29.04.2011

MONARXİYA DAVAM EDƏCƏKMİ?

İngiltərədə kral ailəsi, xalqın gözündəki etibarını kraliça II Yelizavetanın nəvəsi və Diananın oğlu Şahzadə Villiamın Kate Middletonla evliliyi ilə artırmaq ümidindədi


FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərədə 827-ci ildən bəri 65 kral və ya kraliça taxta oturub. Onlar arasında taxta ən çox sahiblik edən kraliça II Yelizaveta olub. Yelizaveta 59 ildir ki, simvolik olaraq ölkəni idarə edir.

Ancaq son zamanlar ölkədə ingilislər monarxiya rejiminin ölkə əhalisinə xeyiri olub-olmamağını müzakirə edirlər.  Xalqın şahzadəsi olaraq xatırlanan Diananın dəhşətli ölümü, kral ailəsinin imicinə zərbə vurmuşdu.
 
İngiltərədə taxtın ikinci varisi Şahzadə Villiamın evlilik xəbəri ictimaiyyətdə böyük bir həyəcan yaradıb. İngilislər aylardır kral toyu ilə əlaqədar xəbərləri yaxından izləyir.
  
Şahzadə Villiam və Kate Middletonun ictimaiyyət və mətbuatı çox maraqlandırması kral üzvlərini məmnun edir. Taxtın ikinci varisi Villiamın məşhurluğu atası Şahzadə Çarlesi çoxdan geridə qoyub.
 
Qeyd edək ki, xalq arasında Şahzadə Villiamın atasından əvvəl taxta oturmasının heç bir işə yaramayacağını söyləyənlər də var. Bu qrup, kraliça II Yelizavetanın ölümünün monarxiyanın da sonunu gətirəcəyinə inanır.

Комментариев нет:

Отправить комментарий