Rusiyada uşaq təcavüzkarlarını cəzalandırmaq üçün yeni qanun layihəsi hazırlanıb
FaktXeber.com-un Rusiyanın Baş Prokurorluğunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyada uşaq təcavüzkarlarını cəzalandırmaq üçün yeni qanun layihəsi hazırlanıb. Bu haqqda Rusiyanın Baş Prokurorluğu məlumat yayıb. Qanuna görə uşaq təcavüzkarları xədim olunacaq. Artıq qanun layihəsi müzakirə olunmaq üçün Rusiya Dumasına göndərilib. Qanuna uyğun olaraq uşaqlara təcavüz etmiş cinayətkarlar dərman vasitəsilə xədim ediləcək. Bu qanun layihəsinin hazırlanmasına səbəb, kiçik yaşlı uşaqlara olan təcavüzlərin qarşısının alınması olub. Qeyd edək ki, Avropanın bəzi ölkələrində kimyəvi yolla xədim olunmaq artıq qanuni qüvvəyə minib. Rusiyanın Baş prokurorluğundan verilən hesabata görə, 2009-ci ildə on min xidmətçi qadına qarşı cinayət törədilib. Bu hadisələrin təxminən 1000-i, təcavüz ilə birlikdə baş verib. Əvvəllər Rusiyada uşaq vəkili işləyən Pavel Astaxov, uşaqlara qarşı təcavüz edən şəxslərə qarşı daha sərt qanunların çıxarılmasının zəruri olduğunu bildirib: "Dünyanın bir çox ölkələrində bu tipli cinayətlərin verilən cəzalar günü-gündən ağırlaşdırılır. Lakin bu hal Rusiyada tərsinədir. Günahkarlara qarşı bütün tədbirlərdən istifadə etmirik. Məsələn, tibbi tədbirlər, xüsusilə cərrahiyyə və kimyəvi tədbirlərdən istifadə edə bilərik. Əgər bir insan bu əməllərindən əl çəkmirsə, ona kömək etmək lazımdır. Son vaxtlar bu cür cinayətkarların sayı artıb. Bunun qarşısı mütləq müxtəlif tədbirlərlə alınmalıdır." Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev, uşaq təcavüzkarlarının qarşısının alınması üçün, verilən cəzaların ağırlaşdırlmasının zəruri olduğunu bildirmişdi. |
Комментариев нет:
Отправить комментарий