Hüquq-mühafizə orqanlarının əməkdaşları Müsavat Partiyasının mərkəzi qərargahında axtarış aparırlar
Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları Müsavat Partiyasının Binəqədi rayonunda yerləşən mərkəzi qərargahında axtarış aparmağa başlayıb.
Bu barədə APA-ya partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib. G. Aslanlı hüquq-mühafizə orqanları əməkdaşlarının onlardan İctimai Palata ilə bağlı sənədləri istədiklərini bildirib: “Biz həmin sənədləri onlara təqdim etməyə razılaşmışıq”.
Respublika Baş Prokurorluğundan Müsavat Partiyasının qərargahında axtarış aparıldığı təsdiqlənib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, partiyanın qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə və məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilir.

Комментариев нет:
Отправить комментарий