29.11.2010

Səməd Vurğun biabırçılığı

Səməd Vurğun 

                                Hüseyn Cavidə


Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşıqiyəm” deyən deilmidin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin düz araşdiraq, sənin sənətinmi var?
Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosuna saqqal etdin.
Azərbaycan şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın.
Utanmadın Vaqifin, Füzulinin üzündən
 
...........................................................................
(Buradakı misralar Səməd Vurğuna başucalığı gətirmədiyi üçün vermirik)

O murdar arzuların torpaqlara gömüldü,
Sənin yaratdıqların özündən əvvəlöldü.

Mənbə: “Ədəbiyyat qəzeti”, 1937-ci il, 16 iyun

1 комментарий:

  1. (Buradakı misralar Səməd Vurğuna başucalığı gətirmədiyi üçün vermirik)yazıldığına görə heç bu məlumatın marağı olmadı. Hər şeyi belə gizlədə-gizlədə bu gündəyik.

    ОтветитьУдалить