Vitoşun yeni proyekti: Camışların göz yaşı
Çuşka şeirləri- 7
Nə günahın yiyəsiydim
Hoppanıb çıxdı qarşıma?
Qırdın gözümü, könlümü,
Evimi yıxdın qarşıma.
Get qurban ol o polisə,
Mənə belə baxmaq olmaz.
Gözün xırı yoxdur, arvad
Gözünü çıxarmaq olmaz…
Belə də arvad olarmı?
Pah… Varını, yoxunacan!..
Davasan, qansan, xatasan
Dırnağından poxunacan.
Xuda can alan yaradıb,
Ta sənə ad lazım döyül.
Düşmənə deyək ki bizə
Daha cəllad lazım döyül.
Sən günü yeri deyilsən,
Günülükdə axar qanın.
Bu dəfə mənə rəhm elə
Allahı sevərsən, xanım…
Комментариев нет:
Отправить комментарий