"Qəzzafini öldürmək haqqınız yoxdur"
FaktXeber.com-un "Vzqlyad" saytına istinadən verdiyi məlumata görə, Rusiyanın baş naziri Vladimir Putin Liviyaya uçuşu qadağan edən Qərb ölkələrini kəskin tənqid edib. Putin çıxışı zamanı, "koalisiya qüvvələrinin Müəmmar Qəzzafini öldürmək haqqları yoxdur", - deyə, bildirib. Rusiyanın baş naziri Vladimir Putin Danimarkaya etdiyi səfər zamanı mətbuat konfransında iştirak edərək, koalisiya qüvvələrinin vətəndaşları qorumaq adı ilə Liviyada keçirdikləri hərbi əməliyyatlara qarşı çıxdığını bildirib: "Qəzzafini öldürmək istəmədiklərinin deyirlər. Bəs niyə Avropa rəsmiləri, "bəli biz Qəzzafini öldürmək istəyirik", deyirlər? Buna kim icazə verib? Hər hansı bir məhkəmə oldumu? Dünyada məgər bu cür çökmüş rejimlər yoxdur? Bütün qarşıdurmalara müdaxiləmi edəcəyik? Bir Afrikaya baxın, Somaliyə baxın. Hər yeri bombalayacaqsız?" Qeyd edək ki, Putin çıxışı zamanı Liviyanın bütün ifrastrukturunun məhv edildiyini bildirib. |
Комментариев нет:
Отправить комментарий