25.04.2011

“WikiLeaks” Quantanamo sirlərini açır

“WikiLeaks” saytı Amerikanın Quantanamo həbsxanasının məhbuslarının məxfi dosyenin paketini yayımlayıb. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2002-2009-cu illər ABŞ ordusuna aid sənədlərdə bir çox məhkumların günahsız olduğu halda illərcə həbsdə saxlanması və ağır işgəncəyə məruz qalması bildirilir. Sənədlərdə həbsxananın yarandığı 2002-ci ildən bəri həbs olunan bütün məhkumlar barədə məlumatlar var. Təhlükəli olmadığı barədə qərar çıxarılan məhbuslar arasında 89 yaşlı əfqan kəndli və 14 yaşında uşağın da olduğu qeyd olunub. Sənədlərdə həmçinin, 100-ə qədər məhbusun psixoloji problemləri olan şəxslər kimi qələmə verilərək onların intihara təşəbbüs etdirildiyi bildirilib. Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın həbsxananın bağlanması ilə bağlı söz verməsindən iki il keçməsinə baxmayaraq Quantanamoda hələ də 172 məhbus saxlanılır.

Комментариев нет:

Отправить комментарий