmiz torpaqları bu zəhərli otlardan gec-tez təmizlənəcək...


                                             http://www.arannews.ir/az/news/8805.aspx

Комментариев нет:

Отправить комментарий