İran ədəbiyyatı ilə tanışlıq
Nima Yuşic ( Əli İsfəndyari) 1898-ci ildə Mazandaran şəhərinin Yuş kəndində anadan olmuşdur. Oxuyub-yazmağı kəndlərində olan molla yanında öyrənib. Lakin kənd mollası ilə münasibəti pozulduğundan bir daha onun yanına getmir. Bir müddət keçdikdən sonra Tehrana gedib “Sen Luy” ali mədrəsədə təhsil alır.
Məktəbdə həmişə şagirdlərdən kənar gəzər və özünün qeyd etdiyi kimi, yaxın dostlarının biri ilə çox vaxt dərsdən qaçarmış. Nima Nazim Vəfa adlı müəlliminin təşəbbüsü ilə şeir yazmağa başlayır. O, fransız dilini öyrənməklə yanaşı ilk şeirlərini “Xorasanı” üslubunda qələmə almağa başlayır. Bir müddət keçdikdən sonra beş yüz beytdən ibarət olan “Rəngi solmuş nağıl” şeirini yazır və bir ildən sonra onu qəzetlərin birində çap etdirir. Bu şeirdə Nimanın həyata özünəxas baxışı onu başqalarından tamamilə fərqləndirir. Şeirin üslubu köhnə olsa da, onun yeni fikirləri bir çox söz-söhbətlərə səbəb olur. Belə ki, bir çox tanınmış şairlər- Məliküş-şüəra Bahar, Mehdi Həmidi və s. ona qarşı çıxırlar.
Sonradan Nima Yuşic müasirlərindən fərli olaraq şeirlərini yeni üslübda yazmağa başlayır. Demək olar ki, sərbəst vəzndə yazdığı şeirlərində yalnız vəznə riayət edilirdi. Hazırda İranda “Nima” şeir növü formalaşıb və bir çox şairlər bu üslubda qələmlərini sınayırlar.
Nimanın ən məşhur şeirləri “Əfsanə”, “Ey insanlar”, “Kilsə zəngi”, “Amin quşu” və s.-dir. O, 1950-ci ildə vəfat etmişdir.
Hayqırıram
Üzümdə köks salan bir ciddiyyətlə
Mənəm qayığı quruda çökən
Aydındır sizlərə sözlərimdə gizlənən məna
Tək əldən səs çıxmaz
Mən, mənim əlim sizlərdən bir kömək umur
Sınmışsa hayqırtılarım hülqumumda
Lakin fəryadımın parlaqlığı aydın
Mən özümün və sizin xilasınız üçün
Hayqırıram
Hayqırıram
Qeyd: Nima- kaman mənasındadır və qədim Təbəristanın qəhramanlarından birinin adıdır. Yuşic – Yuş əhli anlamındadır.
Niyam Aqil ilk.bizimki.org
Комментариев нет:
Отправить комментарий