16.11.2010

Müharibə, yoxsa terror?

Samir Süleymanlı 
Gəncə Media Mərkəzi


Yüz illərdir ki, ermənilər Türkə qatı düşmən kəsiliblər. 1896-cı ildə yaradılmış daşnak partiyasının məramı üzrə ermənilər bu düşmənçiliyi «milli xəstəlik» halına gətirərək, tarixdə heç zaman mövcud olmamış “böyük Ermənistan” yaratmaq xülyası ilə keçən əsrin əvvəllərindən başlayaraq, (müəyyən fasilələrlə) türklərin yaşadıqları torpaqlarda kütləvi qətliamlar törədiblər, alçaqcasına terror aktları həyata keçiriblər. Hiyləgər tülkü olduqları halda, yazıq qoyun cildinə girib dünyanı yalan informasiya mühasirəsinə salıblar. Bütünlüklə uydurma olan «erməni soyqırımı» haqda dünyaya car çəkirlər, hələ bu yetməmiş kimi, Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağı öz ata-baba yurdları adlandırırlar.
Bunun müqabilində dünyanın aparıcı ölkələri və bəzi beynəlxalq təşkilatlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri, sözün həqiqi mənasında soyqırıma bir reaksiya vermirlər. Planetin bir çox bölgələrində «terrora qarşı mübarizə» aparıldlğı zamanda bəs niyə əməlləri ilə ən böyük terror tarixi yazmış Xocalı soyqırımını törədən şəxslər azadlıqda gəzirlər, hələ arsızcasına dövlət başçısı kimi də qəbul edilirlər. Guya bilmirlər ki, Xocalı soyqırımı zamanı terrorçuların başında duranlardan biri indiki Ermənistan prezidenti Robert Köçəryandır? Guya bilmirlər ki «Xocalı faciəsi” açıq-aşkar bir terrordur? Əlbəttə ki, bilirlər, lakin susurlar və əsrin faciəsini terror yox, «müharibə» adlandırırlar. Sizcə dinc əhalini vəhşicəsinə qırmaq, onları işgəncələrlə öldürmək terror deyilmi?
Tarixə nəzər salaq: 1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə Xankəndində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri ağır zirehli texnika və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalını ələ keçirərək əsrin ən böyük qətliamlarından birini törətdilər. Ermənilər Xocalını hər tərəfdən mühasirəyə alıblarmış. Guya Kətəyən dağı istiqamətində də çıxış yolu olubmuş. Salamat qalanlar və yaralılar o tərəfdə qalıblar. Sən demə, erməni cəlladları əllərində pulemyot həmin yerdə pusquda durublarmış. Qaçanlar qəflətən atəşə tutulub qətlə yetirilmişlər. Ümumiyyətlə, bu dəhşətli terror zamanı 613-nəfər həlak olmuş, onların bir çoxu işgəncələrlə qətlə yetirilmişlər. Həlak olanların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamailə məhv edilib. 657 nəfər əlil olub. 1257-nəfər isə girov götürülüb. Onlardan 150-nin taleyi hələ də məlum deyil. Böyük ehtimalla, erməni faşistləri onların daxili orqanlarını, müxtəlif ölkələrin varlı şəxslərinə satır, pul əldə edirlər. Ermənilər Xocalı soyqırımında insan ağlına gəlməyən
əməllərə əl atıblar. Onlar öldürdükləri insanların cəsədlərini video çəkilişə alıb, həmin axşam bütün dünyaya yayıblar ki, bəs azərbaycanlılar bizi qırıblar. Bu alçaqlığın lap son həddidir. İndi bir düşünün, bu cür aalçaqlığı edən, bu qədər vəhşilikləri törədən, azərbaycanlılara qarşı soyqırımı hayata keçirən bir xalq ən böyük terrorçu xalq deyilmi? Təəssüflər olsun ki, bütün bunları görməli olanların gözləri sanki kor, qulaqları kardır. Bəs biz nəyi gözləyirik? İndyə kimi gözləməyimiz yetmədimi? Artıq tez bir zamanda alçaq, bulanlıq suda balıq tutan işğalçı xalqa «dur!» deməliyik və hər an müharibəyə hazır olmalıyıq!

Комментариев нет:

Отправить комментарий