26.04.2011

BAKUNUN RƏSMLƏRİ

BAKUNUN RƏSMLƏRİ




























BAKUNUN RƏSMLƏRİ























Rusiya Federasiyasına bağlı İnquşetiya Respublikasında çox talantlı gənc bir rəssam qadın yaşayır. Onun qeyri-adi adı var: Baku! Bunu mənə Moskvada yaşayan dostum Qirixan Axilqov yazıb: “Bu yaxınlarda məni İnquşetiyada bir qadınla tanış etdilər. Onun adını eşidən kimi sən yadıma düşdün. Məsələ burasındadır ki, bu qadının qeyri-adi adı var. Onun adı Bakudur! 80-ci illərdə Bakı şəhərinə alver məqsədilə səfərlər edən anası qızına məhz bu adı qoyub. Ehtiyac içərisində olan qadın hamilə olmasına baxmayaraq səfərlərinə ara verməyib. Mal gətirib İnquşetiyada satmaq məqsədilə Bakıya yollanıb. Doğuşa qədər gedib geri qayıdacağına ümid edib. Ancaq yerlərin və göylərin sahibinin qərarı başqa cür olub. Qadın Bakıdakı doğum evlərinin birində qızını dünyaya gətirib. Uşağın sağ-salamat doğulmasına sevinən ana ona Baku adını qoyub.”
Baku uşaq yaşlarından incəsənətə maraq göstərib. Orta məktəbi tamamlayıb, ancaq ailənin çətin vəziyyətdə olması ona rəssamlıq təhsili almasına mane olub. Buna baxmayaraq allah vergisi özünü göstərib, qızcığaz gözəl rəsm əsərləri çəkməyə başlayıb. Baku ərə gedib, dağlı qızlarına yaraşacaq bir şəkildə nümunəvi bir ev xanımı olub. Hal-hazırda Nazran şəhərindəki orta məktəblərin birində uşaqlara rəssamlıq sənətinin sirlərini öyrədir. 

Комментариев нет:

Отправить комментарий