27.04.2011

LUKAŞENKO BARROSAYA "KEÇİ" DEDİ



FaktXeber.com-un "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko, Avropa Birliyi Komissiyasının rəhbəri Xose Manuel Barrosanı təhqir edib. Lukaşenkonun Barrosanı təhqir etməsinə səbəb, Çernobıl fəlakətinin 25-ci ildönümü münasibətiylə Ukraynada keçirilən mərasimə Komissiyasının rəhbəri Xose Manuel Barrosanın Belarus prezidetinin dəvət edilməməsini Ukrayna dövlətindən istəməsi olub.

Qeyd edək ki, Xose Manuel Barrosanın bu müraciəti Belarus prezidentini qəzəbinə səbəb olub. Lukaşenko Avropa Birliyi Komissiyasının rəhbəri sərt tənqid edərək bildirib ki: "Barroso özü kimdir ki, mənim ora gəlməyimi istəməsin. O, sadəcə bir keçidir. Əvvələr Portuqaliyada Barroso heç kim olub, sonradan onu komissiya rəhbəri qoyublar".

Комментариев нет:

Отправить комментарий