26.11.2010

İsrail rejiminin Fələstin torpaqlarını işğal etməsinin 62-ci ildönümüdür

Bu illər boyu sionist rejimi torpaqları qəsb etməklə yanaşı dic sakinləri, körpə uşaqları, yaşlı qadınları amansızcasına qətlə yetirmişdir. Bir çox dünya dövlətlərinin dəstəyi ilə dünya ictimaiyyətinin gözü qarşısında fələstinliləri öz doğma torpaqlarından didərgin salaraq ən vacib hüquqlarını belə əllərindən almışdır. Bu günkü günü sionist rejim çox sevinclə qeyd edir və ona həmişə dəstək olan ABŞ hökuməti də nüvə silahına malik olan işğalçı rejimə öz himayədarlığını davam etdirir.
Xatırladaq ki, indiyə qədər sionistlər 700 mindən çox fələstinlini müxtəlif ittihamlarla həbs etmişdir. Hazırda İsrail rejiminin həbsxanalarında 10 minə yaxın fələstinli saxlanılır. Onların içərisində bir neçə nəfər artıq 30 ildir ki, əsirlikdə saxlanılır. Bu da dünyanın bu üzü - bu işğalçılıq bizə heç də yad deyil. Çünki, sionistlərlə həmişə eyni xüsusiyyətli addımlar atan erməni caniləri də bizim doğma torpaqlarımızı işğal etmiş, minlərlə insanlarımızı qətlə yetirmişdir. Hazırda da işğal olunmuş torpaqlarımızda elə sionist rejimivari bir dövlət yaratmaq istəyir. Eyni ilə İsrail rejiminə dəstək verən ABŞ Qarabağ məsələsində də Ermənistana yaxud qondarma Dağlıq Qarabağ rejiminə yardım edir. İldə neçə milyon dollar qondarma Dağlıq Qarabağ rejiminə pul ayıran ABŞ, eynilə də qondarma İsrail rejiminə milyardlarla dollar silah-sursat və maliyyə yardımı göndərir. (deyerler.org)

Комментариев нет:

Отправить комментарий