Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin yardımçısı Hüseyn Səlamənin Qahirə hava limanında içərisi qızıl və gümüşlə dolu olan 100 ədəd çamadan saxlanılıb. Misirin paytaxtı Qahirədə yerləşən beynəlxalq aeropotda içində 4 min ədəd qızıl və gümüş əşyası olan 100 ədəd çamadan ələ keçirilib. FaktXeber.com-un Misirin rəsmi "Nil" televiziyasına istinadən verdiyi məlumata görə, saxlanılan çamadanlar Səudiyyə Ərəbistanına göndəriləcəkmiş. Polis rəsmilərindən verilən məlumata görə, 3 ton ağırlığında olan çamadanlar haqqda araşdırma aparılır.
Qeyd edək ki, Hüseyn Səlami Hüsnü Mübarəkin dövründə Misir qazını İsrailə ucuz satmaqda təqsirli bilinir. Misirdə yanvar ayının 25-dən başlayan xalq nümayişlərindən sonra, bir çox iş adamları və dövlət rəsmiləri pul, qızıl və digər tarixi əsrləri xaricə aparmağa müvəffəq olub. |
Комментариев нет:
Отправить комментарий