26.04.2011

İranlı xeyriyyəçi 80 məktəb tikib!


Hacı Əliəkbər İbrahimi haqqında artıq təkcə İranda yox, bütün dünyada danışılır. 63 yaşlı xeyriyyəçi bu günə qədər İranın müxtəlif güşələrində, adətən ucqar nöqtələrində 80 məktəb tikib.
11 yaşında dəmirçi şagirdi kimi fəaliyyətə başlayan cənab İbrahimi misilsiz təlaşları sayəsində artıq 17 yaşında dükan sahibi olub. Elə az qazandığı vaxtlardan əlinə gələn pulu yoxsullar, ehtiyaclılarla bölüşüb. Allah-taala da onun qazancına bərəkət verib, öz nemətini bəndəsinin başına ələyib. Hazırda İranın ən böyük ev ləvazimatları fabrikinin sahibidir.
Cənab İbrahimi uşaqlıq dövrünü belə xatırlayır: “Atam meyvə-tərəvəz satırdı. Ailədə 11 uşaq idik. Atam qocalmışdı və mən ailəyə yardımçı olmaq qərarına gəldim…”
Bu gününə görə öncə Allahın, sonra ata-ananın razılığını təsirli görür xeyriyyəçi. İlk mədrəsəni Dəmavənddə tikib. İbrahimi ona sərvət arzulayanlara, “mənə açıq əl istəyin Allahdan” deyir. Düşünür ki, insanın əliaçıqlığı olmasa var-dövlətdən fayda yoxdur.



HaqqYolu Elm və Mədəniyyət bölməsi

Комментариев нет:

Отправить комментарий