Sən mənimsən, mən də sənin, gözəlim.
Mən gedirəm bir də gəlim dünyaya,
Neçə vaxtdır həsrət qalıb gün aya,
İstəyirəm bəyan edim hər yana,
Sən mənimsən , mən də sənin, gözəlim.
Allah bizi yaradıbdır cüt, qoşa,
Bu dünyada doğru danış, düz yaşa
Sevgim cavabsızdı, qəlbim dönüb lal daşa,
Sən mənimsən, mən də sənin , gözəlim.
Bir arzum var səni görüm bəxtəvər,
Səınsiz ömür inan mənə dərd verər,
Ürəyimdən nələr keçir , bil, nələr,
Sən mənimsən ,m ən də sənin, gözəlim.
Niyə axı, məni qoydun tək, getdin.
(atama həsr edirəm)
Ocağımda yanan atəş sən idin
Gözlərimdə görən işıq sən idin
Mənim dostum, həm sirdaşım sən idin,
Niyə axı, məni qoydun tək, getdin.
Gözüm indi gəzir səni hər yerdə,
Bilmirəm ki, nə göydəyəm, nə yerdə,
Getdin, sənsiz yetim qaldım bu yerdə,
Niyə axı, məni qoydun tək, getdin.
Allah bilir, sənsiz necə çətindi,
Öldün, sanki qəlbimə dağ çəkildi,
Səni görmək istəyirəm mən, indi,
Niyə axı, məni qoydun tək, getdin.
Ata deyib ağlaya da bilmirəm,
Daha sənə qurban, deyə bilmirəm.
Dilim gəlmir, rəhmət deyə bilmirəm,
Niyə axı, məni qoydun tək, getdin.
Sevgi şeiri
Bəzən keçmişə qayıtmaq istəyirəm
O həmin gözəl, sevgi dolu zamana.
Bəlkə də mən səhv edirəm,
Bəlkə də mən hisslərə qapılıram.
Bilmirəm, bilmirəm, ancaq onu bilirəm ki,
sevgi qığılcımları artıq sönməyə başlayıb.
Bu qığılcımlar tam sönəndə isə,
Pərvanə şamın alovunda məhv olduğu kimi,
Deyəsən mən də məhv olacam.
Axı istəmirəm, istəmirəm bu saf, bu ülvi hissləri itirim.
İstəmirəm ki, nə zamansa sevildiyimi xatırlayım.
İstəyirəm heç bir zaman sevildiyimi xatırlamağa ehtiyac olmasın.
Bunu sadəcə və sadəcə,
hər sənin gözlərinə baxanda hiss edim, duyum.
Amma çox təəssüf, çox təəssüf ki,
İndi həmin gözləri görə bilmirəm.
Həmin duyğuları həmin hissləri,
Artıq o gözlərdən sezə bilmirəm.
Sadəcə payız yarpaqları kimi solub,
xəzan olmasını istəmirəm sevgimizin.
Bəzən sevgimi sənə anlata bilmirəm
bəzən də sadəcə susuram, susuram çünki,
səssizlik mənə sənin sevgini xatırladır.
Sadəcə susuram və yalnız səni düşünürəm.
Səni görmək istəyirəm, darıxıram,
darıxıram sənin üçün , bəlkə də çox.
Amma səni görmək istədiyim zaman,
aynanın qarşısına keçib, saatlarla
zamanı hiss etmədən qərq oluram gözlərimin içində
Çünki sənin əksin hopub gözlərimə.
İndi yalnız dənizi seyr edirəm.
Dəniz də mənim sevgim qədər sonsuzdur……
Sahili qucaqlayan ləpələr kimi
mən də səni qucaqlamaq istəyirəm.
Baxdıqca hey baxıram bu sonsuzluğa
Eh, sərin meh əsdikcə ayılıram,
ayılıram bu şirin , doya bilmədiyim yuxudan.
Sonra da özümü dənizin qoynuna atmaq istəyirəm
Səni dənizə dəyişmək istəyirəm.
Soruşma, səbəbini soruşma, çünki
Dəniz daha sadiqdir öz sevgisinə.
Aynur Adilqizi bestekar? duzdur? gelin sizinle birge oshleyek? saalekr@mail.ru
ОтветитьУдалить