25.04.2011

Tofiq Abdin haqqında


Kult yaradanlar

Abdinov Tofiq Məhərrəm oğlu 1941-ci il sentyabrın 1-də Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. İlk təhsil illəri həmin kənddə olmuş və soradan qonşu  kəndində orta məktəbi bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra bir müddət kənddə müxtəlif vəzifələrdə çalışmış, kitabxana müdiri olmuş və həmin illərdə ilk yazıları çap olunmağa başlamışdır. 1950-55-ci illərdə Respublika qəzetlərində çap olunan məqalələrinə görə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının Fəxri Fərmanına layiq görülmüşdür.
Bakıya gəldikdən sonra bir müddət sonra 1962-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (sonradan İncəsənət İnstitutu) teatrşünaslıq fakültəsinə daxil olmuş və  1968-ci ildə bitirmişdir.
1967-ci ildə Azərbaycan Sovet Ensiklopediyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1968-ci ildə «Qobustan» incəsənt toplusunda Teatr, Kino, Musiqi şöbəsinə müdir vəzifəsinə təyin olmuşdur.
1969-cu ildə Böyük Vətən Müharibəsində itkin düşmüş sənət adamları haqqında ilk sənədli  «ETÜD» oçerklər kitabı çap olunmuşdur. 1984-cü ildə sənət adamlarımızın həyat və yaradıcılığından bəhs edən «BƏLKƏ BİR DƏ GÖRÜŞDÜK» adlı oçerklər toplusu çap olunmuş, 1986-ci ildə görkəmli Xalq artisti Bəşir
Səfəroğlu haqqında SƏNƏTDƏ KEÇƏN ÖMÜR  seriyasından iri həcmli «GÜNLƏR BƏŞİRSİZ KEÇİR» adlı kitabı işıq üzü görmüşdür.
Cavid adına Naxçıvan Poyeziya teatrında Rəsul Rzanın «BİR GÜN DƏ İNSAN ÖMRÜDÜR» poeması əsasında tamaşası (rej.Vəli Babayev) göstərilmiş və həmin tamaşa  Azərbaycan televizyasında geniş tamaşaçı kütləsi üçün nümayiş etdirilmişdir. 
2001-ci ildən "Qubustan" jurnalında məsul katib olaraq, daha sonra isə bir müddət Azərbaycan Yazıçılar İttifaqının  "Ulduz" jurnalında çalışmışdır. Halhazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində çalışır.
2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını almışdır. Televiziyada və radioda sənətkarlar haqqında səslənən  bir çox verlişlərin müəllifidir. Uzun illərdən bəri dövrü mətbutda incəsənətin müxtəlif  sahələri və sənət adamları haqqında yazıları mütəmadi çap olunmaqdadır. Şerləri Türkiyə mətbuatında da öz yerini tapmışdır.
Bir neçə şer kitabı çap olunub. Son şerlər kitabı 2004-cü ildə yayınlanıb. 2005-ci ildə  "Ah istanbul istanbul"  adlı son kitabı işıq üzü görmüşdür. Türk Poeziyasının inkişafındakı xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür.
Evlidir, iki uşaq atasıdır.

Комментариев нет:

Отправить комментарий