26.04.2011

ATA ABDULLAYEV XORTLADI

Qalmaqallı gənc barəsində yayılan xəbərlərin yalan olduğunu dedi



Dünən axşam avtoqəzada öldüyü barədə xəbərlər dolaşan Ata Abdullayev bu gün "Yeni Müsavat"a zəng edərək sağ olduğunu bildirib.

Əməkdaşımızla danışan A.Abdullayev ironik tərzdə deyib: "Getdim, o dünyanı gördüm gəldim, dedilər, iki nəfər var, onlarsız gəlmə".

Söhbət əsnasında belə məlum olub ki, o, rayonların birində ailə üzvləri ilə dincəlirmiş. A.Abdullayev jurnalistlərin onun telefonuna zəng etməsi və həmin telefondan "bəli, xəbər doğrudur, hazırda morqdayıq" deyə cavab verilməsini təkzib edib. O deyib ki, onun telefonuna heç bir zəng gəlməyib.

Belədə ortaya sual çıxır: Onsuz da son günlər adı çox hallanan A.Abdullayevi "qəzaya salmaq" kimin işinə yarayırdı?

Redaksiyadan: Yalan xəbərləri redaksiyaya ötürərək, onu normal işindən-gücündən edən, iş artıran adamlar da, özləri barədə yalan informasiya yaydıraraq, sonradan bunu təkzib edənlər də bilməlidirlər ki, belə fəndlərlə heç nə qazana bilməzlər. Bu işin axırı "yalançının evi yandı, heç kəs inanmadı" məsələsinə dönəcək. "Oxucu zəngi"  deyilən şeyi etibardan salmaq olmaz. \Yeni Müsavat\

Комментариев нет:

Отправить комментарий