28.04.2011

Bakıda ədəbi jurnal redaktorlarının toplantısı olacaq


Gənc yazarların xarici naşirlərlə əlaqələri zəifdir... 

Bu problemin aradan qaldırılması məqsədilə "Alatoran" jurnalı yeni bir layihənin gerçəkləşdirilməsinə başlayır.

Mayın 4-7-də xarici ədəbiyyat jurnalı redaktorlarının Bakıda toplantısı keçiriləcək.

Toplantıda, Azərbaycan da daxil olmaqla, 5 ölkədən 15 ədəbiyyat jurnalı redaktoru iştirak edəcək.

“Alatoran” jurnalının təşkilatçılığı ilə keçiriləcək olan bu tədbirin məqsədi ədəbi əlaqələrin genişləndirilməsi və gənc yazarlar üçün yeni imkanların yaradılmasından ibarətdir.

Tədbirdə İsveçrədən 2, Türkiyədən 3, Gürcüstandan 4 və Rusiyadan 1 jurnal redaktoru iştirak edəcək.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müstəqil ədəbiyyat jurnallarının və elektron portalların redaktorları tədbirə dəvət olunacaqlar.

Proqram çərçivəsində qonaq redaktorların məruzələrinin dinlənilməsi, gənc yazarlarla görüşlər, mətbuat konfransı və başqa mədəni tədbirlər nəzərdə tutulub.

İnformasiya dəstəyi Ann.az portalı və Azadlıq radiosu tərəfindən gerçəkləşdiriləcək.

Arzu edənlər tədbirlərdə iştirak edə bilərlər.

Комментариев нет:

Отправить комментарий