Ağayev Mirşahin 1963-cü ildə anadan olmuşdur.
2001-ci ilin oktyabr ayından ANS Şirkətlər Qrupunun Yaradıcılıq üzrə Vitse-Prezidenti və 2005-ci ilin noyabr ayından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Prodüseridir.
Eyni zamanda, ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Yaradıcılıq Şurasının sədri və ANS-ÇM Yayım və Media Şirkətinin Prezidentidir.
ANS Şirkətlər Qrupunun fəaliyyət dairəsinə daxil olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV), ANS-ÇM Yayım və Media Şirkətinin, ANS-Kommers Şirkətinin və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin, habelə ANS-in əhatə dairəsinə daxil olan şirkətlərin təsisçilərindəndir.
1992-2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olub.
Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir.
Mənbə: ANS televiziyasının rəsmi internet səhifəsi
Комментариев нет:
Отправить комментарий