İlhamın manqalı sönmür, nə qızardır bu belə?
Soruşan yoxdu balam, bəs nə nə bazardır bu belə?!
Əhvalın sorma qaqaş, xalqda sümük bir dəridir,
Təkcə əppək sarıdan evdə xəcalət təridir,
Ölkənin oğrusu YAP, bir də YAP-ın öndəridir,
Yamanıb qırx iki il, sancı-azardır bu belə
Soruşan yoxdu balam, bəs nə nə bazardır bu belə?!
Tövlədən birbaşa mandatlı çıxır mallarımız,
Alimin ağzı tikiş, söz danışır lallarımız,
Qıcqırıb molla Nurəddin kimi dəllallarımız,
Fırladır təsbehi tərs, mərdimazardır bu belə
Soruşan yoxdu balam, bəs nə nə bazardır bu belə?!
Şairəm, qəmlənirəm, gözləri nəm, cibdə sələm,
Bir sətir əyri-filan yazmamışam mən ki hələm,
Tuşlanan tək qoca Boz Kardinala yağlı qələm,
Çevirib boz sifətin ax nə bozardır bu belə
Soruşan yoxdu balam, bəs nə nə bazardır bu belə?!
Dövlətin büdcəsi mülklükdü – Şahın öz gərəyi,
Qarabağ söhbəti düşdükcə tutur öskürəyi,
Qüssədən silkələnir buxtada bayraq dirəyi,
Yüz ilin rəmzinə bax, naleyi-zardır bu belə
Soruşan yoxdu balam, bəs nə bazardır bu belə?!
Taxılıb taxt-tac ona, durba ona, neft-qaz ona,
Qələmim əmr eləyir – yatma, tez ol, dur, yaz, ona,
Yazıram şerimi həm doğruya, həm farmazona,
Haqq duyan söyləyəcək – əhli-yazardır bu belə
Soruşan yoxdu balam, bəs nə bazardır bu belə?!
“Xural” qəzeti
Комментариев нет:
Отправить комментарий