İraqda Mehdi Ordusu Amerikaya təyin olunan vaxtda ölkəni tərk etməməyəcəyi ilə bağlı xəbərdarlıq edib
FaktXeber.com-un İraqın “Ər-Rafidin” saytına istinadən verdiyi məlumata görə, İraqda Sədr Hərəkatına bağlı olan Mehdi Ordusu, Amerikaya ciddi xəbərdarlıq edib. Sözügedən hərəkatın rəhbərlərindən olan Bəha Əl-Ərəci, Amerika qoşunlarının ikitərəfli anlaşma əsasında təyin olunmuş vaxtda ölkəni tərk etməyəcəyi təqdirdə, Mehdi Ordusunun yenidən fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Qeyd edək ki, Bəha Əl-Ərəci bildirib ki, Mehdi Ordusu hazırda güclü bir orduya çevrilib və hər zaman işğalçılarla döyüşməyə tam hazırdır. Əgər Amerika qoşunları ölkəni tərk etməsə, bu ordunun üzvləri təkcə İraqlılardan ibarət olmayacaq. İraqı işğalçılardan azad etmək istəyən hər bir kəs, dünyanın hər yerindən ordunun üzvü olacaq. Bu isə Amerikanın işğalçı qoşununa baha başa oturacaq. |
Комментариев нет:
Отправить комментарий