29.04.2011

ƏRDOĞAN KILIÇDAROĞLUNUN ANA SÖYÜŞÜNƏ CAVAB VERDİ

                                        "Sənin anana böyük hörmətim var"



FaktXeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CHP lideri Kamal Kılıçdaroğlunun tamamlamadığı cümləyə Türkiyə Baş nazir Rəcəb Tayyib Ərdoğandan cavab  verib.

Ərdoğan, İstanbulda təşkil olunan bir açılış mərasimində çıxış edərkən Kılıçdaroğlunun tamamlamadığı cümləsinə "Ədəbsiz" - deyə cavab verib.

Ərdoğan sözlərinin davamında bildirib ki, "Müxalifətin gördüyü ən yaxşı iş küfr etməkdir. Sizdən fərqli olaraq, mənim sənin anana böyük hörmətim var, təşəkkür edirəm. Son zamanlar müxalifətin ən yaxşı işi təhqir etməkdir. Ağızlarına sahib ola bilmirlər. Digər partiyaların liderləri və sözcüləri də CHP liderinin yolunu gedirlər. Bu ədəbsizlikdir."

Qeyd edək ki, bir büddət əvvəl Cumhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu seçki kampaniyası çərçivəsində keçirdiyi mitnqlərdən birində baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına ağır sözlər söyləmişdi.

Kılıçdaroğlu keçirdiyi mitinqdə Rəcəb Tayyib Ərdoğana müraciət edərək “məni korrupsiya ilə anma (xatırlama). Anarsan ananı... ana... ana... yox dalını deməyim” – demişdi.

Комментариев нет:

Отправить комментарий