17.04.2011

SİONİZMİN MAHİYYƏTİ

 İbrahim Sel                     Professional Oxucu Liqası

 I hissə: Fələstin xalqı ən dəhşətli təqiblərə və genosid siyasətinə məruz qalmış, tamamilə hüquqsuz xalq səviyyəsinə salınmışdır
                            
 İnsanlar zorla qovulmuş, əmlakından və hər cür yaşayış vəsaitindən məhrum olmuş, haqqı, insanlıq ləyaqəti tapdanmış, yüz minlərlə qaçqın ac-yalavac, dilənçı kökündə yad ölkələrə səpələnmişdir  
                 
 Dünya miqyasında baş verən qlobal siyasi proseslərin düzgün təhlilini vermək, həmin proseslərin arxasında duran qüvvələri və onların niyyət və məqsədini müəyyən etmədən mümkün deyildir. Bütün baş verən siyasi hadisələr, dünyanın harasında baş verməsindən asılı olmayaraq, bir-birilə sıx və üzvü surətdə bağlıdır və vahid mərkəzdən idarə olunur. Həmin hadisələri yaradan səbəblərə və onların doğurduğu mənfi nəticələrin aradan qaldırılmasına məhəlli və regional bir şəkildə yanaşmaq bizim reallığı qətiyyən əks etdirməyən yalnış təhlillər aparmağımıza səbəb olar. Ona görə də bizə, ilk növbədə, əlimizdə olan məlumatlardan istifadə edərək, dünya siyasətinin aparıcı istiqamətlərini müəyyənləşdirmək zəruridir. Burada vurğulanması vacib olan məqam ondan ibarətdir ki, dünya siyasətinin ümumi sxemi və tələbləri prinsipial olaraq, aparıcı dövlətlərin tərəfindən ortaya qoyulur. Həmin dövlətlərin isə ideoloji cərəyanların və qlobal siyasi qüvvələrin təsiri altında qalması təkzib edilməzdir. Biz məhz belə kontekstdən yanaşaraq “Sionizim” mövzusuna toxunacaq və onun həm imperiya dövlətlərinə təsir etməsi, həm də “Fələstin münaqişəsi”nin səbəbkarı və iştirakçısı olması haqqında danışacağıq.
 Sionizim bir ideya-siyasi cərəyan kimi XIX əsrin sonlarında meydana gəlmiş və tamamilə mürtəce və dağıdıcı xarakter daşıyır. Məlumdur ki, siyasi sionizm öz əsas ideyasını orta əsrlərdə geniş yayılmış dini sionizmdən götürmüşdür. Bu ideyanın məzmunu isə iudaizmin müqəddəs kitabı “Bibliya” rəvayətləri əsasında yaranmış nəzəriyyədən- bütün Yer kürəsinə yayılmış yəhudilərin Qüdsdə Sion dağlarına, yəni “ulu əcdadlarının torpağına” qayıtmasının labüdlüyündən ibarətdir.
 Bütün sionist təbliğatçıları sübut etməyə çalışmış və yenə də çalışırlar ki, yəhudilərin vətəni Livan dağları ilə İordan çayı, Sina səhrası ilə Aralıq dənizi arasında yerləşən Fələstin ölkəsidir. Ancaq “Fələstin” sözü sionistlərin ürəyincə deyil. Çünkü elə bu sözün özü yəhudilərin həmin ölkəyə olan “təbii və tarixi hüquqları” haqqindakı tezisi rədd etmək üçün ən yaxşı dəlildir. Yəhudilər yaxşı bilirlər ki, vaxtilə burada filistin tayfaları (ölkənin adı onlarla bağlıdır) yaşamışlar və Fələstinə olan tarixi mənsubiyyət də onlara məxsusdur. Ona görə də sionistlər ölkənin adını dəyişdirib, “Fələstin” sözünü “Erest İsrail”– İsrail ölkəsi, torpağı, başqa sözlə,“ yəhudi xalqının vətəni” adlandırmışlar. İsrail dövlətinin 1948-ci il mayın 14-də qəbul olunmuş “İstiqlaliyyət bəyannaməsi”ndə elə bu cür qeydlər aparılmışdır. “İsrail ölkəsi yəhudi xalqının yarandığı yer olmuşdur”. Fikir verin: “İsrail ölkəsi”.
 Yəhudilərin Fələstin ərazisində məskunlaşmasından çox-çox əvvəl, yəni təqribən e.ə. IV-II minillikdən, hətta daha uzaqlara gedən dövrlərdən orada arami, xanain, amori və öz dövlətləri olan başqa böyük tayfalar yaşamışlar. Fələstin 637-640-cı illərdə xəlifə Ömər ibni Xəttabın qoşunları tərəfindən zəbt olunmuş, uzun sürən assimilyasiya prosesi nəticəsində buradakı tayfalar- əsasən arameylər, ərəblərə qaynayıb-qarışmış, ərəb dilini tamamilə mənimsəmiş və İslam dinini qəbul etmişlər.
 Qeyd edək ki, hələ İslamdan xeyli əvvəl Fələstində və Suriyada həmin tayfalara mənsub olan bəzi qəbilələr xiristian dinini qəbul etmişdi. Ərəb ilhaqından sonra həmin qəbilələr İslam dinini qəbul etməmiş, lakin onlarda demək olar ki, tamamilə ərəbləşmə prosesləri getmiş və hazırda Livanda, Suriyada və Fələstində yaşayan xristian ərəblər onların nəslindəndir.
 Beləliklə, VII-VIII əsrlərdə həmin tayfaların assimilyasiyasından yaranan yeni etnik birlik- Fələstin ərəb xalqı ərəb dünyasının ayrılmaz hissəsinə çevrilmiş və lap erkən tarixi mənsubiyyət hüquqları da birmənalı şəkildə onlara məxsusdur. Lakin siyasi sionizmin yaranması və onun tətbiqat mərhələsinə keçməsi ilə Fələstin ərəb xalqı ən dəhşətli təqiblərə və genosid siyasətinə məruz qalmış, tam hüquqlu olmalarına baxmayaraq, tamamilə hüquqsuz xalq səviyyəsinə salınmışdır.
 Siyasi sionizmin mənəvi atası və siyasi rəhbəri Avstriya jurnalisti Teodor Hertsl hesab olunur. O, 1896-cı ildə buraxılmış “Yəhudilərin dövləti” adlı kitabçanın müəllifidir. Ancaq sionizmin ideoloji prinsipləri və tələbələri daha əvvəl meydana gəlmişdir. Hertsldən üç il əvvəl Naton Bimbaum adlı birinin, ondan daha əvvəl isə Mezes Qess (1812-1875) adlı başqasının bu məsələyə dair, yəni Fələstində yəhudi dövlətinin yaranması ilə yəhudi məsələsini həll etmək haqqında kitabçaları çıxmışdır. Lakin sionizmin ideoloji və siyasi əsaslarını sistemləşdirdiyi və onun təşkilatçısı olduğu üçün Teodor Hertsl sionizmin banisi kimi qəbul olunur. T.Hertsl bildirirdi ki, yəhudi məsələsinin ərazi siyasi baxımdan həllinin yeganə yolu dünyanın müxtəlif ölkələrinə səpələnmiş yəhudiləri “öz əraziləri”ndə cəmləşdirmək və orada müstəqil dövlət yaratmaqdır. Elə 1897-ci ildə Bazeldə çağırılmış Ümumdünya Sionist Təşkilatı (ÜST) I Konqresinin qəbul etdiyi proqramda da deyilirdi ki, sionizmin məqsədi “Fələstində yəhudi xalqının milli ocağı”nı yaratmaqdır. Sionist ekstremistlər, sonralar daha irəli gedərək bunu “Nildən Fərata qədər böyük İsrail dövləti” yaratmaq şəklində dəyişdirdilər.
 Qeyd etmək lazımdır ki, ilk vaxtlar T.Hertslin siyasi proqramı yəhudi burjuaziyasının müxtəlif qrupları tərəfindən eyni şəkildə qarşılanmadı. Bu onunla bağlı idi ki, həmin dövrdə imperialist dövlətlərin sinfinin ayrılmaz hissəsinə çevrilmiş yəhudi mənşəli iri kapitalistlərin əsas məqsədi hələ İngiltərə, Almaniya, Fransa, ABŞ və s. kimi ölkələrin iqtisadi və siyasi həyatında öz mövqelərini möhkəmlətmək idi. Fələstində yəhudi dövləti yaratmaq ideyası, hətta burjuamillətçi mövqeydən çıxış edən yəhudi kapitalistləri tərəfindən də şübhə ilə qarşılandı.
Ancaq “Balfur bəyannaməsi”nin elan edilməsi ilə, imperialist dövlətlər tərəfindən sionistlərin Fələstinə tələbləri təsdiq edildikdən sonra T.Hertslin ideyalarını iri yəhudi burjuaziyası müdafiə etməyə və həyata keçirməyə başladı. Məlum olduğu kimi, 1917-ci il noyabrın 2-də elan edilmiş və o dövrdə İngiltərənin xarici işlər naziri Balfurun adı ilə bağlı olan həmin bəyannamədə bildirilir ki, İngiltərə Fələstində milli yəhudi ocağı yaradılmasına razıdır, həm də bu zaman elə etməyə çalışacaqdır ki, Fələstindəki qeyri-yəhudi icmaların dini və mülki hüquqlarına heç bir xətər dəyməsin. Bununla da İngiltərə höküməti “Fələstində yəhudi xalqının milli ocağı”nın yaradılmasına kömək etməyi rəsmi surətdə öz üzərinə götürdü. Az sonra ABŞ prezidenti Vilson öz hökümətinin “Balfur bəyannaməsi”ni tamamilə bəyəndiyini bildirdi.
 1920-ci ildə İngiltərə ABŞ-ın köməyi ilə Millətlər Cəmiyyətindən Fələstin üzərində mandat hüququ aldı və yəhudilərin kütləvi köçürülməsi qəbul olundu. Lakin həm Fələstində əhalinin yaşayış səviyyəsi və iqtisadiyyat, Avropa, Amerika və hətta Asiyadakı yəhudilərin yaxşı yaşaması, həm də artıq yaşadıqları yerləri öz vətənləri kimi görmələri onların Fələstinə kütləvi köçməsini məhdudlaşdırdı. Bu isə sionist rəhbərlərini narahat edən çox ciddi məsələ idi. Çünki əgər Fələstin ərazisində yəhudilər çoxluq təşkil etməsəydi, orda “yəhudi dövləti”nin yaradılması da mümkün olmayacaqdı. Yəhudilərin Fələstinə kütləvi köçməsini reallaşdırmaq məqsədilə II Dünya Müharibəsində sionizmin rəhbərlərindən Katsner ilə cəllad Adolf Eyxman arasında əldə edilmiş gizli saziş nəticəsində Macarıstandan bir qrup sionist rəhbər ailəvi surətdə çıxıb gedə bilmiş, lakin bunun müqabilində 450 min yerli yəhudinin məhv edilməsinə razılıq verilmişdi. Sionizm rəbərləri “yəhudi dövləti” yaratmaq naminə yüz minlərlə yəhudini qurban verməyə və imperializmin ən mənfur qüvvələri ilə əmakdaşlıq etməyə hazır idilər.
 Lakin bütün bunlara baxmayaraq, 1920-1947-ci illər ərzində Fələstinə köçüb gələn yəhudilərin ümumi sayı 600 min nəfərdən çox deyildi. Eyni zamanda Fələstin ərəbləri sayca yəhudilərdən ikiqat çox idilər. Belə bir məqamda sionist rəhbərləri “yəhudi dövləti”ni qurmaqla Fələstin ərəblərinə qarşı genosid siyasətini həyata keçirməyə və öz mövqelərini tamamilə möhkəmlətməyə tələsirdilər.
 II Dünya Müharibəsi dövründə- 1942-ci il mayın 11-də Bitmar proqramı qəbul olundu. Bu proqram yəhudi dövləti yaratmaq, yəhudilərin Fələstinə imiqrasiyasına hədd qoymamaq, yerli yəhudilər olan işuva ordusu yaratmaq tələblərini irəli sürürdi. Beynəlxalq sionist təşkilatının nümayəndələri isə kapitalist dövlətləri ilə danışıqlar aparır, yeni ağaları- ABŞ imperializmi köməyi ilə vəziyyətlərini qüvvətləndirməyə çalışırdılar. II Dünya Müharibəsi dövründə sionistlər ABŞ-da o dərəcədə qüvvətlənə bildilər ki, müharibə qurtaran kimi Fələstinin statusu məsələsinin həllini tələb etdilər. Həm də bir şərtlə- Fələstin, yəhudi dövlətinə çevrilməlidir!
 Sözsüz ki, bu şərt nə Fələstin ərəblərini, nə də qonşu ərəb ölkələrini razı sala bilməzdi. Ərəblər Fələstində ancaq ərəb dövlətini yaratmağı tələb edirdilər. Vəziyyət kəskinləşdi və Fələstin məsələsi Birləşmiş Millətlət Təşkilatının müzakirəsinə verildi. 1947-ci ilin noyabrın 29-da BMT Baş Məclisi Fələstində iki müstəqil dövlət- ərəb və yəhudi dövlətləri yaratmaq haqında 181 nömrəli qərar qəbul etdi. İngiltərənin mandat müddəti 1948-ci ildə avqustun 1-də qurtardığından həmin günə qədər ingilis qoşunları Fələstindən çıxarılmalı idi. Fələstin ərazisində hər iki dövlətin yaranması isə həmin il oktyabrın birinə kimi rəsmən elan olunmalı idi.
 İngiltərə höküməti isə bir qədər də “irəli” getdi və 1948-ci il mayın 11-də bildirdi ki, mandatlıq mayın 15-dən etibarən qüvvədən düşəcəkdir. Mayın 14-dən 15-nə keçən gecə isə “Yəhudi Agentliyi”nin yaxından iştirakı ilə Fələstindəki Yəhudi Milli Şurası “İstiqlaliyyət bəyannaməsi”ni elan etdi və İsrail yəhudi dövlətinin yaradıldığını bildirdi. Təbiidir ki, bu cür siyasi çeviklik Fələstindəki sionist mərkəzlərinin uzunmüddətli, düşünülmüş və planlı fəaliyyətinin, onların bu işə, məhz həmin günə hərtərəfli hazırlığının nəticəsi idi.
 Beləliklə, Yaxın Şərqdə BMT-nin “xeyr-dua”sı, imperiya dövlətlərinin, xüsusilə ABŞ və İngiltərənin dəstəyi ilə yeni münaqişə ocağı yarandı. Bu da 1948, 1956, 1967 və 1973-cü illər müharibələri nəticəsində zorla qovulmş, əmlakından və hər cür yaşayış vəsaitindən məhrum olmuş, haqqı, insanlıq ləyaqəti tapdanmış, ac-yalavac, dilənçı kökündə yad ölkələrə səpələnmiş yüz minlərlə qaçqının insanı dəhşətə gətirən miskin həyat yaşamasına, sionizmi rəsmi dövlət səviyyəsinə qaldıran İsrailin Fələstindən kənarda, Misirin, Suriyanın və İordaniyanın xeyli torpaqlarını işğal etməsinə səbəb oldu.
 İsrail dövlətinin yarandığı ilk gündən sionist liderləri işğalçılıq siyasəti yeritmiş, “bütün dünyanın yəhudilərinin buraya cəmlənməsini” əsas məqsəd elan etmiş, İsraili yəhudilərdən ibarət çox milyonlu əhaliyə və müvafiq sərhədlərə malik dövlət kimi görmək istəmişlər. Mövcud sərhədlər sionist liderləri heç vaxt təmin etmirdi. İsrailin ilk baş naziri D.Ben-Qurion deyirdi: “Dövlət İsrail torpaqlarının yalnız bir hissəsində yaranmışdır”. İsrailin digər baş naziri Minahim Begin isə həyasızcasına belə dyirdi: “İsrail dövləti yaranmışdır, ancaq biz unutmamalıyıq ki, ölkəmiz hələ tam azad olmamışdır. Mübarizə davam edir və siz görəcəksiniz ki, məhz yəhudi silahı yəhudi dövlətinin sərhədlərini müəyyənləşdirəcəkdir… Allahın bizə verdiyi ölkə vahiddir. Onu parçalamaq cəhdləri nəinki cinayətdir, həm də küfrdür… Kim bizim bütün vətənə olan hüququmuzu tanımırsa, o bizim vətənin hər hansı parçasına olan hüququmuzu da tanımır. Biz heç zaman öz təbii hüququmuzdan imtina etməyəcəyik.”
 Təbiidir ki, “Nildən Fərata qədər böyük İsrail dövləti” xülyasında qaynaqlanan bu doktrina açıq təcavüzkarlıq xarakteri daşıyır və İsrailin rəsmi mövqeyini əks etdirir. Bu, həm də BMT-nin Fələstində iki dövlət yaratmaq haqqındakı qətnaməsinə daban-dabana ziddir.
II hissə: ABŞ-da ümummilli nəşrlərinin 70 faizi, bütün televiziya proqramlarının 80 faizi, o cümlədən Si-bi-es, Ey-bi-si və En-bi-si telekorporasiyaları yəhudilərin nəzarəti altındadır                 
Sionizmin tənqidinə və ifşasına, yaxud Yaxın Şərq haqqında həqiqətə həsr edilmiş kitabların bütün tirajı sionist təşkilatı tərəfindən alınır və məhv edilir.

II hissə: ABŞ-da ümummilli nəşrlərinin 70 faizi, bütün televiziya proqramlarının 80 faizi, o cümlədən Si-bi-es, Ey-bi-si və En-bi-si teleradiokorporasiyaları yəhudilərin nəzarəti altındadır
                                
Sionizmin tənqidinə və ifşasına, yaxud Yaxın Şərq haqqında həqiqətə həsr edilmiş kitabların bütün tirajı sionist təşkilatı tərəfindən alınır və məhv edilir
             
 Siyasi sionizm yarandığı dövrdən imperializmlə əlbir olmuş, ona arxalanmış, həmçinin imperialist dövlətlər də regionun strateji üstünlüklərini ələ keçirmək, ərəb-müsəlman neftinə sahibkarlıq etmək, müsəlman dövlətlərinin vahid cəbhəsinin yaranmasına mane olmaq üçün sionizmdən, onun “böyük İsrail dövləti” doktrinasından istifadə etmişdir. Belə ki, sionizm siyasi bir cərəyan kimi T.Hertsl başda olmaqla alman imperializmi ilə əməkdaşlıq edən liderlər tərəfindən yaransa da, “Balfur bəyannəməsi”nin elan edilməsindən sonra yeni ağa– ingilis imperializmi ilə beynəlxalq sionizmin ittifaqı bərqərar olmuşdur. Beləliklə də I Dünya Müharibəsinə qədər ÜST-də hökmranlıq edən almanpərəst sionistlərin nüfuzu xeyli zəifləmiş və bunun əksinə, yəhudi mənşəli ingilis burjuaziyasının mənafeyini güdən və İngiltərəyə meyl göstərən sionist liderlər həlledici mövqeyə yiyələnmiş, təşkilatın rəhbər orqanlarında əsas vəzifələri ələ keçirmişlər. Eyni zamanda Amerika Birləşmiş Ştatları da yeni sionist mərkəzlərindən birinə çevrilirdi. Qüvvətlənən Fələstin sionistləri X.Veysman başda olmaqla, İngiltərəyə meyl göstərən liderləri sıxışdırmağa cəhd göstərir və bu zəmində ABŞ-la, ordakı sionist qüvvələri ilə əməkdaşlığı gücləndirirdilər. Beləliklə, Fələstin və ABŞ sionistlərinin dərin ittifaqı yaranırdı. Heç də təsadüfü deyildi ki, II Dünya Müharibəsi dövründə beynəlxalq sionizmin mərkəzi ABŞ-a köçürmüşdür. Qeyd edək ki, beynəlxalq sionizmin mərkəzinin ABŞ-a köçürülməsi xüsusunda sionist liderləri arasında fikir ayrılığı olmasına baxmayaraq, Birləşmiş Ştatların müharibə ərəfəsində öz mövqelərini gücləndirməsi, onun beynəlxalq nüfuzunun artması onları da bu işə sövq etdi. Fələstin sionistlərinin lideri və İsrailin ilk baş naziri olmuş D.Ben Qurion sonralar bu haqda belə yazırdı: “Mən inanırdım ki, Fələstindən kənarda bizim başlıca fəaliyyət meydanımız İngiltərə yox, ABŞ olmalıdır. Çünki işuvadan (yerli yəhudi icması) sonra bizim sərəncamımızda Amerika yəhudi icması və ordakı sionist hərəkatı qədər başqa kəsərli silahımız yoxdur”.
 Bütün bunlar onu göstərir ki, beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsində sionizm öz çirkin məqsədlərini əsasən imperialist dövlətləri vasitəsilə həyata keçirir. Sionizm təcrübəsi sübut edir ki, bu qorxulu cərəyan öz fəaliyyətini bir ölkənin, hətta bir regionun hüdudlarıyla məhdudlaşdırmır, o geniş beynəlxalq aləmdə, ümumdünya miqyasında əl-qol açmaqla səy göstərir. Bu, birinci növbədə onun imperializmin tərkib hissəsi olması ilə izah edilməlidir.
II Dünya Müharibəsinin axırlarında dünyada iri yəhudi kapitalistlərinin həm sayca, həm də iqtisadi qüdrətcə ən mühüm dəstəsinin ABŞ-da mərkəzləşməsi şəraitində sionizm tamam ABŞ-ın himayəsinə keçdi. Bununla əlaqədar olaraq demokratlar və respublikaçılar partiyalarının qurultayları (1944-cü il) sionistlərin “yəhudi dövləti” yaratmaq tələblərini müdafiə etdi. Bunun ardınca ABŞ konqresinin hər iki palatası buna uyğun qətnamələr qəbul etdi və sionist lobbilərlə prezident Trumen höküməti arasında yaxın əlaqə yarandı. Gələcək yəhudi dövlətinin ABŞ-a canla-başla xidmət edəcəyini vəd edən sionistlər 1947-1948-ci illərdə BMT-də Fələstin məsələsinin müzakirəsi dövründə xüsusi fəallıq göstərdilər. Bir cəhəti qeyd edək ki, məhz həmin dövrdən etibarən bu partiyalar bir-birini tənqid edərkən və ya həyata keçirdikləri işləri seçicilər qarşısında nümayiş etdirərkən yəhudilər barəsində, İsrail barəsində gördükləri tədbirləri xüsusi olaraq nəzərə çatdırırdılar. Bu da təsadüfi deyildir. Belə ki, ABŞ-da resbublikaçılar partiyasının bütün seçkiqabağı fondlarının təqribən 40 faizini və demokratlar partiası fondlarının təqribən 60 faizini sionistlərin kapitalı təşkil edir. Təbiidir ki, qeyd olunmuş faiz hansı partiyanın “İsrail və sionizm uğrunda” daha çox cəhd etməsi nisbətində dəyişir və məhz buna görə bu partiyalar seçkiqabağı təbliğat-təşviqat zamanı həmin istiqamətə bir növ yarışa girişirlər. Ümumiyyətlə, II Dünya Müharibəsi dövründən bu günə qədər senatorların və konqresmenlərin böyük əksəriyyəti (demokratlar, respublikaçılar, liberallar və mühafizəkarlar) İsrailpərəst məzmunlu bütün qətnamələri qətiyyətlə müdafiə edir və uzun müddətdir ki, konqresdə bir növ İsrailpərəst koalisiya fəaliyyət göstərir.
 Sionizm ABŞ-ın siyasi həyatını demək olar ki, tamamilə əlinə keçirdiyi üçün İsrailə axan kulli miqdarda vəsaitin xeyli hissəsi, hərbi yardım, kredit və s. şəklində ABŞ höküməti tərəfindən verilir. Vəsaitin çox hissəsi hərbi xərclərə, ilk növbədə silah alınmasına sərf olunur. ABŞ İsrailin təcavüzkarlıq siyasətini həyata keçirməsinə yalnız silah verməklə kömək etmir, eyni zamanda onun özünün hərbi sənayesinin yaratmasına yardım göstərir.
 Burada diqqəti olduqca xarakterik bir cəhətə yönəltmək istərdik: İsrail dövləti yaranandan sonra inhisarçı yəhudi burjuaziyasının kapitalist aləminin iqtisadiyyatında öz nüfuzunu möhkəmlətmək uğrunda mübarizəsində sionizm getdikcə daha böyük rol oynamağa başlamışdır. Bu da təsadüfi deyildir. Çünki sionistlərin fəaliyyəti təkcə yəhudilərin yox, ümumiyyətlə beynəlxalq inhisarçı burjuaziyanın mənafeyinə xidmət edir. Məhz sionizm İsrail beynəlxalq inhisarçı burjuaziyasına Yaxın Şərqin, Asiyanın və Afrikanın təbii və maddi ehtiyatlarını istismar etmək, öz gəlirlərini böyütmək üçün kapital ixracını artırmasına imkan yaradır. Buna görə də sionizm və “yəhudi məsələsi” adlandırılan məsələ yəhudi burjuaziyası üçün təkcə böyük gəlir mənbəyi və beynəlxalq maliyə-sənaye inhisarlarının yeni müstəmləkəçilik siyasətini pərdələmək üçün lazım deyildir; bu, həm də yəhudi burjuaziyasının müxtəlif nümayəndələrinin öz aralarında, eləcə də qeyri-yəhudi mənşəli inhisarçı burjuaziyanın qruplaşmaları ilə yekdilliyə gəlməsi və birləşməsi üsuludur. Bunu biz əyani şəkildə 1967-ci ildən bəri müntəzəm olaraq Qüdsdə keçirilən, əsasən yəhudi mənşəli iri maliyyəçilərinin və sənayeçilərin beynəlxalq iqtisadi konfranslarının timsalında görürük. Qərbdə “milyonerlər konfransı” adlandırılan Qüds toplanışlarında Avropa, Amerika, Asiya və Afrikanın müxtəlif ölkələrindən təqribən 400-500 nəfər yəhudi milyoneri iştirak edir. Bunların da yarısına qədəri amerikanyəhudi burjuaziyasının nümayəndələrindən ibarətdir. Konfransda həlledici söz də məhz onlara məxsuzdur. Qüds konfranslarının əsas məqsədi İsrailə yardım etməkdir. Bunun üçün “milyonerlər konfransı”nın daimi aparatı yaradılmışdır. Aparatın mərkəzi əlaqələndirmə orqanı İsrail baş nazirinin yanında yaradılmış Kapital Qoyuluşu və İnkişaf Şurası, yaxud konfransların İcraiyyə Komitəsidir. Buraya ABŞ, Kanada, Qərbi Avropa, İngiltərə, CAR, Latın Amerikası, Cənubi və Cənubi Şərqi Asiya və Avstraliyanı təmsil edən səkkiz məhəlli şuranın nümayəndələri daxildirlər.
 Şuranın nəzdində on beş komitə vardır ki, onlar da İsrailin müxtəlif nazirlikləri ilə əlaqə zəminində müxtəlif sahələr üzrə kapital qoyuluşunu tənzim edirlər. Beləliklə, görürük ki, Qüds konfransları sionizmin daimi fəaliyyət göstərən beynəlxalq korporasiyasıdır; o, ABŞ, İsrail və digər kapitalist ölkələrdəki yəhudi bujuaziyasının yüksək dairələrinin təcavüzkarlıq planlarını həyata keçirməyə xidmət edir.
 Sionizmin təcavüzkarlıq planlarının maliyyələşdirilməsində digər beynəlxalq və milli sionist təşkilatları da yaxından iştirak edirlər. Həmin təşkilatlar İsrail dövləti yaranandan bəri ona milyardlarla ABŞ dolları məbləğində yardım göstərmişlər. Amerika sionistləri bu sahədə də xüsusilə fərqlənmişlər. Belə ki, sionist təşkilatlarının İsrailə etdiyi maliyyə yardımının 80 faizi onların payına düşür. Çünki dünyanın ən güclü yəhudi icması və sionis təşkilatları ABŞ-da yerləşir. Amerika sionist təşkilatları içərisində ən irisi “Birləşmiş yəhudi çağırışı” təşkilatıdır. ABŞ-dan İsrailə göndərilən sionist yardımının 75 faizi bu təşkilatın payına düşür. Bu təşkilatdan başqa ABŞ-da “Yəhudi milli fondu”, “İsrail təhsil fondu”, “Amerika-İsrail mədəniyyət fondu”, “Ezra Tora fondu”, “Veysman institutunun Amerika komitəsi” və s. fond və təşkilatları da qeyd etmək olar.
 Sionistlər təkcə siyasi və iqtisadi cəhətdən deyil, həm də ABŞ-ın yazılı və elektron media orqanlarına çox böyük təsir və müdaxilə imkanları baxımından hakim mövqedədir. Məhz buna görə çox zaman “informasiya müharibəsi”ndə öz məqsədlərinə nail olurlar. Sionist təşkilatlar ABŞ-da çox böyük tirajla 420 jurnal və bulleten, “New York Times” qazeti başda olmaqla 100-dən çox qəzet nəşr edirlər. Ən çox tirajla çıxan jurnalların sırasına “Xadassa”, “Amerika zayonist”, “Cuşi press”, “Neşil Cuşi maisli” jurnalları daxildir. Yəhudi tələbələri 60-dan çox jurnal və qəzet buraxırlar. Bununla yanaşı sionist təşkilatları ABŞ mətbuatının və ABŞ televiziya proqramlarının xeyli hissəsinə nəzarət edirlər.
 ABŞ-ın ümummilli mətbuat nəşrlərinin 70 faizi, bütün televiziya proqramlarının 80 faizi sionistlərin nəzarəti altındadır. ABŞ-da nəş edilən jurnalların təqribən 50 faizinə, bütün radiostansiyalarının 50 faizinə, ABŞ-ın xaricdəki mətbuat müxbir məntəqələrinin 75 faizinə sionistlər nəzarət edirlər. ABŞ-ın başlıca teleradiokorporasiyaları olan Si-bi-es, Ey-bi-si və En-bi-si sionist dairələrinin təsiri altındadır.
Kütləvi informasiya vasitələri üzərində nəzarəti gücləndirən sionistlər ABŞ-da ictimai rəyə istədikləri istiqaməti verməyə çalışırlar. Hətta sionizmin tənqidinə və ifşasına, yaxud Yaxın Şərq haqqında həqiqətə həsr edilmiş kitabların bütün tirajı sionist təşkilatı tərəfindən alınır və məhv edilir.
 İctimai rəyin formalaşmasına mühüm vasitə olan kino sənayesi, estrada, klublar, teatrlar və s. başlıca olaraq sionistlərin təsiri altındadır.
 Amerikada və dünyada mətbuatdan daha təsirli bir təbliğat vasitəsi olan Hollivud kino sənayesi sionizmin nəzarəti altındadır. 1913-cü ildən yaranmağa başlayan Hollivudun ilk rəhbəri Cessi Laski, Cesil b. de Mil və Samuel Qoldvinin yəhudi-sionist olmasına heç bir şübhə yoxdur. Hollivud filimlərindən bir çoxu öncə, Amerikadakı və dünyadakı antisemitizmə (yəhudi əleyhdarlığı) qarşı sionizmə müvafiq olaraq əks təbliğat apardı, sonra da açıq-aşkar “İsrail” propoqandasını həyata keçirməyə kurs götürdü.
 “Amerikanın səsi” radiostansiyası məlum olduğu kimi, ABŞ hökümətinə məxsusdur və Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) ilə çox sıx əlaqədə fəaliyət göstərir. Müxtəlif dillərdə ABŞ-ın imperialist maraqlarının təbliğatında xüsusi rol oynayan bu kəşfiyyat idarəsində də sionistlər kök salmış və burada öz mövqeylərini ildən-ilə möhkəmləndirirlər.
 Dünya ağalığı iddiası ilə çıxış edən, xalqların jandarmı rolunu oynayan ABŞ-ın sionizmin başlıca dayağı rolunu oynaması təsadüfi deyildir. Bu ölkədə sionizmin iqtisadi, təşkilat və sair mövqeləri və imkanları hazırda yəhudi burjuaziyasının, ABŞ-ın hakim dairələrinin İran, Suriya və Şimali Koreya kimi “itaətetməyən” müstəqil siyasət yürüdən dövlətlərə, xüsusilə İsrailə təhlükə yarada biləcək rejimlərə qarşı daha kəskin və daha azğın siyasət xətti tətbiq etməklə böyük rol oynayır. Əslində ABŞ-da dərin kök atmış sionizm bu ölkənin daxili və xarici siyasət xəttinin formalaşmasına və onun istiqamətinə ciddi təsir göstərmək imkanına malikdir.
 ABŞ hökümətinin imperialist siyasəti, ABŞ-dakı sionistlərin azğın fəaliyyəti dünyada gərginliyin zəiflədilməsinə, sülhə, tərksilaha, xalqların əmin-amanlığına qarşı çevrilmiş çox təhlükəli istiqamət almışdır.
 İmperializmə xidmət edən, imperializmə və iri beynəlxalq kapitala arxalanan sionizm bu gün imperializmin qlobal planlarında başlıca hüquqi vasitələrdən birinə çevrilmişdir.

Комментариев нет:

Отправить комментарий