Elnur Astanbəyli
“Hətta jurnalistlərin cinayətləri varsa və sübut olunubsa da, Qənimət Zahid də, Eynulla Fətullayev də kifayət qədər cəza çəkiblər. Onları mütləq azad etmək lazımdır”. “Azadlıq” keçmiş müsavatçı, indiki YAP-çı Vaqif Səmədoğlunun bu sözlərini günlər əvvəlcə ön səhifəyə çıxarmışdı, həm də “Vaqif Səmədoğludan gözlənilməz bəyanat” adı ilə. Bu, əlbəttə bir sadəlöhvlükdür. Son vaxtlar bəzi dostlarımız iqtidar ziyalılarının belə açıqlamalarının eyforiyasına tez-tez qapılmağa başlayıblar. Rüstəm İbrahimbəyovu iki-üç tənqidi cümləsinə görə qəhrəman edən bizim müxalifətçi liderlər və qəzetlər olmadımı? İbrahimbəyovun hakimiyyət haqqında yağlı-buğlu mədhiyyələrini bir anın içində unudub, az qalsın ki, ondan vicdan mücəssiməsini biz düzəltmədikmi? Bir dəfə Zəlimxan Yaqub da demişdi ki, jurnalistlərin həbs olunmasını istəmir. Hə, nə olsun? Bəyəm bu, onun Şərə xidmətinə bəraət qazandırırmı? Yaxud Sirus Təbrizli. Bir çoxları adamın mücərrəd, təyinatsız tənqidlərinə bənddir, o saat sarılırlar qələminə. Türklər demiş, “öyüb, öyüb bitiremiyorlar adamı”. İnqilabçı, qiyamçı obrazının biri bir qəpik. Bircə o qalır ki, gedib cənab Təbrizlinin qarşısında baş əyək, əlini öpək. İndi də Vaqif Səmədoğlu…
Biri anlatsın mənə: adam Qənimətin, Eynullanın günahsızlığını etiraf etmirsə, bunu söyləmək cəsarətində bulunmursa, sadəcə, cəzalarının xeyli hissəsini çəkdiklərini söyləyib, azadlığa buraxılmalarını istəyirsə, indi neyləyək, həlledici situasiyada əqidəsini mandata dəyişməsini ona bağışlayaqmı? “Mənə bitərəf deputat deyənlər yanılırlar, mən hörmətli cənab prezidentin tərəfindəyəm” sözlərini unudaq getsinmi? Bəlkə ayağına isti su da qoyaq? Bəlkə bizi araq, siqaret dalınca da göndərsin, uça-uça gedək? “Mən özümü Əfv Komissiyasında çarəsiz hiss edirəm” deyir Səmədoğlu, o anda da sıralarımızdan kimlərsə durub, “yaşasın!”, “eşq olsun” bağırmağa başlayır. Amma heç kim “nə problem var, belə çarəsizsənsə, çıx o komissiyadan” demir. “Saya salınmadığın, hesaba alınmadığın yerdə nə işin var?” söyləmir.
Oysa, mən belə qeyri-səmimi, boğazdan yuxarı “cəsarət nümayişləri”ni çox xatırlayıram. Məsələn, bir dəfə Əkrəm Əylisli parlamentdəki susqunluğuna irad bildiriləndə orada boğulduğunu, özünü havasızlıqda hiss etdiyini demişdi. Demişdi və həmən də sadəlöhv müxalifətçi dostlarımızın gözbəbəyi olmuşdu. Qəhrəman olmuşdu. Vicdan abidəsi olmuşdu. Onda da kimsə durub “səni orada zorla tutub saxlayanmı var, boğulursan, at mandatı, get oradan” deməmişdi. Bax biz həmişə belə eləyirik ki, biriləri durub ziyalı və vətəndaş mövqeyini, əqidəsini rahatca alver predmetinə çevirə bilirlər. Nə də olmasa, günlərin birində yumşacıq bir tənqidlə, saxta bir etirafla bağışlanacaqlarına, xəyanətlərini unutduracaqlarına inanırlar. Yenə də xalqın göz bəbəyinə çevriləcəklərinə inanırlar. Yenə də öpülüb göz üstə qoyulacaqlarına inanırlar.
Artıq bu zərərli vərdişin sonu gəlməlidir. İctimai maraqları şəxsi mənfəətə qurban verənlərə heç bir halda aman olmamalıdır. Əks halda bir də gözümüzü açıb, meydanda kimsənin qalmadığını görəcəyik. Hətta ən güvəndiyimiz insanın belə bir gün “əşşi, nə olacaq ki” bir-iki il keçər, durub “rüşvətxorluqla heç bir inkişafa nail olmaq mümkün deyil” canrında üç-dörd cümlə qırıldadaram, hər şey unudulub-gedər” düşüncəsi ilə sırtını çevirib getdiyini görəcəyik. Bax o zaman bugünki yanlışımızın nə qədər böyük, nə qədər dəhşətli olduğunu anlayacağıq. Anlayacağıq, amma gec olacaq.
Amma mən bundan sonra heç nə gec olmasın istəyirəm, heç nə…

Комментариев нет:
Отправить комментарий