29.04.2011

İMİŞLİNİN DEPUTATI GERİ ÇAĞIRILIR

                            Bu barədə ADP mətbuat xidmətindən məlumat verilib



FaktXeber.com-un verdiyi məlumata görə, 79 saylı İmişli seçki dairəsindən deputat elan olunmuş Əsabil Qasımovhttp://modern.az/images/parlament/ayaz_or_v.jpegun fəaliyyətindən rayonda çox ciddi narazılıqlar var və onun Milli Məclis üzvlüyündən geri çağırılması üçün partiyanın yerli təşkilatı imza toplama kompaniyasına start verib.
Məlumatda daha sonra deyilir: “Əsabil Qasımov seldən zərər çəkən İmişli sakinlərinin hüquqlarının müdafiəsi üçün edilmiş müraciətlərə məhəl qoymur, deputat kimi seçildiyi rayonun əhalisinin problemlərinə biganəlik və saymazyanalıq nümayiş etdirir, parlamentin iclaslarında bir dəfə də olsun rayonun problemlərini qaldırmayıb və ümumiyyətlə deputatlıq fəaliyyəti ilə deyil, yalnız rəhbəri olduğu “Karat MMC”-dəki biznes fəaliyyətinin genişləndirilməsi ilə məşğuldur.”
Xatırladaq ki, bir müddət əvvəl Ə.Qasımovun rəhbərliyi ilə tikilən idman kompleksində fəhlə kimi çalışan və əmək haqqı tələb etdiyinə görə, onun qoçuları tərəfindən döyülən Fariz Həsənovun başına gələnlər rayon əhalisini möhkəm qəzəbləndirmişdi və deputatın geri çağırılması ilə əlaqədar imza toplanmasına bu hadisə stimul verib.
Məlumat müəllifləri daha sonra bildirirlər ki, imza toplama kompaniyasına fəal insanlar, ziyalılar və ictimai siyasi təşkilatlar dəstək vermək fikrindədirlər və kompaniya çərçivəsində on iki min imzanın toplanması planlaşdırılır.

Комментариев нет:

Отправить комментарий